28 Yanvar 2023 15:38
360
SİYASƏT
A- A+

Beynəlxalq ictimaiyyət: Azərbaycanın İrandakı səfirliyinə hücum qəbulolunmazdır və ciddi araşdırma tələb edir

 

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı tviterin xarici seqmentində bir çox paylaşımlar edilib. Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənilib və qəbuledilməz hesab olunub. Tvitlərdə, həmçinin terror hadisənin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.

AZƏRTAC tviterdəki paylaşımları təqdim edir.

•Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu kəskin şəkildə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu qardaş Azərbaycanın yanındadır;

•Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, həlak olan mühafizə rəisinə Allahdan rəhmət diləyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olsun, Azərbaycan;

•Moldova Parlamentinin spikeri İqor Qrosu: Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın zamanı qətlə yetirilən mühafizəçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Ümid edirəm ki, cinayəti törədənlərin və hadisənin motivlərinin üzə çıxarılması üçün ciddi araşdırma aparılacaq;

•Avropa Şurasının baş katibi Mariya Buriç: Azərbaycanın Tehrandakı səfirliyinə edilən bugünkü hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycan xalqının yanında olduğumu bildirir, həlak olanlara başsağlığı verirəm;

•Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin mətbuat katibi Peter Stano: Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı XİN-ə və Azərbaycan xalqına başsağlığı veririk. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Hücumun tam araşdırılacağına və hadisəni törədənlərin məsuliyyətə cəlb olunacağına ümid edirik;

•Gürcüstan XİN: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirik. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq aktı tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk;

•Belarus XİN: Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildirir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

Rumıniya XİN: Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumdan dərin kədər hissi keçirir və bu qəbuledilməz əməli qəti şəkildə pisləyir. Cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir. Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik;

Xorvatiya XİN: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumu qətiyyətlə pisləyirik. Diplomatik missiyalara qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, bu çətin anlarda qəlbimizin zərərçəkənlərin və onların ailələrinin yanında olduğunu bildiririk;

Slovakiya XİN: Slovakiya bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən silahlı hücumu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik;

•Niderland XİN: Niderland Krallığı Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən silahlı hücumu pisləyir. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananlara isə şəfa diləyirik;

Küveyt XİN: Küveyt Dövləti tərəfindən verilən bəyanatda Azərbaycan Respublikasının Tehrandakı səfirliyini hədəf alan silahlı hücum pislənilib və tənqid edilib;

•ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumu pisləyirik və İran hökumətinə xatırladırıq ki, o, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur. Terror aktı nəticəsində həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik;

•Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu: Can Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Azərbaycan heç zaman tək deyil;

•Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə, xarici işlər naziri Ceyhun Bayramova və Azərbaycan XİN-in bütün əməkdaşlarına başsağlığı verirəm;

•Estoniyanın xarici işlər naziri Urmas Reinsalu: Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm;

•Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani: Azərbaycanın Tehrandakı səfirliyinə bu gün edilən hücumu qətiyyətlə pisləyirik və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

•İsrail XİN-in mətbuat katibi Lior Hayat: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik xidməti rəhbərinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq;

•Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko: Ukrayna Tehrandakı Azərbaycan səfirliyinə qarşı təşkil olunan və bir nəfərin ölümü ilə nəticələnən, eləcə də bir neçə təhlükəsizlik əməkdaşının yaralanmasına səbəb olan hücumu qətiyyətlə pisləyir. Hücum qurbanının yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik;

•Misir XİN-in mətbuat katibi Əhməd Əbu Zeyd: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının bu gün səfirliyə edilən hücum nəticəsində həlak olması ilə bağlı dost Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Misirin bu ağrılı hadisədə Azərbaycanın tam yanında olduğunu bir daha vurğulayırıq;

•Pakistan XİN-in mətbuat katibi Mümtaz Zəhra Bəluc: Pakistan hökuməti və xalqı bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin kədər hissi keçirir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli gündə qardaş Azərbaycan xalqının yanındadır;

