05 Mart 2024 09:15
3476
Mədəniyyət
A- A+
Baharın ilk müjdəçisi - bənövşə

Baharın ilk müjdəçisi - bənövşə

 

Bənövşə incə ətrinə görə, gözəl, aşiqanə görünüşünə görə hamı tərəfindən sevilir və simvolik məna daşıyır. Novruzgülü, nərgiz kimi, bənövşə də baharın nəfəsini öz ətri ilə hamıya çatdırır. Bahar bayramının gəlişindən xəbər verir. 
Bu gül neçə-neçə şeirin, əfsanənin mövzusu olmuşdur. Deyirlər ki, cənnətdən qovulandan sonra Yerə sürgün edilən Adəm peyğəmbərə Seylon adasında cənab Cəbrayıl əvf olunması barədə xəbəri yetirərkən, o, sevindiyindən ağlamış, göz yaşları bənövşəyə dönmüşdür.
Siciliyadakı Henna şəhərində kəsilmiş pullarda bənövşə şəkli olardı. Homer bu gülü poemalarında sevə-sevə təsvir etmişdir. 
Tədqiqatçı-alim Firudin Qurbansoy bu çiçəklə bağlı məqaləsində yazır ki, Orta əsrlər Almaniyasında ilk bənövşənin tapılması ilə bahar bayramının keçirilməsi bir günə təsadüf edirdi. Bu gülü tapan şəxsi yaşıl çəməndə bir ağaca bağlar, böyük-kiçik - bütün adamlar onun başına fırlanıb rəqs edər, mahnı oxuyardı. Cansıxıcı qışdan çıxdıqları üçün deyib-gülüb əylənərdilər.
Qallarda bənövşə bəkarətin rəmzi idi, toy vaxtı gəlin otağı bu güllə bəzənərdi. Fransızlarda bu çiçəyə böyük məhəbbət vardı. Günahsızlıq və ciddilik simvolu kimi, fransız şairləri bənövşəni sevmiş və həmişə tərifləmişlər. XVIII əsrdə yaşamış fransız aktrisası madmuazel Kleron 30 il müddətində otağında bənövşə becərmiş və hər gecə bir ləçəyini çay kimi qaynadıb içərmiş. 
Yazırlar ki, XVII Lüdovik körpə ikən zindana salınmış və ona nəsə göndərmək yasaqlanmışdı. Yasağı pozanlar ölümlə cəzalanacaqdılar. Gələcək imperator arvadı Jozefinaya da bu qadağa aid idi, ancaq o, həyatı ilə riskə gedərək dibçəkdə bitən bənövşələri körpə şahzadəyə ötürə bilir. Deyirlər ki, körpə şahzadə bənövşəni oxşaya-oxşaya dünyadan köçür. O, son dəqiqələrində belə, incə ləçəkləri oxşayaraq deyirdi: "Əziz çiçəklərim, sizinlə baharda yenidən görüşərik". Həmin dibçəkdəki bənövşələr sonra XVII Lüdovikin məzarını bəzəmişdi. Jozefinanın özü dustağa salınarkən ona da bir dibçək bənövşə ötürülür. Hər saniyə ölüm cəzasını gözləməsinə baxmayaraq, bənövşələri görərkən xilas olmağa onda dəli bir inam baş qaldırır və həqiqətən onu xilas edə bilirlər. O gündən sonra Jozefina bütün paltarlarında bənövşə şəkli çəkdirib onlara bənövşə cövhərli ətir vurur, darda olanlara bənövşə verib inamlarını artırırdı. Sonralar onun Napoleonla izdivacı olur. Napoleon harada olmasından asılı olmayaraq, hər il toyunun ildönümündə arvadına bir dəstə bənövşə göndərirdi.
Tədqiqatçılar bildirirlər ki, kol dibində büzüşüb qalan bənövşələrə münasibət həmişə birmənalı olmamışdır. Onun adı ilə rəng adlandırılmış, ətriyyatda, kosmetikada, tətbiqi sənətdə istifadə olunmuşdu. 
Bənövşə bizim xalqın ən sevimli çiçəklərindəndir. Gülün özünəməxsus görünüşü, zərif ətri, rəngi onun haqqında çoxsaylı şeirlərin yaranmasına səbəb olmuşdu. Şekspir bənövşəni "əzizim" deyə tərifləyirdi. Şelli, Tomas Mur, Höte əsərlərində bənövşəyə gözəl sətirlər həsr etmişlər. Höte doğma şəhəri Veymarı Afinaya bənzətmək üçün ətrafında bənövşə çəmənliyi salmağa çalışmışdı. Yerlilər bu güllərə "Hötenin bənövşələri" deyirdilər. Böyük şair hər dəfə gəzintiyə çıxanda özü ilə bənövşə toxumları götürərdi, gəzdiyi hər yerə bu toxumları atardı. 180 ilə yaxındır ki, Höte həyatdan köçüb, ancaq onun bənövşələri Veymarın ətrafında yenə də hər bahar çiçəkləyir. Sanki hər çiçək şairin yeni yazdığı şeir kimi indi də hamını heyran edir.
Qurbaninin və Molla Cümənin "bənövşə" rədifli gözəl qoşmaları xalq içərisində məşhurdur. Xurşidbanu Natəvan albomuna çəkdiyi şəkillə yanaşı, "Bənövşə" rədifli qəzəl də yazmışdı. Şeirin həzin ahəngi, həsrət dolu ruhu bu zərif şairin böyük ürəyindən xəbər verir. Bənövşə boynubükük halda çəmənlikdən uzaq daşların arasında bitir. Bənövşə - incidilmiş, əzablara qatlaşan məzlum obrazı kimi təqdim olunur. İslam qaydalarına görə isə məzlum olmaq məqbul sayılmır. 
Tarixçilər yazırlar ki, hərb tarixində məğlub qoşun bayraqlarının endirilməsi, ayaqlar altına salınması geniş yer tutmuşdur. Bəzən məğlub qoşunun bayraqları qara ipəyə bükülü şəkildə, ya da qara rəngə boyanaraq başıaşağı şəkildə qalib qoşun komandanının qarşısında yerə atılardı. Bənövşənin tünd rəngdə olması, başıaşağı qalması bəzən məğlub qoşunun bayrağına bənzədilirmiş. 
Şərq təbabətində bu bitkidən geniş istifadə olunmuşdur. Bənövşənin toxumlarından, gövdəsindən, kökündən, yarpaq və çiçəklərindən müxtəlif məlhəmlər, şərab və şərbətlər hazırlanırdı. Şairlər bunu şeirlərində göstərmişlər. 

