28 Noyabr 2023 14:39
498
CƏMİYYƏT
A- A+
Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir  

Bakıda “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans keçirilir  

 

Noyabrın 28-də “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” mövzusunda beynəlxalq texniki konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək texniki konfransın keçirilməsində məqsəd ölkəmizin mövcud mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində qlobal innovativ texnologiyaların nümayiş olunması və bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsidir.

Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizdə mövcud mina probleminin miqyasını konfrans iştirakçılarının diqqətə çatdırıb: “Azərbaycanda mövcud mina probleminin miqyasını olduqca böyükdür. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və 9 min kvadrat kilometrə yaxın ərazi minalarla çirklənib. 2020-ci ilin noyabrından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 min 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 109 min 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”.

V.Süleynmanov vurğulayıb ki, mina və müharibənin partlayıcı qalıqları işğaldan azad edilmiş ərazilərin davamlı inkişafına, insanların rifahına və ətraf mühitə ciddi problem yaratmaqda davam edir. O, bu sahədə daha sıx əməkdaşlıq qurmağa, bilik və təcrübələri paylaşmağa, qlobal səyləri birləşdirərək mina təhlükəsindən azad bir dünya yaratmağa çağırış edib.

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək texniki konfransın beynəlxalq minatəmizləmə qurumlarının imkanlarının öyrənilməsi, bu sahədə təcrübə və nəticələrin dəyərləndirilməsi, çətinliklərin aradan qaldırılması və əməkdaşlığın təkmilləşdirilməsi baxımından əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini olduqca çətinləşdirir. Təəssüf ki, azad edilən ərazilərin 80 faizi hələ də minalardan tam təmizlənməyib”.

Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək bildirib ki, mina təhlükəsi ilə mübarizə fəaliyyəti istiqamətində davamlı həll yolları tapmaq üçün innovativ yanaşmalar, texnologiyadan səmərəli istifadə və minadan təsirlənən ölkələr arasında ən yaxşı təcrübələrin paylaşılması vacib amillərdəndir. Davamlı inkişaf və sülh üçün ilkin şərt kimi, Azərbaycanda mina təhlükəsi ilə mübarizə istiqamətində tərəfdaşlığın artırılması və beynəlxalq dəstək üçün imkanlar mövcuddur.

Mina təhlükəsi ilə mübarizə sahəsində ölkəmizdə keçirilən 2-ci texniki konfransın rəsmi açılış hissəsindən sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu və MAG qeyri-hökumət təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə ilk qadın minatəmizləmə qrupunun üzvlərinə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

Konfransda, yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ərazilərin tədqiqatı prosesində ən son yeniliklər, mina təhlükəsi və minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsiri, məlumatların idarə edilməsi, eləcə də Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müasir texnologiyaların tətbiqi mövzularında panel müzakirələr keçirilib.

Tədbir çərçivəsində əməliyyatçı qurumlar və istehsalçı şirkətlərin məhsullarından ibarət sərgi nümayiş olunur.

Konfransın ikinci günü iştirakçı qurumların müvafiq təqdimatları və panel müzakirələri ilə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!