Çin Elmlər Akademiyasının Avtomatlaşdırma İnstitutunun tədqiqatçıları insanların gündəlik hərəkətləri zamanı effektiv beyin stimullaşdırmasını təmin edə bilən portativ cihaz hazırlayıblar. Təkrarlanan transkranial maqnit stimullaşdırılması (“rTMS”) texnologiyasına əsaslanan bu cihaz depressiya, insult sonrası motor pozğunluqları və digər nevroloji xəstəliklərin müalicəsində yeni imkanlar yaradır. Mövcud “rTMS” sistemləri, əsasən, klinik şəraitdə istifadə olunan, elektrik şəbəkəsinə qoşulmalı olan böyük həcmli qurğulardır. Bu məhdudiyyətlər stimullaşdırmanın yalnız statik vəziyyətdə aparılmasına səbəb olur və gündəlik hərəkət zamanı istifadəyə maneə törədir. Yeni tədqiqat batareya ilə işləyən və hərəkət zamanı istifadə edilə bilən stimulyator hazırlanaraq bu problemi həll etməyə yönəlib.
Mütəxəssislərin yaratdığı yüngül və güclü maqnit sahəsi yarada bilən sarğac sistemi 18 voltluq batareya ilə işləyir və 1600 volt gərginlik, 500 milliamper gücündə impulslar ötürə bilir. Sarğac başa elastik qayışlarla bərkidilir, idarəetmə və enerji bloku isə çiyin qayışı vasitəsilə arxada daşınır. Laboratoriya testlərində cihazın beyin qabığına təsir göstərə biləcək gücdə maqnit sahəsi yaratdığı təsdiqlənib. Simulyasiya və real insan testləri maqnit impulslarının əl və ayaq əzələlərində motor reaksiyalarını artırdığını göstərib. Gəzinti zamanı ölçülən əzələ reaksiyaları statik vəziyyətdəkinə nisbətən iki dəfə yüksək olub, bu da cihazın hərəkət zamanı effektiv işlədiyini sübut edir. Cihaz 1,2 Tesla gücündə maqnit impulsları yarada bilir və beynəlxalq tibbi təhlükəsizlik standartlarına uyğun temperatur hədləri daxilində çalışır. Batareya bir dəfə şarj olmaqla 8 mindən çox impuls ötürə bilir.
Tədqiqatçılar bu texnologiyanın ev şəraitində müalicə imkanlarını genişləndirə və beyin stimullaşdırması sahəsində yeni terapevtik yanaşmalara yol açacağını bildirirlər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Ağdam rayonunda mina hadisəsi baş verib
Trans-Xəzər nəqliyyat dəhlizinə əlavə investisiyaların cəlb edilməsi üzrə forumun keçirilməsi planlaşdırılır
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib
ANAMA-nın əməkdaşı minaya düşüb
Yəmən husiləri Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbələr endirib
“Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanan memorandum Gürcüstan mətbuatının diqqət mərkəzində olub
Almaniyanın ən məşhur gölü quruyur
HƏMAS özlərini israilli girov kimi təqdim edən şəxslərin videosunu yayıb
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!