Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Biz Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindəki 25 saylı binanın sakinləriyik. Xahiş edirik üzləşdiyimiz problemə hüquqi aydınlıq gətirəsiniz. Binamız 117 saylı mənzil-tikinti kooperativinə aiddir. İşıq idarəsi kooperativin liftinin elektrik enerjisinə görə və blokların işıqlandırılmasına görə 2003-cü ildən indiyə kimi olan borclarını bizdən tələb edir. Halbuki biz özümüzü ötən illərə görə borclu bilməmişik. Cari ilin də bütün borclarını ödəmişik. Odur ki, bu tələbi qanunsuz sayırıq.
İndi bilmək istəyirik, üstündən bu qədər il keçəndən sonra təchizat müəssisəsinin köhnə borcların ödənilməsini tələb etmək hüququ var? Əgər varsa, borc ödənilmədiyi təqdirdə işıq idarəsi məhkəmə qaydası ilə həmin borcu bizdən ala bilərmi?
Mahmudova Günel Rahim qızı,
Cəlalov Əzizağa Babalar oğlu,
Süleymanzadə Kamal Xəlil oğlu,
Səmədov Xasay Rəhim oğlu
Cavab: Sualınızda blok və liftin elektrik enerjisi ilə təchizinə dair mənzil-tikinti kooperativi və enerji təchizatı müəssisəsi arasında müqavilənin bağlanıb-bağlanmaması, habelə binanın idarə etmə qaydasına dair konkret məlumat olmadığından cavab ümumi, yəni 2003-cü ildən yaranmış borcun tələb edilib-edilməməsinin mümkünlüyünün aydınlaşdırılması şəklində ifadə olunacaqdır.
Qeyd edilməlidir ki, elektrik enerjisinə görə borcun yaranma tarixi sualın cavablandırılmasında mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsində (MM) vaxtaşırı öhdəliklərin icrası ilə bağlı həm 3 illik iddia müddəti (m.373.3), həm də 5 illik öhdəliyə xitam vermə müddəti (m. 551.2.1) nəzərdə tutulmuşdur. İddia müddətinin ötürülməsi borcluya imkan verir ki, işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməklə enerji təchizatı müəssisəsinin iddiasının rədd edilməsinə nail olsun (m. 375.1, 375.2).
Öhdəliyə xitam vermə müddəti isə kreditorun/iddiaçının irəli sürdüyü hüquqa/tələbə malik olmadığını sübut edən bir haldır. Başqa sözlə, bu müddət vasitəsilə borclu kreditorun hüququna xitam verilməsini, yəni artıq belə bir hüquqa malik olmamasını irəli sürür (m. 550). Bu mənada borclunun hər hansı ərizə verməsi tələb olunmur, məhkəmə işə baxarkən bu halı nəzərə almalıdır.
Beləliklə, sualda borcun 2003-cü ildən yarandığının göstərilməsini nəzərə alsaq:
I. Hazırkı tarixdən 5 il əvvələ qədər olan müddəti əhatə edən dövr üçün elektrik enerjisinin dəyərini ödəmək öhdəliyinə MM-in 550 və 551.2.1-ci maddələrinə əsasən müddətin keçməsi əsası ilə xitam verilmişdir. Başqa sözlə, bu dövrə aid borc Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən hazırda qüvvədə (mövcud) olmadığından sizdən tələb edilə bilməz.
II. Son beş ili əhatə edən dövr üçün elektrik enerjisinin dəyərini ödəmək öhdəliyiniz hazırda qüvvədədir (Qeyd: Cari il istisnadır, çünki bu il üzrə öhdəliyinizə lazımınca icra etmə əsası ilə artıq xitam verilmişdir). Bu mənada enerji təchizatı müəssisəsi bu dövrə aid borcu sizdən tələb edə bilər. Enerji təchizatı müəssisəsi məhkəmədə bu borcun sizdən alınması barədə iddia qaldırarsa, siz işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verə bilərsiniz. Bu halda məhkəmə MM-in 373.3 və 375.2-ci maddələrini rəhbər tutmaqla iddia tələbini ilk iki il üzrə yaranmış borca münasibətdə iddia müddətinin keçməsi əsası ilə rədd edəcəkdir. Qalan 3 il üzrə ödəmədiyiniz (qalıq) elektrik enerjisi borcunu sizdən tutacaqdır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin baş hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!