10 İyun 2026 14:18
221
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub  

Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında gəlirlərə və əmlakın dəyərinin artımından əldə olunan gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqların birinci mərhələsi keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, DVX-nin nümayəndə heyəti ilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HM Revenue and Customs – HMRC) səlahiyyətli nümayəndələrinin iştirak etdiyi görüşdə Konvensiya layihəsinin əsas müddəaları ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev bildirib ki, Konvensiyanın imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin və qarşılıqlı investisiyaların inkişafına mühüm töhfə verəcək, investorlar üçün daha əlverişli vergi mühitinin formalaşmasına şərait yaradacaq. Qeyd olunub ki, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılması sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Danışıqların nəticəsi olaraq Konvensiya layihəsinin vergitutmaya dair əksər müddəaları üzrə razılıq əldə olunub. Bununla yanaşı, tərəflər bir sıra müddəalar üzrə mövqelərini yaxınlaşdırıb, bəzi məsələlərin müzakirəsinin növbəti raundda davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqların nəticələri tərəflər arasında imzalanmış “Razılaşdırılmış dəqiqələr” sənədi ilə rəsmiləşdirilib.

Müzakirələr konstruktiv, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində keçib. Tərəflər açıq qalan məsələlərin müzakirəsinin davam etdirilməsi məqsədilə danışıqların ikinci mərhələsinin cari ilin noyabr ayında Bakıda keçirilməsi barədə ilkin razılıq əldə ediblər.

Danışıqlar çərçivəsində Azərbaycan nümayəndə heyəti Vergi və Gömrük Administrasiyasının Biznes, Aktivlər və Beynəlxalq departamentinin rəhbəri cənab Con Şerman ilə də görüş keçirib. Görüş zamanı iki ölkənin vergi orqanları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər beynəlxalq vergitutma, vergi inzibatçılığı, habelə vergi hüquqpozmalarına qarşı mübarizə və cinayət xarakterli vergi araşdırmaları sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

Aİ-nin yeni giriş-çıxış sistemi Brüssel Hava Limanında sıxlığa səbəb olub  

19:09
10 İyun

Avropada narkotikdən ölənlərin sayı artır

18:53
10 İyun

Hörmüz boğazında gəmi hərəkəti kəskin şəkildə artıb

18:43
10 İyun

Əsas kapitala investisiyalar azalıb

18:37
10 İyun

Ötən il dövlətlərarası münaqişələr İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb

18:36
10 İyun

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

18:28
10 İyun

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

18:26
10 İyun

Azərbaycan əhalisinin nominal gəlirləri yanvar-may aylarında 37,7 milyard manata çatıb  

18:20
10 İyun

 “Artemis III” missiyasının heyəti açıqlanıb

18:10
10 İyun

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

18:08
10 İyun

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

18:01
10 İyun

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

17:53
10 İyun

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub  

17:48
10 İyun

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

17:43
10 İyun

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

17:31
10 İyun

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

17:26
10 İyun

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

17:18
10 İyun

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:13
10 İyun

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir: Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

17:10
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!