22 May 2026 19:58
70
CƏMİYYƏT
A- A+
Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib  

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib  


2026-cı ilin may ayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.

Forumun əsas nəticəsi isə “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədinin qəbul edilməsi olub. Sözügedən sənəd qlobal mənzil böhranının aradan qaldırılması və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, şəhərlərin, vətəndaş cəmiyyətinin və ekspertlərin ortaq baxışını əks etdirir.

Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır. Bununla yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Eyni zamanda, mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü zamanı iştirakçılar bildiriblər ki, Kito şəhərində qəbul edilən proqramın üzərindən on il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət indi onun icrasında həlledici mərhələyə daxil olur. Görüşdə xüsusi olaraq vurğulanıb ki, mənzil yalnız tikinti məsələsi deyil, həm də sosial ədalətin, insan ləyaqətinin, dayanıqlılığın və iqtisadi imkanların əsasını təşkil edir.

Bununla yanaşı, forum Azərbaycanın dayanıqlı inkişaf, şəhər mühitinin modernləşdirilməsi və postmünaqişə bərpası istiqamətində həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə tanınması baxımından da mühüm əhəmiyyət daşıyıb. Forum iştirakçıları azad edilmiş ərazilərdə aparılan bərpa işlərini, müasir şəhər həllərini və dayanıqlı ərazi inkişafı yanaşmalarını yüksək qiymətləndiriblər.

WUF13 çərçivəsində diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanın UN-Habitat, Beynəlxalq Miqrasiya Təşkilatı və Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə birlikdə hazırladığı “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məskənləri” (4SRP) təşəbbüsü olub. Bu təşəbbüs təhlükəsiz və dayanıqlı qayıdışın təmin olunması, həmçinin ekoloji dayanıqlılıq, iqlim adaptasiyası və sülh quruculuğu prinsiplərinə əsaslanan postmünaqişə bərpası üzrə beynəlxalq standartların formalaşdırılmasına yönəlib.

Beləliklə, WUF13 Bakının dövlətləri, şəhərləri və beynəlxalq təşkilatları inklüziv, təhlükəsiz və yaşanılabilən şəhərlərin qurulması məqsədi ətrafında bir araya gətirən mühüm qlobal dialoq platforması olduğunu bir daha təsdiqləyib.

Forumun yekun nəticələrinin və “Bakı Fəaliyyətə Çağırış” sənədinin 2026-cı ilin iyul ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına da mühüm töhfə verəcəyi gözlənilir.

Ümumilikdə isə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, iqlim dayanıqlılığı və beynəlxalq əməkdaşlıq sahələrində qlobal gündəliyin formalaşmasında artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf, müasir şəhərsalma, postmünaqişə bərpası və qlobal əməkdaşlıq sahələrində həyata keçirdiyi uzaqgörən siyasət və strateji liderlik xüsusi vurğulanıb.

Eyni zamanda, Azərbaycan Respublikası Hökumətinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və yaradılmış səmərəli dialoq mühitinə görə təşəkkür ifadə olunub.

Həmçinin Nazirlər Görüşünün yekunlarına dair “Sədrin Xülasəsi” (Chair Summary) sənədində şəhərlərin dayanıqlılığı, əlçatan mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv urban inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Sənədə WUF13 çərçivəsində Bakıda aparılan müzakirələrin Yeni Şəhər Gündəliyinin icrasına və qlobal mənzil böhranının həlli istiqamətində praktiki fəaliyyətlərin təşviqinə mühüm töhfə verdiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

22:25
22 May

ABŞ-də daşqın və fırtına səbəbindən 10 mindən çox insan işıqsız qalıb  

22:01
22 May

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi  

20:48
22 May

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

20:31
22 May

“Bakı Fəaliyyətə Çağırış” sənədi

20:29
22 May

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

20:18
22 May

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib  

19:58
22 May

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan 

19:37
22 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan 

19:24
22 May

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

19:23
22 May

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:22
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

19:21
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan  

19:20
22 May

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan  

19:19
22 May

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir  

19:18
22 May

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

18:59
22 May

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb

18:47
22 May

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib 

18:15
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!