01 İyun 2026 14:19
137
İQTİSADİYYAT
A- A+
Bakı Enerji Həftəsində Azərbaycan–Qırğızıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bakı Enerji Həftəsində Azərbaycan–Qırğızıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib


“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Qırğızıstanın energetika naziri Taalaybek İbrayev arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və qırğız xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətlərinin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı çərçivəsində neft məhsullarının tədarükü, neft-kimya sənayesində və elektrik enerjisi sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi” layihəsinin perspektivləri də müzakirə edilib. Layihənin region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin yeni bazarlara çıxarılmasına mühüm töhfə verəcəyi bildirilib. Taalaybek İbrayev Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə enerji sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan-Qırğızıstan Birgə İşçi Qrupunun növbəti iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Azərbaycanın energetika naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) energetika nazirlərinin 6-cı iclası və “Qırğızıstan-ŞƏT 2026” beynəlxalq enerji sərgisində iştiraka dəvət edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib 

14:52
01 İyun

Paytaxtda 21 min 384 uşaq məktəbəhazırlıq qruplarını başa vurub

14:51
01 İyun

İsrail Livanın cənubundakı 9 yaşayış məntəqəsinin sakinlərinə təxliyə çağırışı edib

14:25
01 İyun

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlaminidən

14:24
01 İyun

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

14:23
01 İyun

Komitə sədri: Ötən il 176 uşaq bioloji ailələrinə reinteqrasiya olunub

14:20
01 İyun

Bakı Enerji Həftəsində Azərbaycan–Qırğızıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

14:19
01 İyun

Ötən ay 284 mina və 1537 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

14:15
01 İyun

Sabah səhər şimal və qərb rayonlarından başlayaraq, havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir  

14:14
01 İyun

Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb

13:43
01 İyun

Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz dövrü başlayıb

13:41
01 İyun

Sabaha olan hava proqnozu açıqlanıb

12:49
01 İyun

NATO Trampın qəzəbindən qorxuya düşüb

12:48
01 İyun

Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib

12:47
01 İyun

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

12:46
01 İyun

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir  

12:46
01 İyun

FİFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir

12:36
01 İyun

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar

12:35
01 İyun

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb

12:34
01 İyun

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

12:23
01 İyun

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

12:21
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!