13 Oktyabr 2026 11:43
183
SİYASƏT
A- A+
Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub  

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub  


Oktyabrın 3-12-də Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, ixtisasartırma proqramında Avropa, Latın Amerikası, Afrika və Okeaniyanın 17 ölkəsini təmsil edən 19 yüksək və ortarütbəli xarici diplomat iştirak edib.

Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri məruzələrlə çıxış ediblər.

Sessiyalarda regionun siyasi tarixi, Azərbaycanın xarici siyasət prioritetləri, xarici siyasətin kommunikasiyası, enerji diplomatiyası, regional geosiyasət və təhlükəsizlik, diplomatik yazışma və protokol, danışıqlar aparmaq bacarıqları, işğaldan azad edilmiş ərazilərin bərpası və sülh quruculuğu, eləcə də qlobal iqtisadi tendensiyalar, liderlik, nitq bacarıqları və digər mövzular əhatə olunub.

İştirakçılar Xarici İşlər Nazirliyində və Milli Məclisdə təşkil olunan dəyirmi masalarda Azərbaycanın xarici siyasətinə, habelə ikitərəfli və çoxtərəfli münasibətlərdə parlamentin roluna dair müzakirələrə də qatılıblar.

Proqram çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər edən diplomatlar regionun tarixi, mədəni və yeni reallıqları ilə tanış olublar. İştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət ediblər.

Bağlanış mərasimində çıxış edən ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov iştirakçıları təbrik edib və sessiyaların məhsuldar keçdiyini bildirib. O, proqramın Azərbaycanla yanaşı, qlobal iqtisadi və siyasi proseslərə dair bilik və təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb, göstərilən dəstəyə görə AIDA-ya və tərəfdaşlara təşəkkür edib.

AIDA-nın direktoru Jalə İbrahimova proqrama verdiyi töhfəyə görə ADA Universitetinə təşəkkür edərək müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən bu əməkdaşlığın gələcək tərəfdaşlıqlar üçün yeni imkanlar yaratdığını qeyd edib.

Prorektorun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva “Xarici Siyasət Proqramı”nın son doqquz ildə əldə etdiyi nəticələrə dair təqdimatla çıxış edib. O, bu il on ölkənin proqramda ilk dəfə təmsil olunduğunu, habelə 2018-ci ildən həyata keçirilən proqramdan indiyədək 99 ölkədən 167 diplomatın məzun olduğunu diqqətə çatdırıb.

Tədbir sertifikatların təqdim olunması ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib  

12:45
13 Oktyabr

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

12:41
13 Oktyabr

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib  

12:24
13 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

12:22
13 Oktyabr

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

12:21
13 Oktyabr

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir  

12:20
13 Oktyabr

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir  

12:19
13 Oktyabr

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

12:18
13 Oktyabr

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək  

12:06
13 Oktyabr

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik  

12:05
13 Oktyabr

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar  

12:03
13 Oktyabr

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK  

12:02
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK  

12:01
13 Oktyabr

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

12:00
13 Oktyabr

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

11:59
13 Oktyabr

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir 

11:57
13 Oktyabr

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

11:52
13 Oktyabr

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

11:51
13 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb  

11:50
13 Oktyabr

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib  

11:48
13 Oktyabr

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb  

11:46
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!