14 Noyabr 2025 12:50
1821
Mədəniyyət
A- A+
Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 8 Noyabr - Zəfər Gününə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycan tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin qeyd olunduğunu bildirib.

Vətən müharibəsində Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sarsılmaz həmrəylik və qətiyyət nümayiş etdirdiyini deyən səfir bu çətin dövrdə dost dövlətlərin, xüsusilə qardaş Türkiyənin fəal siyasi və mənəvi dəstəyini xüsusi vurğulayıb. Diplomat bir neçə gün əvvəl Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçinin şəhid olmasının xalqımız tərəfindən dərin hüznlə qarşılandığını qeyd edib.

Səfir Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq, bölgəmizin sabitlik və əməkdaşlıq dövrünə qədəm qoyduğunu deyib. Bu baxımdan Azərbaycanın Ermənistana göndərilən mallara tətbiq olunan tranzit məhdudiyyətlərini ləğv etməsinin, Rusiya və Qazaxıstandan tonlarla buğdanın Azərbaycan ərazisindən Ermənistana çatdırılmasının sülhün praktik təzahürü və qarşılıqlı etimadın inkişaf edə biləcəyinin bariz göstəricisi olduğu bildirilib. “Sülh yalnız hər iki ölkəyə fayda vermir, həm də dünyaya güclü mesaj göndərərək ən çətin münaqişələrin belə dialoq, cəsarət və kompromis yolu ilə həll oluna biləcəyini sübut edir”, - deyə Nəsimi Ağayev bildirib.

Çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli bütün müsəlman dünyasında ilk operanın yaradıcısıdır. Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşanın öz azadlığına qovuşmasının bu gün dərin rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, 8 Noyabr xalqımızın cəsarətini, qəhrəmanlığını və sarsılmaz qətiyyətini, Üzeyir Hacıbəylinin adı isə musiqinin qəlbləri fəth edən və xalqları birləşdirən ecazkar gücünü ifadə edir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində suverenliyin və ərazi bütövlüyünün bərpası günü, eləcə də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu vurğulayıb. Professor milli bəstəkarlıq məktəbinin formalaşması və inkişafında, eləcə də Azərbaycan musiqişünaslarının fəaliyyətində Üzeyir Hacıbəylinin yaradıcılığının müstəsna rol oynadığını qeyd edib.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Əməkdar artistlər Ramil Qasımov və İnarə Babayeva, tarzən Səxavət Məmmədov Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və klassik Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Musiqiçilərimizi tanınmış Berlin Filarmonik Kamera Orkestri müşayiət edib. Maraqlı konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilməsi haqqında

02:05
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:04
02 Aprel

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 

02:03
02 Aprel

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə

02:02
02 Aprel

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 250-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 avqust tarixli 462 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:00
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:59
02 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:57
02 Aprel

Azercell abunəçilərinin nəzərinə

01:56
02 Aprel

Rostov vilayətində 24 saat ərzində ikinci dəfə dron həyəcanı elan edilib  

23:38
01 Aprel

Ötən il dünyada bərpaolunan enerji mənbələrinin ümumi gücü 15 faizdən çox artıb 

23:29
01 Aprel

Media: ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

22:35
01 Aprel

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

21:40
01 Aprel

Nikol Paşinyan Qarabağ məsələsini bağlamağa çağırıb  

20:33
01 Aprel

Küveyt səmasında gərginlik: 3 raket və 17 PUA zərərsizləşdirilib  

20:19
01 Aprel

İndoneziya BMT-ni Livanda sülhməramlıların ölümü ilə bağlı təcili araşdırmaya çağırıb  

19:53
01 Aprel

Kreml Kiyevə tələb irəli sürüb

19:47
01 Aprel

Bahar Muradova: “Yüksəliş” müsabiqəsi istedadlı və bacarıqlı kadrların inkişafında mühüm rol oynayır  

19:43
01 Aprel

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!