•Polşa XİN-in mətbuat katibi Lukaş Yasina: Polşa Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu pisləyir. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara və onların ailələrinə dəstəyimizi ifadə edirik;

•Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Mattias Lüttenberq: Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan əməkdaşın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə qarşı hücumlar qəbuledilməzdir. Bu cinayətin başvermə şəraiti tez bir zamanda araşdırılmalıdır;

 ABŞ-nin Azərbaycandakı səfirliyi: Səfirlik Azərbaycan XİN-də çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfilrliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirik;

• İspaniyanın Türkiyədəki səfirliyi: Tehranda Azərbaycan səfirliyinə edilən hücumla əlaqədar çox məyus olmuşuq. Diplomatik missiyalara qarşı edilən hücumlar qəbuledilməzdir. Həyatını itirən şəxsin yaxınlarına başsağlığı verir və yaralananların isə tezliklə sağalmalarını arzu edirik;

Pakistanın İrandakı səfirliyi: Pakistan hökuməti, xalqı və Pakistanın İrandakı səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinə qarşı təşkil edən qanlı hücumla bağlı səfirliyin əməkdaşlarına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalması üçün dualar edirik;

• İtaliyanın Azərbaycandakı səfirliyi: Səfirliyimiz Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən xain hücumdan qəzəbləndiyini bildirir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmalarını arzulayır, təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk;

 Rusiyanın Azərbaycandakı səfirliyi: Təhlükəsizlik xidmətinin əməkdaşı Orxan Əsgərovun ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri bizi sarsıdıb. Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

• İsrailin Azərbaycandakı səfiri Corc Dik: Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildirdim;

• İsrailin Almaniyadakı səfiri Ron Prosor: Tehrandakı bu dəhşətli hücumla əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin vaxtda sizinlə çiyin-çiyinə birlikdəyik;

•Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Ould: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik;

•Fransanın Azərbaycandakı səfiri Ann Buayon: Bu gün səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan çox kədərləndim. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm;

•Birləşmiş Krallığın İrandakı səfiri Saymon Şerkliff: Birləşmiş Krallığın Tehrandakı səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına, xüsusən də həlak olan şəxsin ailəsinə səmimi qəlbdən başsağlığı verirəm;

•Türkiyə Respublikasının Vyanadakı səfiri Ozan Ceyhun: Qardaş ölkə Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumdan dərhal sonra Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşdüm. Hücum nəticəsində şəhid olan qardaşımıza Allahdan rəhmət, Can Azərbaycana başsağlığı və yaralılara şəfa dilədim. Hamımızın başı sağ olsun;

• BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm;

• Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko: Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində baş verən insan ölümü və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə qarşı hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram;

• Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar: Qardaş ölkəmiz Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmis xain hücumu şiddətlə qınayır, şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm;

• Fransa senatoru Natali Qule: Azərbaycanın Tehrandakı səfirliyinə edilən, bir nəfərin ölümü və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirəm. Həlak olan Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram;

• Beynəlxalq İran Araşdırmaları İnstitutunun prezidenti Məhəmməd Əlsulami: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş hücum aktında təzə heç nə yoxdur. İran rejimi 1979-cu ildən bəri ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Kanada, Fransa və Bəhreyn səfirliklərində bu siyasəti davam etdirir. Bu, siyasi və ideoloji mövqedir və bu cür hücumların arxasında həmişə İran rejimi dayanıb;

• “TRT World” kanalının aparıcısı və müxbiri Cəfər Hasnain: Azərbaycanın İrandakı səfirliyinə hücum Tehranın bir dövlət olaraq xarici nümayəndəliklərin təhlükəsizliyini təmin etməkdə nə qədər bacarıqsız olduğunu göstərir. Bu, ciddi beynəlxalq qınaq və təhqiqat tələb edən iyrənc bir hərəkətdir. İran buna görə cavab verməlidir.

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı çoxsaylı paylaşımlar nəticəsində tviterin İran seqmentində “Tehran” və “Azerbaijan” sözləri, həmçinin “#İranianTerror”, “#Tehran”, “#Azerbaijan” həştəqləri dünya trendinə düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video