25 Sentyabr 2025 08:00
1341
SİYASƏT
A- A+
BMT platformasından bəyan olunan həqiqət

BMT platformasından bəyan olunan həqiqət


Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında regionda ədaləti və sülhü təmin edən lider kimi iştirak edir


Hazırda dünyanın siyasi gündəmi BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 80-ci sessiyasına köklənib. "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. 

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edib. Səfərinin ilk günü dövlətimizin başçısı Nyu Yorkda qarşı tərəflərin müraciətlərinə əsasən mühüm görüşlər keçirib. Prezident İlham Əliyev BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında İraq və Keniya prezidentləri,  Yunanıstanın baş naziri və  Avropa Şurasının Baş katibi ilə görüşüb.


Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb


Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı iştirakını müstəsna edən ayrı vacib məqamlar da var ki, bunlara mütləq toxunulmalıdır. 

Məlumdur ki, Azərbaycan BMT ilə əlaqələrə hər zaman böyük önəm verib. 1992-ci il martın 2-dən bu quruma üzv olan respublikamızın BMT ilə əlaqələrinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev BMT-nin müxtəlif sessiyalarında Ermənistan-Azərbaycan münaqişəsini dünya ictimaiyyətinin nəzərinə çatdırıb, ölkəmizin prinsipial mövqeyini ortaya qoyub. Eyni zamanda Prezident İlham Əliyev daim BMT ilə əlaqələrin inkişafının tərəfdarı olub. Qurumun əvvəlki sessiyalarında da iştirak edən Prezident İlham Əliyevin 

20 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqi, həmçinin qurumun 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxışları ölkəmizin həqiqətlərinin dünyaya bir daha çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşası baxımından çox vacib əhəmiyyət daşımışdı. 

Ancaq Azərbaycan Prezidenti bu dəfə Nyu Yorka vaxtilə BMT tribunasından dünyaya çatdırdığı və ədalətli həllini tələb etdiyi Qarabağ məsələsini məhz öz siyasi qətiyyəti ilə yoluna qoyan qalib lider kimi yollanıb. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirilib və Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Dövlətimizin başçısı cəmi bir ay əvvəl ABŞ-yə işgüzar səfərə yollanmışdı. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə İlham Əliyevin Vaşinqtona səfəri bölgəmizdə dayanıqlı sülhün əldə olunması üçün atılan vacib addımlarla yadda qaldı. Ermənistan-Azərbaycan arasında sülh sazişi mətninin paraflanması tezliklə barış müqaviləsinin imzalanacağından xəbər verir.

Bir sözlə, Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasına ədaləti təmin edən və sülh yaradan lider kimi qatılıb. 


Azərbaycan modeli


Qeyd edildiyi kimi, BMT Baş Assambleyasının budəfəki sessiyası "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Yeri gəlmişkən, qeyd edək ki, Qarabağda qazandığı zəfərlə dünyada mövcud olan bu tip münaqişələrin həlli üçün özünəməxsus model ortaya qoyan Azərbaycan həm də sülhün necə əldə olunması ilə bağlı  mükəmməl nümunə yaradıb. Bununla nəinki Cənubi Qafqaz, eləcə də geniş coğrafiya üçün hərtərəfli əməkdaşlıqla bağlı zəmin formalaşdırıb.

Prezident İlham Əliyev hər zaman BMT  Baş Assambleyasının sessiyalarında xüsusi ehtiram və hörmətlə qarşılanıb. Sessiya çərçivəsində ölkəmizin rəhbərinin etdiyi çıxışlar, keçirdiyi görüşlər böyük maraqla qarşılanıb. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının ən nüfuzlu qonaqları sırasında olması bu baxımdan təsadüfi deyil. 

Prezident İlham Əliyev səfərinin ilk günündə Nyu Yorkda bir neçə tanınmış şirkət rəhbəri ilə görüşlər keçirib. Bunlar dünyanın alternativ investisiyalar sahəsində  böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management"in baş icraçı direktoru Brüs Flətt, beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edən "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qreydir. Vurğulayaq ki, dövlətimizin başçısı ilə görüşlər məhz qarşı tərəflərin müraciətləri əsasında baş tutub ki, bu da adıçəkilən şirkətlərin ölkəmizə olan böyük marağından xəbər verir. 


Siyasi liderlik qabiliyyəti


Prezident İlham Əliyev dünyada həm də sözü imzası qədər kəsərli olan lider kimi tanınır. Bir çox ölkələrin rəhbərlərinin İlham Əliyevin timsalında etibarlı dosta malik olmalarını fəxrlə dilə gətirmələri də bunu göstərir. Eyni zamanda bu gün Azərbaycan kimi güvənli bir ölkə ilə hərtərəfli əməkdaşlıqda nəinki yaxın, qonşu ölkələr, hətta, sözün həqiqi mənasında, dünyanın o başında yerləşən nəhəng ABŞ, Çin kimi dövlətlər də maraqlıdır. BMT Baş Assambleyasının 80-ci sessiyasında həm müxtəlif ölkələrin liderlərinin, həm də dünyanın nüfuzlu qurum və şirkətlərinin rəhbərlərinin İlham Əliyevlə görüşmələri bu baxımdan təbiidir. 

Prezident İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Finlandiya Prezidenti Aleksandr Stubb, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşləri olub. Dövlətimizin başçısının Avropa Şurasının Baş katibi Alen Berse ilə söhbəti zamanı Vaşinqton görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair sazişin paraflanmasına və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Vaşinqton Bəyannaməsinin əhəmiyyətinə toxunulub. Bütün bunların regionda davamlı sülhün təmin olunması baxımından vacibliyi qeyd edilib. 

Keçirilən bütün bu yüksəksəviyyəli görüşlər dünyada Azərbaycana olan böyük diqqət və marağın, Prezident İlham Əliyevin qlobal nüfuzunun göstəricisidir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!