04 Fevral 2026 18:23
524
İQTİSADİYYAT
A- A+
Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir 

Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir 


Son illər qlobal geosiyasi proseslər, təchizat zəncirlərində yaranan risklər və nəqliyyat marşrutlarının şaxələndirilməsinə artan ehtiyac beynəlxalq nəqliyyat gündəliyində yeni prioritetlər formalaşdırıb. Bu kontekstdə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) alternativ və dayanıqlı logistika xətti kimi diqqət mərkəzindədir. Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Yanq Ta Kim AZƏRTAC-a müsahibəsində Orta Dəhlizin qlobal nəqliyyat sistemində artan rolunu, Azərbaycanın strateji üstünlüklərini və gələcək perspektivləri dəyərləndirib.

- Cənab Kim, ITF qlobal nəqliyyat sistemində Orta Dəhlizin artan rolunu necə qiymətləndirir?

- Bu mövzu hazırda ITF icması üçün olduqca aktualdır, xüsusilə də mövcud geosiyasi gərginliklər fonunda. Yeni nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı müxtəlif ideyalar və müzakirələr aparılır. Ənənəvi olaraq yükdaşımalarında əsasən dəniz marşrutlarına üstünlük verilib. Lakin bu gün davamlılıq, dayanıqlılıq və rəqəmsallaşma kimi amillər daha çox ön plana çıxır. Hazırda ITF-ə sədrliyi Azərbaycan həyata keçirir və sədr ölkə Orta Dəhlizin inkişafının əhəmiyyətinə xüsusi diqqət yetirir. Region ölkələri və maraqlı tərəflərlə aparılan müzakirələr bu marşrutun həm regional, həm də qlobal təchizat zəncirlərində mübadiləni asanlaşdıracağını və nəqliyyat sisteminin ümumi dayanıqlığını artıracağını göstərir.

- Bu dəhliz çərçivəsində Azərbaycanın əsas strateji üstünlükləri nədən ibarətdir?

- Azərbaycan coğrafi baxımdan Orta Dəhlizin mərkəzində yerləşir. Tarixi İpək Yolunun müasir formada bərpası bu ölkəni Asiya ilə Avropa arasında əsas əlaqələndirici halqaya çevirir. Azərbaycan müxtəlif regionlar arasında körpü rolunu oynayaraq nəqliyyat və logistika baxımından mühüm üstünlüklər əldə edir. Bununla yanaşı, ITF-də sədrliyi dövründə Azərbaycan özəl sektor investorları üçün daha şəffaf və proqnozlaşdırıla bilən yanaşmalar irəli sürür, eləcə də, siyasətçilər arasında Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı konsensusun formalaşmasına töhfə verir.

- Xəzər dənizi üzərindən multimodal nəqliyyatın səmərəliliyinin artırılmasına hansı amillər mane olur?

- Bu sahədə bir neçə əsas məsələnin eyni vaxtda həllinə ehtiyac var. Fiziki infrastrukturun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlıqla yanaşı, sərhəd keçidlərinin səmərəliliyi xüsusi əhəmiyyət daşıyır. Sərhəd prosedurları və inzibati mexanizmlər mübadilənin asanlaşdırılması baxımından ölçülməsi çətin proseslərdir. Bu tədbirlərin mərhələli deyil, paralel şəkildə həyata keçirilməsi vacibdir. Vaxt amili bu prosesdə əsas çağırışlardan biridir. Bununla belə, vahid yanaşma və qarşılıqlı anlaşma əsasında mühüm irəliləyişlər əldə etmək mümkündür.

- Rəqəmsal və gömrük sistemləri Orta Dəhlizin rəqabət qabiliyyətinə necə təsir edir?

- Əlaqəlilik iki əsas komponentdən ibarətdir: fiziki infrastruktur və sərhəd keçidlərini asanlaşdıran rəqəmsal əlaqəlilik. Hazırda bir çox sərhəd-keçid məntəqələrində sənədlərin yoxlanılması, kağız daşıyıcılar və inzibati prosedurlar səbəbindən gecikmələr yaranır. Bu isə bütün maraqlı tərəflər üçün əlavə xərclər və vaxt itkisi deməkdir. Hətta güclü fiziki infrastruktur mövcud olsa belə, effektiv rəqəmsal protokollar və alətlər olmadan yüksək səmərəlilik mümkün deyil. Gömrük və rəqəmsal sektorlar arasında əməkdaşlıq nəqliyyat sahəsində ciddi sinerji yarada bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Volodimir Zelenski: Emosional Ukrayna xalqı nə məni, nə də ABŞ-ı bağışlamaz  

23:59
17 Fevral

Zelenski: Ukrayna hava hücumlarını dayandırmağa hazırdır  

23:57
17 Fevral

Çempionlar Liqası: “Qalatasaray” “Yuventus”u İtaliyaya əliboş göndərib  

23:42
17 Fevral

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

23:40
17 Fevral

Cenevrədə ABŞ, Ukrayna və Rusiya arasında görüş dörd saatdan çox çəkib  

23:14
17 Fevral

ABŞ rəsmisi: İran tərəfi iki həftə ərzində ətraflı təkliflərlə geri qayıdacaq  

23:12
17 Fevral

Zelenski: Rusiyadan iki min ukraynalı uşağın vətənə qaytarılmasına nail olmuşuq

22:13
17 Fevral

"Nyukasl"ın baş məşqçisi: "Qarabağ"ın çox güclü texnikası var  

21:03
17 Fevral

Türkiyəli diplomat: Ermənistanın müstəqillik bəyannaməsi beynəlxalq müqavilələrin şərtlərinə ziddir  

20:31
17 Fevral

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb  

20:11
17 Fevral

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb  

19:54
17 Fevral

İordaniya mediasında Bakının turizm imkanları və şəhərsalma ənənələri barədə məlumatlar yayımlanıb  

19:07
17 Fevral

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

19:01
17 Fevral

“Yerin təki haqqında” Qanunda dəyişiklik edilir  

18:46
17 Fevral

Azərbaycanla Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb  

18:23
17 Fevral

“Qarabağ”ın sabiq baş məşqçisi: “Nyukasl”ın təzyiqindən çıxmaq üçün sürətli keçidlər vacibdir  

18:09
17 Fevral

Ruben Vardanyana hökm oxunub  

17:49
17 Fevral

Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək üçün birgə işçi qrupu yaradılacaq  

17:47
17 Fevral

Nazirlik: Pensiyaçı 6 il işlədikdə pensiyası proaktiv qaydada yenidən hesablanaraq artırılır  

17:41
17 Fevral

Qurban Qurbanov: "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var  

17:36
17 Fevral

"Qarabağ"ın futbolçusu: Bizi sabah tarixi və vacib oyun gözləyir  

17:32
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!