20 Noyabr 2023 22:14
365
SİYASƏT
A- A+
Bakıda qadınların hüquqları və səlahiyyətləndirilməsi mövzusunda keçirilən konfransın ilk günü başa çatıb

Bakıda qadınların hüquqları və səlahiyyətləndirilməsi mövzusunda keçirilən konfransın ilk günü başa çatıb


Sonda konfransın yekun Bəyannaməsi qəbul edilib

 

 

Noyabrın 20-də Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.

Tədbir Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Qoşulmama Hərəkatına üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri, həmçinin xüsusi qonaq qismində yüksəkvəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində öz vəzifəsinə böyük məsuliyyətlə yanaşdığını, çoxsaylı üzvü olan təsisatın çoxtərəfli formatda əməkdaşlığının genişləndirilməsi üçün lazım olan bütün addımları atıb və bu, artıq öz töhfəsini verməkdədir.

“Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu müddətdə bu təsisatın prinsiplərinə sadiqliklə yanaşı onun institusional inkişafına və beynəlxalq müstəvidə nüfuz və rolunun daha da artmasına təkan verən bir sıra ideya və təşəbbüslərlə çıxış edib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyevin liderliyi ilə təsisat inkişafının keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoyub. Bu ardıcıl fəaliyyəti üzv ölkələrin dəstəyi ilə hərəkatdaxili proseslər sistemli xarakter alıb, hazırkı beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və təsir gücü möhkəmləndirilmiş bir təsisata çevrilmək yolunda mühüm nəticələr əldə edilib”, - deyə Bahar Muradova vurğulayıb.

Komitə sədri Azərbaycanın COVID 19-la mübarizədə qlobal səylərin birləşdirilməsində mühüm rol oynadığını da diqqətə çatdırıb. Həmçinin bildirib ki, Hərəkatın yeni yaradılmış Parlament şəbəkəsi və Gənclər Təşkilatı kimi təsisatları çoxtərəfli əməkdaşlığa ciddi töhfədir.

B.Muradova bildirib ki, konfrans qadın məsələlərinin beynəlxalq miqyasda yenidən gündəmə gətirilməsinə, onların hüquqlarının artırılması, səlahiyyətləndirilməsi məsələsinə böyük töhfə kimi qəbul oluna bilər. Qoşulmama Hərəkatının üzvləri olan ölkələrdə bu məsələlərə çox böyük önəm verilir.

Azərbaycanın Zəfərindən də danışan komitə sədri azad olunan ərazilərdə hazırda genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini, Böyük Qayıdış planının reallaşdırıldığını bildirib, eyni zamanda, Ermənistanın yaratdığı mina problemi barədə məlumat verib. O, bununla belə Azərbaycanın Ermənistana sülh gündəliyi təklif etdiyini xatırladıb.

Sonra BMT Baş katibinin birinci müavini Əminə Məhəmmədin konfrans iştirakçılarına müraciəti səsləndirilib. BMT rəsmisi Qoşulmama Hərəkatına üzv ölkələri qadınların hüquqlarının qorunması istiqamətində fəal olmağa çağırıb. O deyib ki, qadınlar hərəkətverici qüvvə kimi cəmiyyətdə böyük rol oynayırlar.

Qadınların iqtisadi cəhətdən hüquqlarının artırılması, səlahiyyətlərinin təmin edilməsindən danışan BMT rəsmisi onların elm, təhsil, texnologiya sahələrində potensialını qeyd edib.

Qoşulmama Hərəkatının Bakı konfransının üzv ölkələrin daha da yaxınlaşmasına töhfə verəcəyini vurğulayan Özbəkistanın Baş nazirinin müavini Zulayho Mahkamova qeyd edib: “Qadınların hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Düşünürəm ki, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinə daha da yaxınlaşmasına, həmçinin qadınların səlahiyyətləndirilməsinə öz töhfəsini verəcək.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurla ev sahibliyindən, təsisatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslərindən söz açan Baş nazirin müavini Özbəkistanda 40 minə yaxın azərbaycanlının yaşadığını bildirib.

O, dünyada gender bərabərliyinin təmin edilməsinin mühüm məsələlərdən olduğunu bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun Azərbaycandakı və digər ölkələrdəki nümayəndəliklərinin məqsədlərindən biri qadınların hüquqlarının qorunması və onların imkanlarının artırılmasıdır.

Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü ifadə edən Mərakeşin həmrəylik, sosial inteqrasiya və ailə naziri Hayar Avatif bu görüşün üzv ölkələrin nümayəndələri üçün fikir mübadiləsi aparmaq, yaxından əməkdaşlıq etmək baxımından əhəmiyyətini vurğulayıb.

O, bütün sahələrdə qadınların fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

Dünyada və ölkəsində qadınların hüquqlarının qorunması və bu sahədə mövcud problemlərdən danışan Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betty Ongom konfransın əhəmiyyətini qeyd edib. Bildirib ki, mövcud problemlərin müzakirəsi və həlli üçün belə tədbirlərin təşkili vacibdir.

“Əminik ki, Bakı konfransının yekununda qəbul edilən sənəd qadınların hüquqlarının qorunması və həyatın bütün sahələrində imkanlarının artırılmasına töhfə verəcək”, - deyə nazir vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Bakı konfransı çox aktual mövzuya həsr olunub. Qadınlara hörmət mədəniyyətə, tarixə olan hörmətdir. O, tədbirin müxtəlif ölkələri təmsil edən qadınlar arasında vəhdətin qurulmasında önəmli rol oynayacağından əminliyini ifadə edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Kashif Zaman, ICESCO-nun Sosial və Humanitar Elmlər Departamentinin direktoru Ramata Almamy Mbaye və digər məruzəçilər Qoşulmama Hərəkatına üzv ölkələrdə qadınların səlahiyyətlərinin artırılması istiqamətində görülən işlərdən və görüləcək tədbirlərdən danışıb, təkliflərini səsləndiriblər.

Sonda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransının yekun Bəyannaməsi qəbul olunub.

Noyabrın 21-də konfrans öz işini panel müzakirələrlə davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına (QH) 2019-cu ildən etibarən sədrlik edir. Ölkəmizin təsisata rəhbərliyi dövründə gördüyü işləri yüksək qiymətləndirən QH-nin üzv dövlətlərinin yekdil qərarı ilə Azərbaycanın sədrliyi daha bir il uzadılıb.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi, peyvənd millətçiliyinə qarşı mübarizə və bu istiqamətdə qətnamələrin qəbul edilməsi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin göstəricisidir. Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada multilateralizm nümunəsi kimi qəbul edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!