11 Oktyabr 2022 00:46
3002
İQTİSADİYYAT
A- A+
Bakı Dərin Özüllər Zavodu

Bakı Dərin Özüllər Zavodu

 

Ulu Öndərin bu gün də çox gərəkli olan əsəri

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hələ birinci dövründə tikdirdiyi elə müəssisələr var ki, onlar hələ də  iqtisadiyyatımızın gücləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Bunlardan biri Qaradağ rayonunun ərazisində yerləşən BDÖZ - Bakı Dərin Özüllər Zavodudur.
1970-ci illərin ikinci yarısında bu müəssisə keçmiş SSRİ-nin başqa bir şəhərində tikilməli idi. Həmin qərarı dəyişdirmək, belə nadir bir zavodun məhz Azərbaycanda inşa edilməsinə nail olmaq yalnız  Heydər Əliyev iradəsi, mübarizəsi və nüfuzu ilə mümkün idi.  Və mümkün də oldu! 
Adından da göründüyü kimi,  müəssisənin  qarşısında duran vəzifə  dənizdə neft-qaz hasil edən dərin özüllərin və platformaların tikilməsini həyata keçirmək idi. Bununla yanaşı, BDÖZ  tikildikcə ətrafında müvafiq infrastruktur yaradılırdı. Beləliklə, Sahil qəsəbəsində yaşayış evləri, uşaq bağçaları, məktəblər, texniki  peşə məktəbləri və ticarət  obyektləri  inşa  edildi. 1984-cü ilin aprel ayında zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün birinci dayaq bloku BDÖZ-ün yanalma körpüsündən daşıma gəmisinə yüklənərək daimi nöqtəsinə göndərildi və orada quraşdırıldı. Ümumiyyətlə, o vaxt müəssisənin istehsal gücü çərçivəsində bir sıra məmulat növlərinin buraxılışı nəzərdə tutulmuşdu ki,  bunlar 25 min tonluq dəniz stasionar platformalarının dayaq hissələri, 30 min tonluq payalar, 5 min tonluq göyərtələr idi.
Lakin BDÖZ Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə böyük gələcəyə hesablanmış bir layihə idi. Bu da təsadüfi deyil. Çünki həmin vaxt Ümummilli Lider Azərbaycan neftinin daha böyük sabahına inanır və məhz buna görə də Xəzərin dərin qatlarındakı yataqların işlənməsini təşkil edirdi. Respublikaya xaricdən bu sahədə fəaliyyət göstərən yeni gəmilər, barjlar, qazma qurğuları alınıb gətirilirdi. Yeni, müasir infrastruktur yaradılırdı. Elə işlər görülürdü ki, onlar illər sonra "Əsrin müqaviləsi" həyata keçirilərkən layihələrin uğuruna misilsiz dəstək verdi. BDÖZ məhz belə bir infrastruktur idi.
Başqa sözlə, zavodun mövcudluğu  "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi. "Əsrin müqaviləsi" imzalanmazdan əvvəl  burada  artıq dənizin 100-163 metrədək dərinliyindən neft və qaz çıxarmaq üçün 11 stasionar  platforma  quraşdırılmışdı. 1995-ci ildən başlayaraq BDÖZ beynəlxalq enerji bazarının nəhənglərindən olan "British Petroleum" (bp), "Petrofac", "McDermott", "Caspian Shipyard Company" LTD, "Star Gulf FZCO" şirkətləri ilə əməkdaşlığa başlayaraq iş keyfiyyətini yeni səviyyəyə qaldırdı.
BDÖZ-ün güclü istehsalat qabiliyyəti SOCAR-ın "BOS Şelf" şirkətinin gələcək uğurlarının əsas amillərindən oldu. Zavodun infrastrukturundan istifadə etməklə "BOS Şelf" iri layihələrin həyata keçirilməsinə başladı. BDÖZ-ün operatoruna çevrildikdən sonra "BOS Şelf" zavodda yenidənqurma işlərinə start verdi. Şirkətin idarəetməsi altında zavod tədricən təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinti-quraşdırma müəssisəsinə çevrilməkdədir. Burada  Azərbaycan vətəndaşları ilə yanaşı çalışan xarici mütəxəssislərdən dəfələrlə eşitmişik ki, BDÖZ-ün möhtəşəmliyi onları heyrətə gətirir və  belə  müəssisələrə əvvəllər işlədikləri ölkələrdə tək-tək hallarda rast gəliblər.
2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev BDÖZ-ün 25 illik yubileyi münasibətilə düzənlənən tədbirin sonunda jurnalistlərin suallarını cavablandırarkən   zavodun tarixini  bir daha xatırladı, əhəmiyyətini vurğuladı: "Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi,   bu layihələr elə layihə olaraq qalacaqdı".
