28 Avqust 2026 12:50
109
Elm və texnika
A- A+
Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq

Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq


Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometidir. Bu komet 1911-ci ildə amerikalı astronom Karl Klarens Kiess tərəfindən kəşf edilib. O, Günəş ətrafında təxminən 2000–2100 ildə bir dövr edən uzunperiodlu kometlər sinfinə daxildir. Komet Günəşə yaxınlaşarkən onun səthindən ayrılan toz və kiçik qaya hissəcikləri sublimasiya (maddənin maye hala keçmədən, birbaşa bərk haldan qaz halına keçməsi) edərək orbit boyunca yayılır. Yer hər il bu hissəciklər axınından keçdiyi üçün atmosferdə meteorlar müşahidə olunur.

Aurigid meteorları Yer atmosferinə təxminən 66–67 km/s sürətlə daxil olur. Bu yüksək sürət onların atmosferdə parlaq və qısa ömürlü işıq izləri yaratmasına səbəb olur. Meteorların böyük əksəriyyəti 70–100 km yüksəklikdə tamamilə yanaraq yox olur və Yer səthinə çatmır.

Meteorların görünən çıxış nöqtəsi - radiantı Arabaçı (Auriga) bürcündə yerləşir. Əslində meteoroidlər kosmosda demək olar ki, paralel istiqamətdə hərəkət etsələr də, müşahidəçiyə elə görünür ki, onların hamısı səmanın eyni nöqtəsindən çıxır.

Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.

Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli və Qəbələdə hərrac vasitəsilə 2 faydalı qazıntı yatağı istifadəyə verilib

13:25
28 Avqust

“AzerGold”un ixrac gəlirləri 25 faiz artıb

13:20
28 Avqust

SOCAR-ın idarəsi 175 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:16
28 Avqust

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq  

13:15
28 Avqust

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

13:15
28 Avqust

“Yüksəliş”in qalibi ilə effektiv qərarvermə qabiliyyətlərinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

13:10
28 Avqust

"Bosniya qəssabı" Ratko Mladiç öldü  

13:08
28 Avqust

Azərbaycanın qızıl ixracından gəliri 34 faizədək artıb

13:05
28 Avqust

“Barselona”nın İspaniya çempionatında doğma meydanda hegemonluğu

13:00
28 Avqust

“Azərkosmos”un ixrac etdiyi xidmətlərin dəyəri 1,5 dəfə artıb

12:55
28 Avqust

Donald Tramp: "Rusiyanın NATO ölkələrinə hücumundan rahatsız deyiləm"  

12:51
28 Avqust

Bakıda Aurigid meteor yağışı müşahidə olunacaq

12:50
28 Avqust

ABŞ ordusu sərhəddə lazer silahından istifadə edib: 3 PUA zərərsizləşdirilib  

12:48
28 Avqust

Donald Trump Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirib

12:45
28 Avqust

Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür

12:45
28 Avqust

Qida allergiyası: Əlamətləri tanımaq həyati əhəmiyyət daşıyır

12:40
28 Avqust

Xocavənddə iki kəndin giriş yolları tikilir

12:36
28 Avqust

Malik Mansurov: Muğamı sevmək üçün onu dinləmək lazımdır

12:35
28 Avqust

Dəmir yolunun Xırdalan-Biləcəri sahəsi təmir edilir

12:30
28 Avqust

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

12:25
28 Avqust

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

12:20
28 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!