Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Atam 2009-cu ildə rəhmətə gedib. Anam sağdır. Hazırda yaşadığımız evi anamla atam 1996-cı ildə alıblar və ev anamın adına qeydə alınıb. Eyni zamanda, atam və anam nikah dövründə 5,4 sot və 12 sot sahədən ibarət 2 torpaq sahəsi alıblar, həmin torpaqlar isə atamın adınadır. Biz 2 qardaş, 1 bacıyıq və hamımız evliyik. Atam vəsiyyətnamə qoymayıb. Qanun üzrə vərəsəliyə əsasən bölgü aparılarsa, kimə bu əmlakdan nə düşəcək?
Əli İmanov,
Sumqayıt şəhəri
Atanızın vəfatı ilə miras açılmışdır. Miras əmlaka evin və 2 torpaq sahəsinin hamısı deyil, 1/2 hissəsi aiddir. Çünki həmin əmlaklar birgə nikah dövründə əvəzli şəkildə əldə edildiklərindən onların 1/2 hissəsi ananıza məxsusdur və onlar atanızın miras əmlakına aid edilə bilməzlər. Bu halda, sözügedən daşınmaz əmlakların 1/2 hissəsi qanun üzrə birinci növbədə vərəsələr (ananız, qardaşınız, bacınız və sizin) arasında bərabər hissələrdə bölünə bilər. Yəni, hər bir vərəsəyə miras əmlakın 1/8 hissəsi (1/2 hissə : 4 vərəsə = 1/8 hissə) düşəcəkdir.
Bundan əlavə, nəzərə almalısınız ki, qanunvericilikdə mirası qəbul etmə üçün müddət müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu baxımdan, mirasın 31 dekabr 2009-cu ildə açılmasını nəzərə alsaq, həmin tarixdən yuxarıda göstərilmiş müddətdə vərəsələr mirası qəbul etməliydi. Əgər bu müddət ərzində birinci növbədə vərəsələr və ya onlardan hər hansı biri üzrsüz səbəbdən mirası qəbul etməyibsə, onda bu hüququnu itirimişdir. Başqa sözlə, miras əmlakdan pay almaq hüququna malik olmaq miras əmlakın avtomatik qəbulunu ehtiva etmir. Belə bir hüquqa malik vərəsə hüququ çatdığı əmlak payını əldə etmək üçün həm də mirası qəbul etməlidir.
Qeyd: Sualınız daşınmaz əmlaklarla bağlı olduğundan cavab da onların üzərindən hazırlanmışdır.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüş olub...
20 May
Ceyhun Bayramov ispaniyalı həmkarını Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addım...
20 May
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV-lər tərəf...
20 May
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub...
20 May
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
20 May
Şuşada beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıb
20 May
Energetika naziri Salyanda vətəndaşlarla görüşüb
20 May
Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
20 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
20 May
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
20 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!