08 Yanvar 2026 10:11
275
CƏMİYYƏT
A- A+
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib


Hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Görünüş məsafəsinin azalması sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur ki, bu da bir anlıq diqqətsizlik nəticəsində ağır və arzuolunmaz hadisələrə səbəb ola bilər.

Bu, Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlığında bildirilib. Qeyd olunub ki, dumanlı hava şəraitində sürət həddinin azaldılması, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsinin saxlanılması, işıq cihazlarından yalnız təyinatına uyğun istifadə edilməsi, qəfil dayanma və təhlükəli manevrlərdən çəkinilməsi, eləcə də ötmə əməliyyatlarının yalnız icazə verilən yerlərdə və təhlükəsiz şəraitdə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Piyadalara isə xatırladılır ki, yolu yalnız görünən və icazə verilən yerlərdən keçməli, yolu keçməzdən əvvəl nəqliyyat vasitələrinin olmadığından və ya sürücülərin onlara yol vermək üçün tam dayandığından əmin olmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, qatı duman şəraitində yol hərəkəti qaydalarına ciddi əməl olunması hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Unutmayaq ki, yollarda diqqətli, ehtiyatlı və məsuliyyətli davranış yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının əsas şərtidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!