05 Fevral 2026 08:13
651
SİYASƏT
A- A+
Bakı sülh prosesinin dönməzliyini təmin edib

Bakı sülh prosesinin dönməzliyini təmin edib


Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sülh gündəliyinin təşviqi istiqamətindəki fəaliyyətini qətiyyətlə davam etdirir. Məhz Azərbaycan liderinin birbaşa təşəbbüsü ilə başladılan, regional və qlobal səviyyədə qəbul edilən sülh prosesi Cənubi Qafqazın diplomatik mənzərəsində yeni dönəmin başlanğıcını qoyur. 

Onilliklərlə davam edən münaqişə səhifəsini bağlayan Azərbaycan və Ermənistan təkcə siyasi bəyanatlarla deyil, konkret iqtisadi və humanitar layihələrlə regionun gələcək taleyini yenidən yazırlar. Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü bu yolda atılan növbəti strateji addım kimi regionda geri dönməz sabitlik dövrünün başladığını bütün dünyaya nümayiş etdirdi. Liderlər sülh gündəliyini növbəti mərhələyə daşıyaraq, regionun gələcəyini iqtisadi tərəqqi və qarşılıqlı etimad üzərində inşa etmək yolunda öz mövqelərini bir daha ortaya qoydular.

Görüş zamanı tərəflər əldə olunan irəliləyişi alqışladılar və normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğuladılar. İkitərəfli ticarətin başlamasından, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların daşınmasından məmnun olduqlarını bildirdilər. Eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayaraq etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəldilər. Tərəflər TRIPP və digər layihələrin həyata keçirilməsini də müzakirə etdilər. 

Liderlərin budəfəki görüşü Vaşinqtonda təməli qoyulan böyük barışıq prosesinin real nəticələr verdiyini və bölgədə sabitliyin yeni, sarsılmaz reallığa çevrildiyini təsdiqləyir. Bu dialoq tərəflərin, sadəcə, sülhün şərtlərini müzakirə etmədiklərini, eyni zamanda sülhün gətirdiyi imkanları bölüşdüklərini göstərir.Yeni reallığın ən güclü sütununu iqtisadi inteqrasiya təşkil edir. Uzun illərdir regionun inkişafını ləngidən blokada artıq öz yerini ikitərəfli və çoxtərəfli əməkdaşlığa buraxıb. Azərbaycandan Ermənistana birbaşa neft məhsullarının ixracı ticarətin başlanması ilə paralel, həm də çox ciddi etimadın göstəricisidir. Bu addım Ermənistanın enerji bazarını şaxələndirməklə yanaşı, iki ölkə arasındakı iqtisadi bağları möhkəmləndirir. Eyni zamanda üçüncü ölkələrin, xüsusilə Mərkəzi Asiyanın strateji məhsullarının Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılması "Şərq-Qərb" dəhlizinin effektivliyini artırır. Bu proses tərəflərin bir-birinin suverenliyinə və logistik imkanlarına olan hörmətinin praktiki təzahürüdür.

İlkin proqnozlara görə, sülh sazişinin imzalanmasından sonra tərəflər arasında 38 məhsul növü üzrə qarşılıqlı ticarət əlaqələrinin qurulması mümkündür. Bura enerji daşıyıcıları ilə yanaşı, qeyri-neft-qaz sektoru məhsulları da daxildir. İqtisadçıların qənaətincə, sülh sənədi imzalanacağı və ticari münasibətlər bərpa ediləcəyi təqdirdə Azərbaycan ilə Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi yarana bilər. 

Liderlərin mütəmadi görüşləri sülh prosesini diplomatik hadisə səviyyəsindən çıxararaq, sistemli proqram halına gətirir. Siyasi iradənin ən yüksək səviyyədə nümayiş etdirilməsi dövlət aparatının müvafiq instansiyalarının fəaliyyətini də müəyyənləşdirir. Sərhədlərin delimitasiyası üzrə işçi qrupları, gömrük və vergi komissiyaları liderlərin cızdığı strateji xətt üzrə texniki məsələlərin icrasını sürətləndirirlər. Nəticədə əvvəlki dövrlərdə illərlə müzakirə olunan süni maneələr aradan qaldırılır. 

TRIPP layihəsinin liderlər səviyyəsində müzakirəsi regionun gələcəyini qlobal müstəviyə daşıyır. Bu layihə təkcə avtomobil və dəmir yollarından ibarət deyil, həm də rəqəmsal bağlantılar, elektrik şəbəkələrinin sinxronlaşdırılması və ortaq sənaye coğrafiyasının yaradılmasını nəzərdə tutur. Beləliklə, Cənubi Qafqaz Avropa və Asiya arasında vahid, sabit və təhlükəsiz ticarət platformasına çevrilir. Bu, eyni zamanda xarici investorlar üçün regionun risk dərəcəsini kəskin şəkildə aşağı salan ən mühüm amildir. 

Sülhün ən həssas və vacib tərəfi isə cəmiyyətlərin bu prosesə hazırlanmasıdır. Vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin və ziyalıların görüşləri, qarşılıqlı səfərləri illərboyu davam etmiş düşmənçiliyi, psixoloji baryerləri tədricən aradan qaldırır. "Xalq diplomatiyası" adlanan bu proses sülhün, sadəcə, diplomatik masalarda yox, sadə vətəndaşların həyatında da hiss edilməsinə yardımçı olur. Praktika göstərir ki, sülhün gətirdiyi iqtisadi və sosial faydaların real həyatda təzahürü sülh prosesini daxili və xarici siyasi dalğalanmadan qoruyan ən güclü faktordur. Ələlxüsus kənar vasitəçilərin müdaxiləsi olmadan ikitərəfli formatda aparılan danışıqlar region ölkələrinin öz talelərini məhz özlərinin müəyyən etdiyini bütün dünyaya göstərir. Əbu-Dabi görüşü də təsdiqləyir ki, Azərbaycan liderinin sayəsində Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alıb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh gündəliyi təkcə Azərbaycanın zəfərini diplomatik müstəvidə möhkəmləndirmir, həm də bütün region xalqlarına onilliklərdir həsrət qaldıqları sabit tərəqqi və təhlükəsizlik vədi verir. Bu da bölgədə hərbi ritorika dövrünün qapandığını, artıq yalnız əməkdaşlıq dilinin keçərli olduğunu göstərir. Şübhəsiz, müsbət tendensiyanın davamlı olması Ermənistanın sülh prosesinə nə dərəcədə sadiq qalacağından asılıdır. Azərbaycan regionda daimi sülhün tərəfdarı olmaqla bərabər, hər zaman öz milli maraqlarını müdafiə etmək iqtidarındadır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!