17 İyul 2026 09:30
548
İQTİSADİYYAT
A- A+
"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub


İyulun 16-da xarici ticarət əməliyyatları üzrə məlumatları, xidmətləri və prosesləri vahid rəqəmsal ekosistemdə birləşdirən "Bir Pəncərə" İnformasiya Sistemi (İS) - Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəhbərləri və nümayəndələri, biznes sektorunun təmsilçiləri, logistika sahəsində fəaliyyət göstərən şirkətlər və media nümayəndələri iştirak ediblər.

Bildirilib ki, platforma Azərbaycan Prezidentinin 15 dekabr 2025-ci il tarixli 547 nömrəli fərmanına uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılıb. Yeni sistem idxal, ixrac, tranzit və nəqliyyat əməliyyatları üzrə məlumatları, xidmətləri və sənəd dövriyyəsini vahid rəqəmsal mühitdə inteqrasiya etməklə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün daha sadə, şəffaf və izlənilə bilən xidmət imkanları yaradır.

Qeyd olunub ki, "Bir Pəncərə" İnformasiya Sistemi sahibkarların inzibati yükünün azaldılmasına, dövlət xidmətlərinə çıxışın asanlaşdırılmasına və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edir. Platformanın tətbiqi ilə logistika zəncirində operativliyin artırılması, məlumat mübadiləsinin sürətləndirilməsi və ticarət əməliyyatlarının optimallaşdırılması nəzərdə tutulur. Uzunmüddətli perspektivdə sistem Azərbaycanın daha çevik və dayanıqlı xarici ticarət ekosisteminin formalaşmasına, biznes mühitinin rəqabət qabiliyyətinin yüksəldilməsinə, ölkənin tranzit potensialının gücləndirilməsinə və təchizat zəncirlərinin daha səmərəli qurulmasına mühüm töhfə verəcək.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, dövlət başçısının təsdiq etdiyi "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" və "Bir Pəncərə" İnformasiya Sisteminin yaradılması barədə fərman dövlət xidmətlərinin vahid rəqəmsal mühitdə təqdim olunmasına, dövlət informasiya sistemlərinin inteqrasiyasına və xarici ticarət proseslərinin tam rəqəmsallaşdırılmasına yeni imkanlar yaradıb.

"Bir Pəncərə" İnformasiya Sistemi logistika ekosisteminin bütün iştirakçılarını vahid platformada birləşdirərək yükdaşımalarının planlaşdırılması, icazələrin alınması, məlumat mübadiləsi və logistika xidmətlərinin daha operativ təşkilini təmin edəcək. Dünyada bu modelin tətbiq olunduğu ölkələrin sayı məhduddur. Azərbaycan dövlət-biznes əməkdaşlığı əsasında vahid rəqəmsal ekosistem formalaşdırmaqla beynəlxalq ticarətdə etibarlı və müasir logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir", - deyə nazir müavini qeyd edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov qeyd edib ki, "Bir Pəncərə" platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihənin tam tətbiqindən sonra sahibkarların eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməsinə ehtiyac qalmayacaq: "Məlumat mübadiləsi vahid elektron platforma vasitəsilə həyata keçiriləcək ki, bu da həm vaxt itkisini, həm də inzibati yükü əhəmiyyətli dərəcədə azaldacaq. Rəqəmsal texnologiyaların tətbiqi gömrük rəsmiləşdirilməsinin sürətini artırmaqla yanaşı, xidmətlərin şəffaflığını və operativliyini də yüksəldəcək".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında bildirib ki, Azərbaycanda nəqliyyat və logistika sahəsində həyata keçirilən rəqəmsal transformasiya tədbirləri ölkənin xidmətlər balansında nəqliyyat sektorunun rolunun daha da güclənməsinə mühüm töhfə verə bilər. Onun sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizi nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb: "Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 500 milyon dollara çatıb. Bu göstəricilər nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan əhəmiyyətə malik strateji istiqamətlərdən birinə çevrildiyini göstərir".

Çıxışlarda layihənin Azərbaycanın rəqəmsal inkişaf strategiyasında rolu, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinə verəcəyi töhfələr və platformanın gələcək inkişaf istiqamətləri diqqətə çatdırılıb. 

Layihə rəhbəri Ehtiram Quliyev platformanın əsas funksionallıqları barədə məlumat verərkən bildirib ki, sistem dörd əsas alt sistemdən ibarətdir və idxalatçılar, ixracatçılar, daşıyıcılar, ekspeditorlar, logistika şirkətləri və digər maraqlı tərəflər üçün geniş imkanlar yaradır.

Tədbir iştirakçıları platformanın canlı təqdimatını izləyib, sistemin iş prinsipləri ilə tanış olublar. Biznes nümayəndələri isə ilkin istifadə təcrübələrini bölüşərək xidmətlərə çıxışın sadələşdirilməsi, proseslərin sürətləndirilməsi və əməliyyatların daha çevik təşkili baxımından əldə olunan nəticələri diqqətə çatdırıblar.

Qeyd edilib ki, "Bir Pəncərə" İnformasiya Sistemi uzunmüddətli inkişaf perspektivi üçün nəzərdə tutulmuş milli rəqəmsal platformadır. Növbəti mərhələlərdə sistemə yeni dövlət xidmətlərinin, əlavə inteqrasiyaların və beynəlxalq əməkdaşlıq imkanlarının daxil edilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

19:21
25 Avqust

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

19:12
25 Avqust

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

18:48
25 Avqust

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

18:39
25 Avqust

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

18:23
25 Avqust

26 avqust – Laçın şəhəri günü  

18:23
25 Avqust

Xocavənddə açarlar yenidən doğma qapılara uzandı: illər sonra yurda dönüş  

18:21
25 Avqust

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

18:13
25 Avqust

Azərbaycanda makaron istehsalı artıb: süfrələrə gedən məhsulun həcmi böyüyür  

18:12
25 Avqust

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

18:09
25 Avqust

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

18:03
25 Avqust

Telefonların görünməyən “kimliyi”: 77 mindən çox saxta IMEI kod bloklandı  

17:59
25 Avqust

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

17:58
25 Avqust

Qızılın parıltısı ARDNF-nin aktivlərinə milyardlar qazandırıb

17:48
25 Avqust

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

17:45
25 Avqust

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

17:21
25 Avqust

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!