19 Dekabr 2025 11:22
257
CƏMİYYƏT
A- A+
BDYPİ: Sürücülər ötmə və manevretmə zamanı diqqətli olmalıdırlar  

BDYPİ: Sürücülər ötmə və manevretmə zamanı diqqətli olmalıdırlar  


Aparılan təhlillər göstərir ki, bu ilin 11 ayı ərzində qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması ilə bağlı ölüm və xəsarətlə nəticələnən 470 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu fakt ağır nəticəli yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasında ötmə və manevretmə qaydalarının pozulmasının xüsusi yer tutduğunu göstərir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında xəbər verilir.

Bildirilir ki, qarşı hərəkət zolağına düşünülməmiş şəkildə çıxmaq, yolun görünüş məsafəsini və hərəkətin intensivliyini düzgün qiymətləndirməmək, tələskənlik, eləcə də sürücünün özünə həddindən artıq güvənməsi qısa zaman ərzində ağır və geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Bu cür qayda pozuntuları əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri ilə toqquşma, avtomobilin idarəetmədən çıxaraq aşması, eləcə də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükənin yaranması ilə nəticələnir.

“Unutmaq olmaz ki, yol hərəkəti zamanı qəbul edilən hər bir yanlış qərar insan həyatı üçün ciddi risk daşıyır. Bir neçə saniyə vaxt qazanmaq istəyi heç bir halda insan həyatının təhlükə altına atılması ilə əsaslandırıla bilməz. Sürücülərin diqqətinə çatdırırıq ki, ötmə və manevretmə zamanı qarşıdan gələn nəqliyyat vasitəsinə olan məsafə real qiymətləndirilməli, yolun vəziyyəti və hava şəraiti mütləq nəzərə alınmalı, sükan arxasında səbir, diqqət və məsuliyyət nümayiş etdirilməlidir”,- deyə məlumatda vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!