28 Noyabr 2024 11:16
493
İDMAN
A- A+
Bakıda üzgüçülük üzrə açıq qış çempionatının açılış mərasimi olub  

Bakıda üzgüçülük üzrə açıq qış çempionatının açılış mərasimi olub  

Bakıda üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil edilən tədbirdə əvvəlcə idmançıların paradı olub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə turnirdə müxtəlif regionlardan üzgüçülərin iştirakının sevindirici hal olduğunu vurğulayıb. O, daxili yarışların perspektivli üzgüçülərin vaxtında aşkar edilməsində, onların milli komandanın tərkibinə cəlb olunmasında vacib rol oynadığını söyləyib.

Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub.

Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən yarışda ölkənin 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı qüvvəsini sınayır. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarında mübarizə aparırlar. Yarışda Azərbaycan üzgüçüləri ilə yanaşı, Gürcüstanın Tbilisi komandasının idmançıları da çıxış edirlər.

Qeyd edək ki, dünən start götürən çempionata noyabrın 30-da yekun vurulacaq. Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

21:32
28 Noyabr

BMT: Dünya əhalisinin təxminən üçdə birinin internetə çıxışı yoxdur  

21:31
28 Noyabr

“EUobserver”: Brüsselin “qara siyahı”sına daha 54 şəxs və 29 təşkilat salınacaq  

21:26
28 Noyabr

Məhkəmə Marin Le Penin işi ilə bağlı 2025-ci il martın 31-də qərar verəcək  

21:21
28 Noyabr

Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb

21:18
28 Noyabr

Fransızların əksəriyyəti Ukraynaya qoşun göndərilməsinin əleyhinədir  

20:33
28 Noyabr

 İstanbulda 10-cu Dünya Halal Sammiti öz işinə başlayıb

20:16
28 Noyabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib  

20:11
28 Noyabr

Hərbi attaşelər “Azərkosmos”u ziyarət ediblər  

19:47
28 Noyabr

Mərkəzi Afrika Respublikasında silahlı hücum nəticəsində 10 nəfər həlak olub

19:30
28 Noyabr

Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir  

19:25
28 Noyabr

Azərbaycanla Efiopiya arasında ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq nəzərdən keçirilib  

19:17
28 Noyabr

ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb  

18:44
28 Noyabr

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

17:27
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!