Hazırladı:
İ.ƏLİYEVA,
"Azərbaycan"

 

Bənövşəni

Başına döndüyüm ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə dər, dəstə bağla,
Tər buxaq altında düz bənövşəni.

Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq ağlın itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş?
Heyif ki, dəriblər az bənövşəni.

Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa.
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iylər, qız bənövşəni.

Səhər olcaq şeyda bülbül oxuşdu,
Hökm olundu, süleymanlar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyləmirik biz bənövşəni.

Qurbani der: Könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?!
Ayrılıqmı çəkib boynu əyridi?!
Heç yerdə görmədim düz bənövşəni.

 

Aşıq Qurbani

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar  

16:45
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

16:45
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb  

16:44
03 Aprel

Donald Tramp Kir Starmeri yenidən tənqid edib

16:43
03 Aprel

TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü yüksək qiymətləndirilib  

16:42
03 Aprel

Baş prokuror Tərtərdə vətəndaşların müraciətlərini dinləyib  

16:41
03 Aprel

MDB İqtisadi Şurasında bir neçə sənəd qəbul edilib

16:40
03 Aprel

Ədliyyə naziri Xaçmazda vətəndaşların müraciətlərini dinləyib

16:39
03 Aprel

Azərbaycan və Çinin banklar assosiasiyaları əməkdaşlıq memorandumu imzalayacaqlar  

16:38
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!