10 İyun 2026 15:14
223
İQTİSADİYYAT
A- A+
“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib


Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O deyib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib.

Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.

İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir.

Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi ölkənin dağ-mədən sənayesinin iqtisadiyyatda rolunun daha da güclənməsinə xidmət edəcək. Müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında yatağın gələcəkdə kompleks şəkildə istismara cəlb olunması regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılması, peşəkar kadr hazırlığının gücləndirilməsi, xidmət və logistika sahələrinin inkişafı, eləcə də yerli sahibkarlığın genişlənməsi üçün əlavə imkanlar yaranacaq.

Bəşir Hacıyev Kəlbəcər rayonunda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq regionun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan Zod yatağının işlənməsi layihəsi rayonun sosial-iqtisadi inkişafına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur. Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı məskunlaşma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin həyata keçirilməsi Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əlavə imkanlar yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!