18 May 2026 14:29
132
DÜNYA
A- A+
Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb  

Belçika həbsxanalarında ifrat sıxlıq nəticəsində “humanitar fəlakət” yaranıb  


Biz həbsxana sisteminin tutumunu çoxdan aşmışıq. Artıq “humanitar fəlakətdən” danışa bilərik.

AZƏRTAC xəbər verir ki, bu barədə Belçika Penitensiar Sisteminin Mərkəzi Müşahidə Şurasının (CTRG) sədr müavini Pieter Houbey ölkə həbsxanalarının vəziyyəti ilə bağlı illik hesabatında bildirib. 2023-2025-ci illər arasında həbsxanalarda dustaqların sayı 20 faizdən çox artaraq 11.053-dən 13.363-ə çatıb. “Bu, ən azı 2.310 nəfər çoxdur”, - deyə Houbey vəziyyətə aydınlıq gətirib.

Belçika həbsxanalarında həddindən artıq sıxlıq uzun müddətdir ki, müzakirə mövzusu olub, lakin CTRG-nin illik hesabatı qədər acınacaqlı vəziyyəti az adam təsəvvür edirdi. “Het Nieuwsblad” nəşri yazır ki, hesabatın Belçikanın 37 həbsxanasında müəyyən etdiyi problemlər daha geniş yayılmış və “son dərəcə narahatedicidir”.

Mərkəzin məlumatına görə, Belçikanın bütün həbsxanaları ağır vəziyyətdədir. Bu, özünü döşəmə üzərində yatan məhbusların sayında və yaşayış sahəsinin, döşəklərin, geyimlərin və kifayət qədər qidanın olmamasında göstərir. Bundan əlavə, məhkəmələr tərəfindən fəaliyyət qabiliyyəti olmayan elan edilmiş məhbusların sayı getdikcə artır və bu şəxslər adi həbsxanalarda saxlanılır.

Eyni zamanda, məhbusların yarısı ruhi xəstəlikdən əziyyət çəkir. Hesabatda deyilir ki, bu problem tibbi heyətin yetərsizliyi, qeyri-kafi infrastruktur, müxtəlif fəaliyyətlərin olmaması, keyfiyyətsiz müalicə və ya məcburi tədbirlərin icazəsiz istifadəsi ilə daha da ağırlaşır ki, bütün bunlar təhlükəsizliyin tibbi yardımdan üstün tutulmasına səbəb olur.

“Cəmiyyətdə və həbsxanalarda ruhi rifaha diqqət yetirməklə bir çox cinayətlərin qarşısı alına bilər. Bu, cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edir, çünki demək olar ki, bütün məhbuslar cəzasının sonunda azadlığa buraxılacaq”, - deyə Houbey xəbərdarlıq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda genişzolaqlı və mobil internetin sürəti artıb

17:14
18 May

DİM: Mayın 17-də magistraturaya imtahan vermiş bakalavrlar iyunun 14-də yenidən imtahan verə bilərlər

16:51
18 May

İrakli Kobaxidze: WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edirəm  

16:48
18 May

Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb  

16:48
18 May

Ağstafalı şəhid və qazi övladları üçün ekskursiya təşkil olunub  

16:46
18 May

“Zəkaların mübarizəsi”ndə “Abşeron” qalib oldu

16:44
18 May

Qazax kümçülərinə 50 qutu ipəkqurdu toxumu paylanıb

16:41
18 May

 ABŞ-də minlərlə insanın iştirakı ilə dua mərasimi keçirilib

16:36
18 May

Ryazanda PUA hücumu zamanı səkkizyaşlı azərbaycanlı qız həlak olub

16:33
18 May

Aleksandar Vuçiç: İlham Əliyevin xalqına bağlılığı Bakıdakı inanılmaz tərəqqinin təminatçısıdır  

16:32
18 May

WUF13 çərçivəsində “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya işə başlayıb

16:30
18 May

Şavkat Mirziyoyev WUF13-ün qüsursuz təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

16:28
18 May

Azərbaycanla Türkiyə arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb  

16:26
18 May

CAR təmsilçisi: WUF13 ölkələr arasında təcrübə və innovativ həllərin paylaşılmasına imkan yaradır

16:26
18 May

Müdafiə naziri Milli qəhrəmanların ailələrinə medallar təqdim edib

16:25
18 May

Toşimici Totaki: Yaponiya dayanıqlılıq, şəhər inkişafı və yaşıl infrastruktur sahəsində öz təcrübəsini paylaşır

16:24
18 May

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

16:23
18 May

DİM: İyunun 14-də magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək

16:22
18 May

WUF13 çərçivəsində 24 minə yaxın sərnişin daşınıb

16:12
18 May

Zeynəb Ongankul: Qarabağda həyata keçirilən “ağıllı şəhər” layihələri dünya üçün maraqlı təcrübədir  

16:09
18 May

Baş nazir Əli Əsədov WUF13-ün açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib  

16:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!