29 Aprel 2022 01:01
1314
Təhsil
A- A+

Bakı şəhərində və onun qəsəbələrində yeni məktəblərin tikintisi və təmiri davam etdiriləcək

 

Son illər paytaxt və onun qəsəbələrində təhsil infrastrukturunun yaxşılaşdırılması, yeni məktəb binalarının inşası, köhnələrinin əsaslı təmiri və onların müasir avadanlıqlarla təchiz edilməsinə diqqət daha da artıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin diqqət və qayğıkeşliyi nəticəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində müasir tipli məktəb binaları inşa edilir və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu işlərin sayəsində təxminən 1 milyondan çox şagirdin təhsil-təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İki ildən artıq davam edən pandemiya və onun ağır fəsadlarına baxmayaraq, Prezident İlham Əliyev paytaxt Bakı ilə yanaşı, onun qəsəbələrində də məktəb infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Bu sahədə həyata keçirilən tədbirlər, görülən işlər onu deməyə əsas verir ki, məktəblərin yeniləşməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dövlət başçısı 2020-ci il fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məktəb sisteminin infrastrukturunun yaxşılaşdırılması prosesinin qarşıdakı illərdə də davam etdiriləcəyinin anonsunu verərək demişdir: "...Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır..."

Azərbaycan Prezidentinin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 27 aprel 2022-ci il tarixli sərəncamı da məhz bu zəruriyyətdən irəli gəlir. Sərəncamla Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə 15 milyon 650 min manat ayrılmışdır. Maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn digər məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılmışdır.

Onu da qeyd edək ki, yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası və əsaslı təmiri nəticəsində iki və üçnövbəli məktəblərin sayı son illər xeyli azalıb. Aparılan islahatlar nəticəsində Bakı şəhərində, onun kənd və qəsəbələrində ehtiyac duyulan elə yaşayış massivi yoxdur ki, orada yeni məktəb binası tikilməsin, yaxud mövcud olanları əsaslı təmir edilməsin. Son sərəncam isə belə təhsil ocaqlarının sayının daha çox olmasına xidmət edir.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video