27 Oktyabr 2024 08:55
391
DÜNYA
A- A+
BMT Fransanı insan hüquqlarına məhəl qoymamağa görə qınayır

BMT Fransanı insan hüquqlarına məhəl qoymamağa görə qınayır


Birləşmiş Millətlər Təşkilatı rəsmi Parisi Yeni Kaledoniyada sərt tədbirlərə və yerli xalqların hüquqlarına məhəl qoymamağa görə qınayıb. Belə ki, BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Xose Manuel Santos Pais Fransanın Komitəyə təqdim etdiyi hesabatı tənqid edib.

Komitənin Cenevrədə keçirilən 142-ci sessiyasında H.Pais qeyd edib ki, Fransanın hazırkı hesabatı əvvəlki hesabatdan daha az təfərrüatlıdır. O, beşinci hesabatın Fransanın Yeni Kaledoniya da daxil olmaqla, dəniz hüdudlarından kənar ərazilərdəki yerli xalqların hüquqlarına hörmət etmək öhdəliyinə aid olduğunu vurğulayıb. Pais qeyd edib ki, 2024-cü ilin mayında hakimiyyətin Yeni Kaledoniyaya verilməsini nəzərdə tutan Numea sazişinə baxmayaraq, Fransa Milli Assambleyası seçki korpusunu genişləndirmək qərarına gəlib və bu, kanak əhalisi arasında etirazlara və sonradan hakimiyyətlə toqquşmalara səbəb olub.

BMT rəsmisi bildirib ki, Fransa hökuməti həddindən artıq güc tətbiqi, ölüm və çoxlu yaralanma iddiaları ilə etirazları yatırmaq üçün əhəmiyyətli qüvvələr göndərib. O, sosial şəbəkələrin bloklandığına, 11-dən çox insanın güllələndiyinə, 169 nəfərin yaralandığına, 1700-ə yaxın nümayişçinin həbs edildiyinə, onlardan bir qisminin Fransaya göndərildiyinə diqqət çəkib.

Pais xüsusilə kanak təşkilatlarından olan hüquq müdafiəçilərinin həbsindən narahat olub. O qeyd edib ki, etirazlara reaksiyanın repressiv xarakter daşıması Numea sazişindəki dəyişikliklər və müstəmləkəsizləşdirmə prosesində dönüşün olmaması ilə bağlıdır.

Pais həmçinin rəsmi Parisin "Ebbac Fransaya qarşı", "Yaker Fransaya qarşı",  "Hicab qadağası ilə bağlı beşinci iş", "Koşe Fransaya qarşı", "FİA işi" və "Məsud Naima Fransaya qarşı" işləri üzrə komitənin çıxardığı qərarlara əməl etmədiyini xatırladıb.

Bu arada, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Fransanı qınayan bəyanat yayıb. Sənəddə deyilir: "Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) oktyabrın 23-də BMT-nin Cenevrədəki qərargahında keçirilən missiyadan qayıdarkən Baş katib Jan-Jakob Bisepin Parisin Şarl de Qol Hava Limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir. Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib".

Bundan əvvəl Baş katib ABŞ-də BMT qərargahına səfər etməyi planlaşdırarkən Martinikdən keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.

UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin təşkilat öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.

Daha sonra bəyanatda bildirilir: "Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olanadək mübarizəmizi davam etdirəcəyik".

UPLG Qvadelupa xalqının və bütün vətənpərvər, müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələrin, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.

Xatırladaq ki, bu günlərdə Bakı Təşəbbüs Qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə Fransanın xarici ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı və ətraf mühitə dəyən ziyanla bağlı hesabat hazırlayıb. Hesabatda Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması və ölkənin bu pozuntular barədə dünyaya informasiya çatdırılmasının qarşısını necə alması barədə geniş məlumat verilir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!