22 May 2026 20:48
59
CƏMİYYƏT
A- A+
Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi  

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi  


WUF13 Azərbaycanın “Böyük Qayıdış” çərçivəsində formalaşdırdığı şəhərsalma modelinin beynəlxalq standartlara çevrilməsi yolunda mühüm mərhələ oldu. Bu gün Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası (WUF13) yekun sənədlərin qəbulu ilə öz işini başa çatdırdı.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir tərəfindən qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırışı”nda və nazirlər görüşünün yekun sənədində Azərbaycanın irəli sürdüyü “Təhlükəsiz qayıdış üçün “ağıllı” və dayanıqlı məskunlaşma həlləri paketi” (4SRP) təşəbbüsü dəstəkləndi.

Yüksəksəviyyəli görüşün xülasəsində nazirlərin “WUF13 çərçivəsində Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Bakı İqlim və Sülh Mərkəzi (Bakı Mərkəzi) ilə birgə hazırladığı “Təhlükəsiz qayıdış üçün “ağıllı” və dayanıqlı məskunlaşma həlləri paketi” (4SRP) təşəbbüsünü alqışladıqları” qeyd olunub. Qlobal miqyasda növbəti iki il üçün şəhərsalma siyasəti üzrə əsas tövsiyələri özündə əks etdirən “Bakı Fəaliyyətə Çağırış” sənədi 4SRP təşəbbüsünün əsas məqsədlərini təsdiqləyərək bildirir: “Biz yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi və nəticə etibarilə məcburi köçkünlərin öz evlərinə qayıdışı üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq”.

Qeyd olunan təşəbbüs mayın 19-da WUF13 çərçivəsində keçirilmiş yüksəksəviyyəli panel zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən UN-Habitat, BMqT və Baku Hub ilə birgə irəli sürülüb.

Təşəbbüs iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası, məcburi köç, münaqişə və humanitar həssaslıq kimi bir-biri ilə əlaqəli çağırışlara cavab olaraq inteqrasiya olunmuş şəhərsalma və bərpa yanaşmalarının hazırlanmasını nəzərdə tutur.

Təşəbbüs tərəfdaşlarının vurğuladığı kimi, sözügedən yanaşmaları ehtiva edəcək beynəlxalq standartların formalaşdırılması prosesində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı bərpa işləri, postmünaqişə şəraitində “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi üzrə təcrübəsindən geniş istifadə olunacaq.

Eyni zamanda, təşəbbüs postmünaqişə və həssas regionlar üçün praktiki şəhərsalma modellərinin hazırlanması, onların beynəlxalq səviyyədə təşviqi, eləcə də iqlim və inkişaf maliyyəsinə çıxış imkanlarının asanlaşdırılması baxımından mühüm platforma kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Everestdə yeni dünya rekorduna imza atılıb  

22:34
22 May

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub 

22:26
22 May

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

22:25
22 May

ABŞ-də daşqın və fırtına səbəbindən 10 mindən çox insan işıqsız qalıb  

22:01
22 May

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi  

20:48
22 May

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

20:31
22 May

“Bakı Fəaliyyətə Çağırış” sənədi

20:29
22 May

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

20:18
22 May

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib  

19:58
22 May

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan 

19:37
22 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan 

19:24
22 May

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

19:23
22 May

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:22
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

19:21
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan  

19:20
22 May

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan  

19:19
22 May

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir  

19:18
22 May

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

18:59
22 May

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb

18:47
22 May

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib 

18:15
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!