16 Aprel 2024 17:50
245
İQTİSADİYYAT
A- A+

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

 

Azərbaycanda, sözün əsl mənasında, ciddi bir iqtisadi bazar var. Bu baxımdan ölkə malların ixracına dair müxtəlif modellər irəli sürmək imkanına malikdir. Hazırda Azərbaycanda “Smart cassms” adlı mobil tətbiqi fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin “Asset” qlobal logistika şirkətinin baş direktoru və İdarə Heyətinin üzvü Uğur Tekin bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri və ABŞ-ın buna bənzər modellərinə baxdıqda “Smart cassms”ın çox daha sərfəli bir tətbiq olduğunu görmək mümkündür.

“Bundan əlavə, hazırda Türkiyənin tətbiq etdiyi “Turquality” proqramları var. Bu proqramlar qlobal marka olmaq üçün brend potensialı olan şirkətlərə maliyyə qaynaqları təmin etmək, qlobal türk markalarını yaratmaq üçün şirkətlərin və markaların inkişafına strateji, əməliyyat, təşkilat və texnoloji məsləhət vermək məqsədilə fəaliyyət göstərir. Ölkələrimizin modelləri əsasında çəkdiyim bu kimi üsulların Türk Dövlətləri Təşkilatı nəzdində fəaliyyəti də olduqca zəruridir. Biz bununla türk mallarının dünya bazarına ortaq çıxarılmasını daha əlverişli şəkildə əldə edə bilərik. Logistika şirkətləri olaraq bu kimi layihələri dəstəkləmək isə bizim üçün də əhəmiyyətlidir. Hazırda Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər tarixin ən yüksək zirvəsindədir. Xüsusilə son dövrdə prezidentlərimiz Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin ölkələrimiz arasındakı əlaqələrə verdikləri xüsusi diqqət və olduqca böyük töhfə bu münasibətlərin hər gün daha da artdığını göstərir. Təbii ki, bizim birliyimizin ən böyük sübutlarından biri də İkinci Qarabağ müharibəsində Türkiyənin qardaş Azərbaycana verdiyi tam dəstək oldu”, - deyə müsahib bildirib.

Uğur Tekin dünya ölkələrinin qurduğu ittifaqların yaratdığı iqtisadi güc qarşısında Türk Dövlətləri Təşkilatının (TDT) qüvvətlənməsinin vacib olduğunu qeyd edib: “Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir. Ənənəvi ticarət yolları ilə idxal edilən mallar əldən-ələ ötürülərək ünvana çatdırılırdı. Hazırda bu məsafə olduqca qısalaraq onlayn sistem üzərindən istehsalçı və istehlakçı arasında ticarətə çevrilib ki, bu da olduqca əlverişlidir və logistika yolları üçün çox böyük fürsətlər yaradır”.

Birgə daşımanın əsas məsələ olduğunu vurğulayan baş direktor “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” şirkətlərinin koordinasiyalı fəaliyyətini vacib məqam kimi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video