07 Aprel 2026 18:47
156
CƏMİYYƏT
A- A+
Bələdiyyələr yerli büdcə gəlirlərinin artırılması sahəsində müsbət nəticələr əldə edib  

Bələdiyyələr yerli büdcə gəlirlərinin artırılması sahəsində müsbət nəticələr əldə edib  


Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması - yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davam edib. Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində Bələdiyyələrin Milli Assosiasiyalarının da iştirakı ilə yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində problemlərin aradan qaldırılması məqsədilə görülən işlər həmin müsbət dinamikanın qorunmasına təsirini göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3, 3 milyon manata (5.2 faiz) yaxın artaraq 65,6 milyon manatı keçib. 2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7,2 milyon manat (26.5 faiz) çox olub. Ümumi yerli büdcə gəlirlərinin 35,3 faizini təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16,4 faiz artaraq 23 milyon manatı ötüb.

Qeyd edək ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 7,5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şair-diplomat Hacan Hacısoyun 80 illik yubileyi qeyd olunub

20:29
07 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

19:51
07 Aprel

Milli Məclisdə Azərbaycan və Türkiyə prokurorluqları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

19:17
07 Aprel

Azərbaycanın 15 taekvondoçusu dünya çempionatında çıxış edəcək  

18:53
07 Aprel

Bələdiyyələr yerli büdcə gəlirlərinin artırılması sahəsində müsbət nəticələr əldə edib  

18:47
07 Aprel

Azərbaycan AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclasına sədrlik edib

18:41
07 Aprel

Kənd təsərrüfatı naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

18:39
07 Aprel

Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

18:37
07 Aprel

Dünya neft bazarında qıtlıq yaranıb  

18:18
07 Aprel

Soyuq suda beş dəqiqə olmaq əhval-ruhiyyəni yaxşılaşdırır

18:06
07 Aprel

Türkiyənin Baş prokuroru: Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığı daha da inkişaf etdirəcəyik

17:57
07 Aprel

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib

17:48
07 Aprel

TÜRKPA iclasında birgə iqtisadi layihələr və model qanunlar təsdiqlənib

17:44
07 Aprel

Yardımdan investisiyaya: Aİ və Afrika tərəfdaşlıq modellərini dəyişirlər

17:44
07 Aprel

Hindistan əhalinin siyahıyaalınmasına başlayır  

17:41
07 Aprel

Alimlər sümükləri möhkəm saxlamağın yeni yolunu kəşf ediblər  

17:37
07 Aprel

Haitidə silahlı dəstələrin yarısı uşaqlardan ibarətdir

17:13
07 Aprel

İsrailin İstanbuldakı baş konsulluğunun qarşısında silahlı insident baş verib  

16:40
07 Aprel

Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: valideynlərin diqqətinə

16:33
07 Aprel

Fransada yanacaqdoldurma məntəqələrinin 18 faizində yanacaq çatışmazlığı var  

16:23
07 Aprel

Gecikdirilmiş 201 min manata yaxın vəsait işçilərə ödənilib, 44 nəfər əvvəlki işinə bərpa olunub  

16:06
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!