05 Mart 2026 16:13
472
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb

Baş Prokurorluq: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb


Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarəolunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.

İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.

Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:

Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:

- 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,

- 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,

- 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və

- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətləri icra olunur.

Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.

İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.

Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub YENİLƏNİB  

13:16
17 Aprel

Azərbaycan Prezidenti İlham Əliyevin Antalyada Şimali Kipr Prezidenti ilə görüşü olub YENİLƏNİB

12:47
17 Aprel

Baş nazirin müavini: Rusiya və Azərbaycanın iqtisadi potensialı qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına imkan verir  

12:39
17 Aprel

Azad olunmuş ərazilərdə yeni hərbi infrastruktur obyektləri yaradılır

12:35
17 Aprel

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB 

12:31
17 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:21
17 Aprel

Vüqar Süleymanov: Vətən müharibəsindən bəri 264 min 581 hektar sahədə minatəmizləmə fəaliyyəti icra olunub

12:18
17 Aprel

Baş nazirin müavini: Azərbaycan məhsuldar dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa açıq tərəfdaşdır

12:12
17 Aprel

İran-ABŞ danışıqlarında əsas fikir ayrılıqları məlum olub  

12:11
17 Aprel

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

12:08
17 Aprel

Sədr: Azərbaycan QHT-ləri 2025-ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib  

12:07
17 Aprel

Kür çayının mənsəb hissəsində su sərfi 2 dəfəyə qədər artacaq

12:00
17 Aprel

ABŞ İranla müharibə fonunda xalis neft ixracatçısı statusuna yaxınlaşıb

11:53
17 Aprel

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun üzvlərinin Ağdama səfəri başlayıb  

11:53
17 Aprel

Ali Məhkəmədən xəbərdarlıq: Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir

11:51
17 Aprel

Dövlət dəstəyi sayəsində Azərbaycanda QHT-lərin fəaliyyəti genişlənir

11:46
17 Aprel

“Politico”: Tramp münaqişəyə son qoymaq üçün İranın tələblərinin bir hissəsini qəbul edə bilər

11:41
17 Aprel

ICAO və Dövlət Mülki Aviasiya Agentliyi arasında təlim xidmətlərinə dair razılaşma imzalanıb  

11:32
17 Aprel

I rübdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 142 milyon kilovat-saatı ötüb  

11:23
17 Aprel

Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb

11:16
17 Aprel

“ASAN xidmət” modeli Nyu-Yorkda diqqət mərkəzində

11:08
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!