23 Dekabr 2025 11:49
727
İDMAN
A- A+
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib  

“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin iclası keçirilib  


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov Prezident İlham Əliyevin digər idman növləri ilə yanaşı, velosiped idmanının inkişafına da böyük diqqət və qayğı göstərdiyini bildirib. O qeyd edib ki, Bakı Veloparkının açılışı zamanı ölkə başçısının xüsusi olaraq vurğuladığı kimi, velosiped həm maraqlı və cəlbedici idman növüdür, həm də şose üzrə velosiped yarışları onların keçirildiyi yerlərin gözəlliklərinin geniş tamaşaçı kütləsinə çatdırılması üçün müstəsna imkanlara malikdir.

2013-2017-ci illərdə Azərbaycanda hər il Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şose üzrə beynəlxalq velosiped yarışlarının, 2018-ci ildə isə Bakıda velosipedin BMX növü üzrə dünya çempionatının böyük uğurla keçirildiyini xatırladan Sahib Ələkbərov 2015-ci ildə “Eurosport” kanalının hazırlayıb efirə verdiyi videoçarxı təqdim edib.

Sonra o, COVID-19 pandemiyası və bəzi digər səbəblərdən son illər bu sahədə müəyyən boşluqlar yarandığını qeyd edərək, cari ilin may ayında Velosiped Federasiyasının yeni rəhbərliyi seçildikdən sonra ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq, velosiped idmanının əvvəlki səviyyəsinin bərpa olunması üçün görülmüş işlər barədə qısa məlumat verib. Vurğulanıb ki, velosiped idmanının maddi-texniki bazası gücləndirilib, 12 şəhər və rayondakı idman məktəblərinin bazasında velosiped bölmələri yaradılıb. Ulu Öndərin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının bərpa olunması ilə bağlı Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) müraciət edilib.

Bu ilin noyabr ayında yarış “Baku-Khankendi Azerbaijan Cycling Race” adı altında UCI-nın 2026-cı il üçün təqvim-planına daxil edildikdən sonra qısa müddət ərzində 18 ölkədən 21 komandanın iştirakı rəsmi şəkildə təsdiqlənib. İştirakçılar arasında 1 Dünya Turu komandası, 7 Pro-Tur komandası, 12 kontinental komanda və Azərbaycan yığma komandası yer alır. Bu komandaların siyahısı ilə tanışlıqdan sonra “Bakı-Xankəndi” velosiped yarışının loqosu təqdim edilib.

S. Ələkbərov bildirib ki, planetin ən nüfuzlu idman kanalı “Eurosport”la əldə olunmuş razılığa əsasən, 5 gün ərzində yarışın bütün mərhələləri gündüzlər canlı olaraq, hər mərhələdən sonrakı axşam isə ən baxımlı vaxtlarda icmal şəklində 1 saat ərzində bütün dünyaya yayımlanacaq.

Sonra yarışın mərhələlərinin marşrutları təqdim olunub:


10.05.2026

I mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)

11.05.2026

II mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)

12.05.2026

III mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr )

13.05.2026

IV mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr )

14.05.2026

V mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr )

İclasda yarışla bağlı təhlükəsizlik, yol infrastrukturunun hazırlığı, nəqliyyatın hərəkətinin tənzimlənməsi, tibbi təminat, media fəaliyyəti və iştirakçı komandaların logistika məsələləri ətraflı müzakirə olunub.

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ölkəmizin turizm və idman potensialını, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübəni, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyəti bir daha vurğulanıb və onun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün konkret tapşırıqlar verilib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub YENİLƏNİB

16:39
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib  

16:09
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Marko Rubio: Tramp sülh naminə hər kəslə dialoqa hazırdır  

15:41
22 Yanvar

Kəşmirdə hərbi avtomobil dərəyə aşıb: 10 əsgər həlak olub

15:39
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!