14 Fevral 2025 18:41
788
İQTİSADİYYAT
A- A+
Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib  

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib  


Bu gün Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türk İnvestisiya Fondunun vəsaitlərindən istifadə qaydaları, qəbul olan layihələr üzrə seçim meyarları və maliyyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi açıqlamalar verilib, eyni zamanda, təşkilata üzv ölkələrdəki biznes və investisiya imkanları, o cümlədən Azərbaycanın investisiya imkanları barədə geniş təqdimatlar dinlənilib.

Açılış mərasimində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, TCCI-ın fəxri prezidenti və TOBB-un prezidenti Rıfat Hisarcıklıoğlu, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, TCCI və ASK-nın prezidenti Məmməd Musayev, Qazaxıstanın ATAMEKEN Beynəlxalq Ticarət Palatasının sədri Murat Kərimsakov, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vaxabov, Qırğız Ticarət və Sənaye Palatasının vitse-prezidenti Avazbek Kerimbayev, Şimali Kipr Türk Ticarət Palatasının Prezidenti Turgay Deniz, Macarıstan Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Qabor Kiss çıxış edərək, türk dünyasının iqtisadi əlaqələri, birgə əməkdaşlıq layihələri və qarşılıqlı ticarət dövriyyələrinin artırılması üçün perspektivlərə toxunublar.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi, bu fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına ümidləri var.

“Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik. Türk İnvestisiya Fondu ölkələrimiz arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər. Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edir. Türk Dövlətləri Təşkilatı kimi aktiv və potensialı yüksək olan platformada birgə fəaliyyətimizin genişləndirilməsi iqtisadi dəyişikliklərə uyğunlaşma və inteqrasiya baxımından olduqca vacibdir”, - deyə Elnur Əliyev vurğulayıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, eyni zamanda Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Məmməd Musayev qeyd edib ki, Türk dünyası beynəlxalq arenada artıq təşkilatlanmış güc kimi çıxış etməkdədir. Türk Dövlətləri Təşkilatının çətiri altında fəaliyyət göstərən Türk Ticarət və Sənaye Palataları Birliyi və Türk İnvestisiya Fondu, türk dövlətlərinin iqtisadi inteqrasiyası yolunda mühüm addımlardır.

“Bu istiqamətdə ciddi təşkilatlanma prosesi baş verib. Türk dövlətləri rəhbərlərinin dəstəyi ilə yaradılan Türk İnvestisiya Fondunun ölkələr arasında iqtisadi əlaqələrin inkişafına və sahibkarlıq təşəbbüslərinin reallaşdırılmasına böyük töhfə verəcəyinə inanırıq. Fond iş dünyasının irəli sürdüyü layihələrin uğur qazanmasında mühüm rol oynayacaq. Türk İnvestisiya Fondunun digər beynəlxalq fondlarla, eləcə də türk dövlətlərinin investisiya fondları ilə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Türk Ticarət və Sənaye Palataları olaraq, biz fondun fəaliyyətinin gücləndirilməsi üçün birgə çalışacağıq. Bu gün ilk dəfə olaraq fond maliyyə vəsaitlərinin ayrılması, onlardan istifadə qaydaları, seçiləcək layihələr üzrə meyarlar və maliyyələşdirmə mexanizmləri ilə bağlı açıqlamalar verəcək. Qarşıda bizi genişmiqyaslı işlər gözləyir və bu proses mərhələli şəkildə həyata keçiriləcək”, - deyə Məmməd Musayev vurğulayıb.

ASK prezidenti əlavə edib ki, tədbir çərçivəsində kiçik və orta biznesin, qadın və gənc sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunacaq: “Eyni zamanda, Təşkilata üzv olan Palataların təmsil etdikləri ölkələrdə investisiya və biznes imkanlarını təqdim etmələri üçün şərait yaradacağıq. Bu, türk dövlətləri arasında iqtisadi və biznes əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdad Amreyev türk dünyasının iqtisadi inkişafında beş əsas istiqaməti önə çəkib. Onun sözlərinə görə, ilk növbədə, ticarət və investisiya sahəsində maneələrin aradan qaldırılması vacibdir: “Bununla yanaşı, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi, regional təchizat zəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsal transformasiyanın təşviqi, eləcə də maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafı prioritetlər sırasındadır. “Türk Dünyası Baxışı 2040” çərçivəsində türk ölkələri arasında kapitalın, insanların, malların və xidmətlərin sərbəst hərəkətini təmin edəcək vahid iqtisadi məkanın yaradılması hədəflənir. Türk dünyası strateji iqtisadi dəhlizə çevrilir və indi bu vizyonu gerçəkləşdirməyin vaxtıdır. Biz taleyimizi formalaşdıracaq uzun bir yolun başlanğıcındayıq və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq”.

Türk Dövlətləri Təşkilatlarına (TDT) üzv ölkələr arasında ticarət məhdudiyyətlərinin aradan qaldırılması təklifi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) Fəxri Prezidenti Mustafa Rıfat Hısarcıkoğlu çıxış edib. Onun sözlərinə görə, bu, ölkələr arasında ticari-iqtisadi əlaqələri inkişaf etdirəcək: “Hazırda bu istiqamətdə ölkələr iş görür. Lakin bu prosesi sürətli aparmalıyıq ki, ticarətimiz inkişaf etsin. Trans-Xəzər keçidlərini daha yaxşı istifadə etməliyik, TANAP-ın potensialını daha da artırmalıyıq, Türkmənistan təbii qazının Avropaya ötürülməsi bizim üçün prioritet mövzular olmalıdır. Türkdilli dövlətlər təhsil sistemlərini sahibkarlığa uyğunlaşdırmalıdır. Startapları, blokçeyn layihələrini dəstəkləməliyik”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, KOB-larla bağlı layihələrin maliyyələşdirməsi onların inkişafına dəstək olmaqla yanaşı, fondun məqsədlərinə də töhfə verə bilər: “Fond KOB-larla bağlı layihələri maliyyələşdirməyi hədəfləyir. Bu istiqamətdə yerli sahibkarlara Fondun investisiyalarının cəlb edilməsini asanlaşdırmaq üçün birgə KOB maliyyələşdirmə proqramının yaradılması nəzərdən keçirilə bilər. COP29 çərçivəsində elan edilmiş “KOB-ların Yaşıl Keçidi üzrə Bakı İqlim Koalisiyası” çərçivəsində KOB-ların “yaşıl maliyyələşdirilmə”si mexanizmlərinin yaradılması və iqlimyönümlü layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları mövcuddur. KOBİA ESG prinsiplərinin tətbiqini fəal şəkildə dəstəkləyir və bu məqsədlə ESGHUB platforması yaradılıb”.

Tədbirdə Türk İnvestisiya Fondu ilə TCCI arasında anlaşma memorandum imzalanıb. Sənədi TCCI və ASK-nın prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib. Sonra Türk İnvestisiya Fondunun missiyası, məqsədləri və prioritetləri, Ələt Azad İqtisadi Zonasının və Qarabağın, Türk Dövlətlər Təşkilatına üzv ölkələrin investisiya və biznes imkanları haqqında təqdimatlar dinlənilib.

Tədbir işini B2B görüşlər və biznes şəbəkələşmə ilə sona çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!