08 May 2025 09:00
552
DÜNYA
A- A+
Bir gündə iki cəhd 

Bir gündə iki cəhd 


Birinci uğursuz turdan sonra bir neçə saat davam edən müzakirələr nəticəsiz qalmadı


Məlum olduğu kimi, fevral ayında Almaniyada növbədənkənar parlament seçkiləri keçirilmiş və nəticədə Xristian Demokratlar İttifaqı (CDU) partiyası qələbə qazanmışdır. Mayın 6-da onun lideri Fridrix Merts parlamentdə iki tur səsvermədən sonra AFR-in yeni 10-cu Kansleri seçilmişdir. 

Almaniya tarixində ilk dəfə olaraq bu posta namizəd birinci turda tələb olunan mütləq səs çoxluğunu toplaya bilməyib. Bir neçə saat sonra onu seçmək üçün ikinci cəhd olub və bu zaman Merts lazımi səs çoxluğu - lehinə 325 səs qazanıb.

Hökumət koalisiyasını yaradan CDU/CSU və SPD blokunun hazırkı Bundestaqda ümumilikdə 328 mandatı var. Kanslerin ilk turda uğursuzluğundan sonra parlament fraksiyaları arasında məsləhətləşmələr üçün Bundestaqın iclası yarımçıq kəsilib. Almaniyanın "Merkur" nəşri yazır ki, bir neçə saat davam edən müzakirələrdən sonra təkrar səsvermə keçirilib və Fridrix Merts "Yaşıllar" və Sol Partiyasının gözlənilməz dəstəyi sayəsində kansler postunu tuta bilib. Eyni zamanda qəzet bu addımı "təhlükəli" kimi qiymətləndirib, çünki CDU öz prinsiplərini güzəştə getməli olub: son vaxtlara qədər fraksiya "solçular"la hər hansı əməkdaşlıqdan imtina edirdi. 

"Bild" qəzeti yazır ki, CDU-nun baş katibi Karsten Linnemann mümkün qədər tez bir zamanda əlavə tədbirlər görülməsinə dair qərar qəbul olunmasına çağırıb: "Avropanın güclü Almaniyaya ehtiyacı var. Ona görə də biz bir neçə gün gözləyə bilmərik".

Almaniyanın Əsas Qanununun 63-cü maddəsində nəzərdə tutulduğu kimi, təkrar səsvermə 14 gün ərzində keçirilməli idi. Merts bu halda tələb olunan  316 səs ala bilməsəydi, üçüncü cəhddə onun hökumət başçısı seçilməsi üçün sadə səs çoxluğu kifayət edəcəkdi.

Fridrix Merts 11 noyabr 1955-ci ildə  noyabrın 11-də anadan olub. İxtisasca hüquqşünasdır. 1998-2000-ci  və 2002-2004-cü illərdə Bundestaqda CDU/CSU fraksiyasının rəhbərinin müavini olub. 2018-ci il oktyabrın 30-da Bavariya və Hessen federal əyalətlərində XDİ-nin uğursuz seçkilərindən sonra Fridrix Merts Merkelin yerinə XDİ sədri postuna namizəd olmaq qərarını açıqlayıb. 2022-ci ilin yanvarında XDİ-nin sədri seçilib. 2024-cü ilin sentyabrında müxalifətdəki CDU/CSU bloku tərəfindən 2025-ci ildə keçiriləcək Bundestaq seçkilərində Almaniya kansleri vəzifəsinə namizəd kimi irəli sürülüb.

Fridrix Merts ötən həftə İspaniyanın Valensiya şəhərində keçirilən mühafizəkar Avropa Xalq Partiyasının konfransında həmkarlarına söz verib: "Biz Almaniyada, mənim ölkəmdə gördüyünüz ən güclü Avropayönlü hökumətlərdən birini qurmağa hazırıq". O, gələcək Avropa kursunun hədəflərini də açıqlayıb: "Avropa İttifaqının birliyini və müdafiə qabiliyyətini gücləndirmək, yeni azad ticarət sazişlərini dəstəkləmək, iqlimin qorunması və rəqabətqabiliyyətlilik siyasətinə düzəlişlər etmək, qitəyə gələn miqrantların sayını azaltmaq".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!