13 Oktyabr 2026 11:39
397
SİYASƏT
A- A+
Azərbaycan-Kamboca biznes forumu iqtisadi münasibətlərin inkişafı üçün mühüm platformadır  

Azərbaycan-Kamboca biznes forumu iqtisadi münasibətlərin inkişafı üçün mühüm platformadır  


Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf istiqamətləri və qarşılıqlı tərəfdaşlığın strateji perspektivlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan-Kamboca münasibətləri siyasi və iqtisadi dialoqun dərinləşdirilməsi, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın gücləndirilməsi üçün yeni mərhələyə qədəm qoymaq potensialına malikdir.

Milli Məclisin deputatı Nigar MƏMMƏDOVA qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan və Kamboca arasında münasibətlərin mühüm istiqamətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır. Prezident İlham Əliyevin bəyanatında BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində mövcud olan siyasi əlaqələrə xüsusi diqqət yetirilməsi bu əməkdaşlığın əhəmiyyətini təsdiqləyir: “Qlobal problemlərin kollektiv həllinə ehtiyacın artdığı bir dövrdə dövlətlər arasında qarşılıqlı anlaşma və dəstək xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Kambocanın beynəlxalq təşkilatlarda dialoqu inkişaf etdirməsi ortaq maraqları müəyyənləşdirmək, çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirmək və beynəlxalq gündəlikdə konstruktiv mövqe nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi mühüm istiqamətlərdən biridir. Kamboca ilə siyasi təmasların intensivləşdirilməsi isə Cənub-Şərqi Asiya regionunda Azərbaycanın diplomatik və iqtisadi əlaqələrinin şaxələndirilməsinə xidmət edir”.

Deputat qeyd edib ki, münasibətlərin gələcək inkişafında iqtisadi əməkdaşlığın xüsusi yeri var. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi aşağı səviyyədə olsa da,  geniş inkişaf imkanları mövcuddur. Dövlət başçısının da vurğuladığı kimi, coğrafi məsafə müasir dünyanın texnoloji və logistika imkanları fonunda əməkdaşlıq üçün həlledici maneə hesab edilə bilməz. Əsas məsələ mövcud imkanların düzgün qiymətləndirilməsi və biznes subyektləri arasında davamlı əlaqələrin qurulmasıdır. “Bu baxımdan, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu iqtisadi münasibətlərin inkişafı üçün mühüm platformadır. Belə tədbirlər potensial tərəfdaşların müəyyənləşdirilməsinə və birgə layihələrin hazırlanmasına şərait yaradır. Birgə işçi qrupunun yaradılması da əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir”, – deyə o əlavə edib. 

N.Məmmədova bildirib ki, qlobal iqtisadiyyatda nəqliyyat və logistika sistemləri də dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlılığının artırılması və yükdaşımaların səmərəliliyinin yüksəldilməsi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün strateji əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və tranzit qovşağı kimi artan rolu fonunda Kamboca ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı bu baxımdan xüsusi perspektivə malikdir. Cənub-Şərqi Asiyanın istehsal və ticarət məkanları ilə Azərbaycanın tranzit imkanları arasında əlaqələrin qurulması yeni iqtisadi münasibətlər üçün zəmin yaradır.

N.Məmmədova qeyd edib ki, təhsil sahəsində əməkdaşlıq isə gələcək mütəxəssislərin hazırlanması, innovasiyaların təşviqi və ölkələrin bir-birinin iqtisadi və mədəni xüsusiyyətlərini daha dərindən anlaması baxımından əhəmiyyətlidir: “Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementlərindən biri də parlamentlərarası əlaqələrdir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Bu status region ölkələrinin siyasi və iqtisadi gündəliyini daha yaxından izləmək, parlament diplomatiyasını inkişaf etdirmək üçün əlavə imkanlar yaradır”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Draqan Vladisavljeviçin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

03:20
12 Noyabr

"ŞURABAD BROYLER" ASC-nin səhmdarlarının nəzərinə

03:18
12 Noyabr

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

23:17
11 Noyabr

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

23:07
11 Noyabr

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

22:28
11 Noyabr

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

21:10
11 Noyabr

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

20:47
11 Noyabr

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

20:30
11 Noyabr

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub  

20:03
11 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub  

19:58
11 Noyabr

Azərbaycanda əczaçılıq istehsalında 60 faizlik artım: yerli istehsal genişlənir

19:57
11 Noyabr

Azərbaycan Hökuməti adından Krakovdakı faciə ilə əlaqədar Polşaya başsağlığı verilib

19:31
11 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO  

19:02
11 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb  

18:38
11 Noyabr

 Orqanizmin qocalmasını ləngidən pəhrizlər məlum olub

18:24
11 Noyabr

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib

18:09
11 Noyabr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

17:58
11 Noyabr

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

17:57
11 Noyabr

İldırım çaxmaları niyə artır?

17:51
11 Noyabr

Konqoda Ebolaya yoluxanların sayı 11 mini ötüb

17:42
11 Noyabr

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

17:41
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!