28 Oktyabr 2025 09:15
616
SİYASƏT
A- A+
Bərdə terroru bəşəri cinayətdir

Bərdə terroru bəşəri cinayətdir


Haqq savaşına çıxdığımız Vətən müharibəsinin 44 günü ərzində xalqımız çox qürurlu günlər yaşadı. Savaşın elə ilk günündən ön cəbhədən arxa cəbhəyə qanadlanan qələbə müjdələri ölkədə böyük coşquya, Zəfər təntənəsinə səbəb oldu. Evlərimizin, eyvanlarımızın, meydanlarımızın, küçələrimizin, əllərimizin ən gözəl bəzəyi qəhrəman oğullarımızın Qarabağın zirvələrində dalğalandırdıqları üçrəngli ay-ulduzlu bayraqlar oldu. 

Cəsur döyüşçülərimiz düşməni torpaqlarımızdan addım-addım qovaraq düz bir qərinədir ki, azadlığını həsrətlə gözlədiyimiz yurdlarımızı yağı əsarətindən xilas etdilər və ürəklərimizi fəxarətdən dağa döndərdilər. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın 10 noyabrda kapitulyasiya - məğlubiyyət aktına  imza atmasına qədərki cəmi 44 günlük zaman kəsiyində böyük igidlik nümayiş etdirərək 300 yaşayış məntəqəsini, 5 şəhər və 4 qəsəbəni, çoxsaylı strateji yüksəkliyi düşməndən azad etdi. Bu qələbələr silsiləsinin məntiqi nəticəsi olaraq Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, bir itki verilmədən öz əzəli sahiblərinə qaytarıldı. Bununla da tarixi ədalət zəfər çaldı. 


Düşmən mənfur xislətini 44 günlük savaşda da göstərdi


Vətən müharibəsi dövründə həm də faşist xislətli düşmənin qanlı cinayət əməllərinə bir daha şahidlik etdik. İşğalçı siyasət yürüdən Ermənistan həmin dövrdə dəfələrlə müharibə cinayətləri törətdi, mülki azərbaycanlıları hədəfə çevirdi, əllərini körpələrimizin, uşaqlarımızın, qocalarımızın, ümumiyyətlə, dinc sakinlərimizin qanına batırdı. Döyüş meydanında igid savaşçılarımızla bacara bilməyən düşmənin bu çirkin əməlləri ilə xalqımız illər əvvəl də dəfələrlə üz-üzə qalmışdı. Elə Birinci Qarabağ savaşı zamanı da işğalçı Ermənistanın mənfur siyasəti dinc əhalini nişan almağa hesablanmışdı. Təkcə 1992-ci ilin fevralında törətdikləri Xocalı soyqırımı erməni terrorçularının insanlıqdan uzaq xislətlərini gözlər önünə sərir. Hətta uşaq qatili Serj Sarkisyan Xocalıda həyata keçirdikləri soyqırımını beynəlxalq səviyyədə etiraf edib və bu qanlı əməlləri törətməklərinə peşman olmadıqlarını həyasızlıqla dilə gətirib.  

Ermənistan 2020-ci il sentyabrın 27-dən etibarən ölkəmizə qarşı təxribatlarının baş tutmadığını və döyüş meydanında biabırcasına məğlub olduğunu görərək yenidən silahını dinc sakinlərimizə yönəltdi. Cəbhədə qəhrəman döyüşçülərimiz tərəfindən əzici məğlubiyyətə uğrayan düşmən acığını mülki vətəndaşlarımızdan çıxmağa çalışdı və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törətməyə başladı. İşğalçı ordunun həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriya və raket atəşinə tutması nəticəsində içərisində azyaşlıların da olduğu mülki şəxslər yaralandı, həlak oldu, evlər və sosial obyektlər dağıdıldı. 

2020-ci ilin oktyabrında təkcə Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən düz beş dəfə ayrı-ayrı zamanlarda bombalandı. Həmin il  oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır. 

Gəncədə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəydi.   


Bərdə də düşmənin hədəfində idi


44 günlük Vətən müharibəsi dövründə Gəncə, Tərtər, Goranboy və digər yaşayış məntəqələrimiz kimi Bərdə də düşmənin hədəfində idi. 27 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri Bərdə rayonunun Qarayusifli kəndində terror törədib.

Həmin tarixdə Qarayusifli kəndinə 2 ədəd "Smerç", 2 ədəd "Elbrus" ballistik raketi atılıb. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qarayusifli kəndində həlak olanlar arasında Aysu adlı 7 yaşlı qızcığaz da var idi. Cəmi bir gün sonra, oktyabrın 28-də ömrünün baharında həyatdan qoparılan məktəbli Aysunun dəfni günündə Bərdə növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qaldı. 

Ermənistan silahlı qüvvələri həmin tarixdə yenidən Bərdədə dinc sakinləri "Smerç" raketləri ilə atəşə tutdu. Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak oldu, 70-ə yaxın mülki şəxs yaralandı. 

Ümumiyyətlə, Bərdə şəhərinin 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də raket və ağır artilleriya ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla, 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.


"Vətən sağ olsun"


44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, Beynəlxalq Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq xalqımıza qarşı müharibə cinayətləri törətdi. Düşmən bu qanlı əməlləri ilə Qarabağa qayıdış yolumuzu kəsmək istədi. Ancaq Azərbaycan xalqı faciələrinə də mətanətlə sinə gərib, "Vətən sağ olsun, biz bir ölürüksə, min dirilirik" dedi, haqq yolundan dönmədi. 

Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin raket atəşinə məruz qoyduğu cəbhəboyu və cəbhədən uzaqda yerləşən yaşayış məntəqələrimizin sakinlərinin bütün təhlükələrə rəğmən ev-eşiyini, doğma yurdunu tərk etməməsi düşmənə gözdağı, dünyaya vətən sevgisinin örnəyi oldu. 


Qisasımızı döyüş meydanında aldıq

    

44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri zamanı mənfur düşməndən qisasımızı döyüş meydanında aldıq. 

"Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi", - deyə Prezident İlham Əliyev BMT-nin 80-ci yubiley sessiyasında ölkəmizin həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. 

Dövlətimizin başçısı xüsusi vurğuladı ki, Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı: "Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi".

Bəli, vətənpərvər oğullarımız hərb meydanında düşmənin külünü göyə sovurmaqla həm də Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə və digər ərazilərimizdə insanlarımıza qarşı törədilən soyqırımların, terror aktlarının intiqamını aldılar. Torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərimizin qanını yerdə qoymadılar.  

Milli kimliyimizə düşmən kəsilərək xalqımızın qanına susayan, onlara qarşı bəşər tarixində rastlanmamış cinayət əməlləri törədən, bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə mülki insanlarımızı qətlə yetirmələri ilə qürrələnən canilərin indi Azərbaycan qanunları ilə mühakimə edilmələri də elə İlahi ədalətin yerini tapması deməkdir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!