09 Yanvar 2026 08:40
255
İQTİSADİYYAT
A- A+
Biləsuvar GES-in inşası qrafik üzrə gedir

Biləsuvar GES-in inşası qrafik üzrə gedir


Bu il şəbəkəyə qoşulacaq stansiya gələn il tam gücü ilə fəaliyyətə başlayacaq


Texniki tərəqqi başlanan son 250 ildən bəri yaşadığımız Yer kürəsi hələ indiki kimi qlobal miqyasda fəlakətli risklərlə üzləşməmişdir. Planetimizdə karbon dioksidinin və ya istilikxana qazlarının görünməmiş səviyyədə artması quraqlıq, su qıtlığı, səhralaşma, daşqın, sel, torpaq sürüşməsi, qasırğa, sunami, ərzaq qıtlığı və s. fəlakətlərlə insanı üz-üzə qoymuşdur. 

Halbuki uca Tanrı təbiətdə nə varsa, hamısını bir-biri ilə tarazlaşdıraraq yaratmışdır. Bu tarazlığı pozan isə insandır. Təbiətə müdaxilələr etməklə, sürəti və məhsuldarlığı artırmaq istəyi, sərvətlərə hərisliyi ilə, odlu silahlarla, dağıdıcı müharibələrlə. O üzdən dünyanı tarazlığına qaytarmaq da insanın öhdəsinə düşür. 

Azərbaycan elmi-texniki tərəqqinin nailiyyətlərindən vaxtında və uğurla istifadə etməyi bacaran ölkələrdəndir. Vətənimizin bir hissəsi - gözəlliklər məskəni Qarabağ və Şərqi Zəngəzur 30 il idi ki, düşmən tapdağı altında idi. Ermənilər bu torpaqları özününküləşdirmək, Ermənistana ilhaq etmək və ya ayrı bir "respublika" yaratmaq üçün hər cür çirkin əməllərə əl atırdılar. Təəssüflər olsun ki, bəzi Avropa təşkilatları və parlamentariləri demokratiya pərdəsi altında gizlənərək onların bu qanunsuz niyyətlərini müdafiə edir, uydurulmuş konfliktin ədalətlə həll edilməsinə mane olur, bizi isə reallıqla barışmağa, dədə-baba torpaqlarımızdan əl çəkməyə təhrik edirdilər. Lakin Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə çözülməsə, hərbi yolla həll ediləcəyini ATƏT-in Minsk qrupunun həmsədrlərinə və problemin həllinə mane olan hər kəsə dönə-dönə bildirirdi. Və belə də oldu. 2020-ci il sentyabrın 27-də  Azərbaycan Ordusu əks-hücuma keçərək 44 gün ərzində 30 illik işğala son qoydu. İndi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə möhtəşəm yenidənqurma işləri gedir. 

Bu işlərin tərkib hissələrindən biri də Qarabağ və Şərqi Zəngəzurda, eləcə  də bütün ölkə ərazisində "yaşıl enerji"yə üstünlük verilməsidir. Bu gün Azərbaycanın bir sıra regionlarında günəş və küləklə işləyən, yəni günəş və külək enerjisini elektrik enerjisinə çevirən stansiyalar tikilir. Belə stansiyalardan biri də Biləsuvar rayonu ərazisində inşa edilir. 

Stansiya Ələt-Astara magistral şose yolunun Biləsuvara dönən hissəsindən təxminən bir kilometr kənardakı boş, əkinə və otlağa yararsız ərazidə inşa olunur. İnşaat işlərinə yola saldığımız ilin aprel ayında başlanılmışdır. Stansiyanın ərazisi 1454 hektardır. Tikintidə işlər gündən-günə sürətlənir. Qeyd edək ki, BƏƏ-nin "Masdar" şirkəti və "SOCAR Green" tərəfindən icra edilən bu layihə Azərbaycanda ən böyük günəş-elektrik stansiyasıdır. Rəsmi proqnozlara görə, pik tikinti dövrü üçün ümumi investisiya 2025-2027-ci illər üzrə 652,9 milyon manatdan çox təşkil edəcək. 

Hazırda obyektdə işlər təməl hazırlığından aktiv montaj mərhələsinə keçib. Ərazinin hazırlanması, habelə hamarlanması işləri başa çatıb. Planlaşdırılan 138 min 677 dirəkdən 29 min 909-u artıq quraşdırılıb. Günəş infrastrukturuna gəldikdə isə, avadanlıqların gətirilməsi sürətlənir. 80 MVt gücündə olan üzləyicilər artıq ərazidədir. Elektrik bağlantısında əhəmiyyətli irəliləyiş əldə edilib. 137,3 kilometr LVDC və rabitə kabelləri çəkilib. Çoxlu miqdarda günəş və MV kabellərinin gətirilməsi nəticəsində quraşdırma işləri mərhələsində heç bir gecikmənin olmaması təmin ediləcək. Yüksək Gərginlikli HV transformatorunun bu ilin mart ayında stansiyaya gətirilməsi nəzərdə tutulur ki, bu da şəbəkə bağlantısının növbəti əsas mərhələsini asanlaşdıracaq. 

Stansiyanın inşasında hazırda 800 nəfərə yaxın işçi çalışır. Pik vaxtda bu rəqəm 2 min nəfərə çatdırılacaq. Stansiyanın bu il şəbəkəyə qoşulması, 2027-ci ildə isə tam gücü ilə işləməsi nəzərdə tutulur. MDB ölkələri arasında 2-ci olacaq bu stansiyanın tam gücü dəyişən cərəyanla 445 miqavata çatacaq. 


Seyran CAVADOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!