19 Mart 2025 09:35
912
Mədəniyyət
A- A+
Bayram kimi nəğmələr

Bayram kimi nəğmələr


Böyük sevgi və coşqu ilə qarşıladığımız Novruz bayramı illər, əsrlər boyu Azərbaycan xalqının milli düşüncəsində və yaddaşında dərin izlər qoyub. Bu izlər zaman-zaman musiqiyə, rəssamlığa, xalçaçılığa və başqa sənət nümunələrinə hopub. 

Hamımız üçün müqəddəs olan bu əziz bayramda insanlar sevinclərini müxtəlif adət və ənənələrlə, ayinlərlə ifadə edirlər. Novruz münasibətilə keçirilən şənliklərdə bir-birindən gözəl musiqilər səsləndirilir, bayramın gəlişinə sevinən insanlar musiqi sədaları altında rəqs edib şənlənir, kədər və qəmlərini unudurlar. 

İllərdən, əsrlərdən bəridir ki,  xalq arasında Novruzla bağlı çoxlu bayatılar, mahnılar və rəqs havaları geniş yayılmışdır. Bunlar təkcə Novruz günlərində deyil, elə ilboyu da ürəklərdə, qəlblərdə dolaşır. Keçirilən böyük el şənliklərində aşıqlar, xanəndələr, xalq musiqisi ifaçıları, adi insanlar Novruz bayramına həsr olunmuş mahnılar ifa edirlər, oynayıb şənlənirlər. Novruzun gəlişini beləcə böyük sevinclə qarşılayırlar. 

Görkəmli bəstəkarlarımız da Novruz bayramına həsr olunmuş bir-birindən gözəl musiqilər bəstələyiblər. Dinləyənlərin zövqünü oxşayan bu əsərlərdə Novruz ruhu,  ovqatı hiss olunur. Bu musiqilər bayramı daha da təravətləndirir, xalqımıza sevinc bəxş edir. Belə musiqilər keçirilən şənliklərə böyük rəng qatır. 

Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin ötən əsrin əvvəllərində bəstələdiyi "Bahar nəğməsi" əsəri Novruz günləri daha sevgi ilə dinlənilir. Bəstəkar Məmməd Quliyev isə "Aldanmış ulduzlar" operasına Novruz bayramı ilə bağlı zurna və nağaranın da iştirakı ilə xalq səhnələri daxil edib. Göründüyü kimi, Novruz bayramına həsr olunmuş musiqilər təkcə el şənliklərinə deyil, operalarımıza da ayaq açıb və böyük sevgi ilə dinlənilib. 

Bu mövzuların sırasında Vasif Adıgözəlovun dördhissəli "Novruzum" kantatası da xüsusi olaraq qeyd edilməlidir. "Azərbaycan", "Səməni", "Kosa", "Novruzum" hissələrindən ibarət əsər solist, xor və simfonik orkestr üçün yazılıb.

Bəstəkar Elnarə Dadaşovanın kamera orkestri və soprano üçün yazdığı "İlk bahar" əsəri də maraqla dinlənən musiqi nümunələrindən biridir. Elnarə xanımın görkəmli şairimiz Abdulla Şaiqin sözlərinə yazdığı "Uşaq albomu" mahnı silsiləsində də bir-birindən məlahətli Novruz nəğmələri zövqləri oxşayır. Novruzu tərənnüm edən bu nəğmələr əziz bayramı xalqımıza daha da sevdirir. E.Dadaşovanın  kamera orkestri üçün bəstələdiyi "Bahar şərqisi" də xalqımızın yaddaşında, mənəvi dünyasında  dərin iz salmış  el bayramına həsr olunub. 

Mahnılarını sevə-sevə dinlədiyimiz Oqtay Kazımi müxtəlif illərdə Novruz bayramı ilə bağlı "Böyük bayram", "Bayramınız mübarək", "Bayram olsun", "Bahar çağı", "Bahar təranəsi", "Bakının baharı" adlı silsilə mahnılar bəstələyib. Novruzu tərənnüm edən həmin mahnılar bu gün də repertuardan düşmür.

Novruz bayramına həsr olunmuş elə musiqilər, elə mahnılar var ki, uşaqdan tutmuş böyüyə qədər hamının dilinin əzbəridir. Sözləri Teymur Elçinə, musiqisi görkəmli bəstəkar Fikrət Əmirova məxsus "Gülür ellər" mahnısı uzun illərdir dillərdən düşmür, ürəklərdə, qəlblərdə yaşayır. Həmçinin sözlərini bütün zamanlarda sevilən şair Fikrət Qocanın yazdığı və Ramiz Mirişlinin bəstələdiyi "Bayram axşamlarında" mahnısı da illərdir ki, sevilə-sevilə dinlənilir. Cavanşir Quliyevin tanınmış şair Ramiz Rövşənin sözlərinə bəstələdiyi "Novruz gəlir, yaz gəlir" mahnısı da bayrama həsr olunmuş ən populyar və böyük sevgi ilə dinlənilən mahnılardandır.

Görkəmli musiqi tədqiqatçıları Şərq xalqlarının klassik muğam sənətində "Novruz-bayatı", "Novruz-büzürg", "Novruz-kiçik", "Novruz-səba", "Novruz-xara" adlı muğam şöbələrinin olduğunu qeyd edirlər. Bu nümunələrdən biri kimi ölməz sənətkarımız Bülbülün ifasında "Bağçada güllər" mahnısı bütün zamanlarda sevilə-sevilə dinlənilir. Daim sevilən xanəndələrdən olan Yaqub Məmmədovun şaqraq səsində ruhumuzu dilləndirən "Gül açılanda yaz olur", Səxavət Məmmədovun ifasında "Gül açdı, bahar oldu" mahnıları da unudulmaz nəğmələr sırasındadır. 

Novruzun gəlişinin, baharın ilıq nəfəsinin duyulduğu ölməz əsərlər sırasında Tofiq Quliyevin bəstələdiyi və Şövkət Ələkbərovanın ifasında əbədilik qazanmış "İlk bahar", Cahangir Cahangirovun "Bahar nəğməsi" mahnılarında xalqımızın Novruz  sevinci xüsusi şövqlə ifadə olunur. Ramiz Mirişlinin "Bayram axşamlarında" mahnısı isə hamımızın zümzümə etdiyi musiqilərdən biridir. 

Novruz bayramını tərənnüm edən və insanlara sevdirən mahnıların sırasında görkəmli bəstəkarlar Ağabacı Rzayevanın, Hökumə Nəcəfovanın, Oqtay Zülfüqarovun, Tofiq Əhmədovun, Bəxtiyar Kərimovun da bəstələdiyi əsərlər çoxdur. Bəstəkar Mehriban Əhmədovanın Fikrət Qocanın sözlərinə yazdığı "Bahar nəğməsi" mahnısını böyük sevgi ilə dinləməyən varmı?! Təbii ki, yoxdur. Çünki bu musiqilər qəlbimizə, ürəyimizə bulaq suyu kimi axır.

Novruz bayramının tərənnümü təkcə peşəkar bəstəkarların deyil, həvəskar musiqiçilərin və müğənnilərin də yaradıcılığında mühüm yer tutur.  Yaradıcısı və ifaçısı mərhum Məmmədbağır Bağırzadə olan və hamımızı Novruz ovqatına kökləyən "Bahar gəlir", "Bayram şamları", "Yurdumuza yaz gəlir" mahnılarını bu gün də sevə-sevə dinləyirik. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!