06 Mart 2026 18:48
168
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub  

Baş Prokurorluqda qadınların cəmiyyətdəki rolundan danışılıb, onlara mükafatlar təqdim olunub  


Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvət olunmuş Milli Məclisin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutub, dövlət idarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirib. Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimai fəallığının artırılması məsələsinə Ümummilli Lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət göstərilib, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Baş prokuror, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər və beynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.

Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyev bildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan 131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13-ü rəhbər vəzifələrdə çalışır ki, bunlardan 1-i Baş Prokurorluqda idarə rəisi, 4-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 1-i idarə rəisinin müavini - şöbə rəisi, 1-i hərbi prokurorluq orqanlarında şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsini tutur.

Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva, Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayon prokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxışın (o cümlədən tranzit məqsədilə giriş-çıxışın) müvəqqəti olaraq dayandırılması haqqında

02:36
07 Mart

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

23:35
06 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

23:33
06 Mart

DTX SEPAH-ın Azərbaycanda terror planlarını ifşa edib 

22:41
06 Mart

ADA Universitetində 19 bakalavriat, 13 magistratura, 6 doktorantura ixtisası tədris olunur 

21:28
06 Mart

Konqresdə Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə irəli sürülmüş qanun layihəsinə yeni həmmüəllif əlavə olunub  

20:53
06 Mart

Azərbaycan suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün imkanlara malikdir  

20:52
06 Mart

Çex Respublikasının Baş naziri Andrey Babişdən

20:49
06 Mart

Zakir Həsənov: Vətənpərvərliyi ilə fərqlənən Azərbaycan qadını ordu quruculuğu prosesində də yaxından iştirak edir  

20:39
06 Mart

Azərbaycan və Belarus Baş nazirləri arasında telefon danışığı olub

20:39
06 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:36
06 Mart

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan ilə həmrəyliyini bildirib  

20:28
06 Mart

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri: Mülki infrastrukturun hədəf alınması qəbuledilməzdir  

20:15
06 Mart

Monteneqronun xarici işlər naziri İranın Azərbaycana qarşı dron hücumlarından narahatlığını bildirib  

19:58
06 Mart

Tramp İranda lider seçimindən danışıb

19:47
06 Mart

Amerikalı ekspert: Orta Dəhliz beynəlxalq gündəmin strateji mövzusuna çevrilir  

19:36
06 Mart

Avropa Şurasının Baş katibi Azərbaycana PUA hücumu ilə bağlı paylaşım edib  

19:32
06 Mart

AZAL Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəlini açıqlayıb 

19:15
06 Mart

Mərakeşli nazir İranın Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib  

19:07
06 Mart

Tramp: Kuba tezliklə çökəcək

19:02
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!