Bu sözlərin deyildiyi vaxtdan 20 il keçir. Həmin dövr ərzində BDÖZ yeni-yeni uğurlara imza atıb. Təkcə onu qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan iqtisadiyyatının bel sütununu təşkil edən "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarında karbohidrogenləri hasil edən platformaları ya bütünlüklə, ya da onların ən vacib hissələrini BDÖZ tikib. 
Zaman eləcə də Ulu Öndərin yeni neft strategiyasının nə qədər düzgün və uzaqgörənliklə seçildiyini sübuta yetirdi. 2017-ci ilin sentyabrında "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi layihəsinin 2050-ci ilədək uzadılması  bunun   daha bir təsdiqidir. Hazırda yeni saziş çərçivəsində  "Azəri Mərkəzi  Şərqi" (ACE)   layihəsi həyata keçirilir. Layihə üçün eyniadlı  platformasının  dayaq bloku  BDÖZ-də inşa edilir. 
bp-nin "Azəri Mərkəzi Şərqi" layihəsinin rəhbəri Nil Filips müəssisəyə səfər edən jurnalistlərə, ümumiyyətlə, indiyədək ACE layihəsi  üzrə görülmüş və görüləcək işlər barədə geniş məlumat verdi. O, platformanın üst modullarının Bayıldakı tikinti-quraşdırma sahəsində inşa edildiyini bildirərək bu qurğuların dənizə gələn il yola salınacağını dedi. Qonaqlar dayaq bloku əyani şəkildə gördülər. Məlum oldu ki, BDÖZ-də dayaqların və payaların istehsalı tamamlanıb və Xəzərə yola salınmaq üçün yüklənməyə hazırdır. Blokun hündürlüyü 153 metrdir və suyun 137 metr dərinliyində quraşdırılacaq. Qurğu yüklənərkən çəkisi üzən çənləri ilə birlikdə təxminən 16 min ton təşkil edəcək. Əsas dayaq blokunun 12 payası var və bunların ümumi çəkisi 9 min tondur. Payaların hər birinin uzunluğu 148 metrə çatır.
Dayaq blokunu dənizə "STB-1" barjı daşıyacaq. Hazırda bu barj modernləşdirilməkdədir və yaxın aylarda yükünü qəbul edəcəyi yerə gətiriləcək. Ümumiyyətlə, ACE layihəsi çərçivəsində işlər çoxşaxəlidir. Belə ki, yeni platformadan çıxarılacaq karbohidrogenləri nəql etmək üçün sualtı xətlər çəkilir. Doğrudur, bu xətlər o qədər də uzun deyil, çünki AÇG-nin digər platformalarından Səngəçal terminalına neft və qaz daşıyan sualtı kəmərlərə birləşdiriləcək. 
ACE layihəsi üzrə işlər nəzərdə tutulduğu kimi irəliləyir və işin 80 faizi artıq yekunlaşıb.
Qeyd edək ki, ACE yeni texnologiya və innovasiyaya əsaslanan bir layihədir. Beynəlxalq miqyasda rəqabətə davamlı olacaq bu layihə Hasilatın Pay Bölgüsü Sazişinin sonunadək ümumilikdə 300 milyon barel neft ekvivalentində əlavə hasilata imkan verəcək.
Bu, BDÖZ-də həyata keçirilən işlərin yalnız bir hissəsidir. Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il avqustun 10-da burada "Qarabağ" yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etmişdir.
"Qarabağ" yatağını SOCAR-la Norveçin "Equinor" şirkəti  birgə işləyirlər. Layihə üçün dayaq bloku da "BOS Şelf" şirkəti tərəfindən tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ"da quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Qurğu "Qarabağ" yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.
Həmin il sentyabrın 19-da Prezident İlham Əliyev zavodda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etmişdir. Burada "BOS Şelf"  tərəfindən görülən tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. "Abşeron" layihəsi üzərində iş zamanı "BOS Şelf" şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni "Neft Daşları"nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. "Abşeron" layihəsində Xəzərdə ilk dəfə "boru içində boru" texnologiyası tətbiq olunacaq. "Abşeron" yatağının işlənməsində SOCAR və Fransanın "Total" şirkəti tərəfdaşdırlar.
Bir sözlə, BDÖZ-ün uğur salnaməsi davam edir. Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı  "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə BDÖZ-ə öz yaradıcısının - Ulu Öndərin adı verilib. Müəssisə bu adı şərəflə daşıyır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!