19 May 2025 17:11
524
CƏMİYYƏT
A- A+
“AzerGold”da “IE Universiteti” tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib

“AzerGold”da “IE Universiteti” tərəfindən dayanıqlı inkişaf mövzusunda təlim keçirilib


“AzerGold” QSC-nin dayanıqlı inkişaf üzrə tədbirlər planına uyğun olaraq İspaniyanın beynəlxalq nüfuzlu “IE Universiteti” (Universidad Instituto de Empresa) tərəfindən “Qlobal enerji sistemi, iqlim dəyişmələri və enerji keçidi” mövzusunda əməkdaşlar üçün təlim keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, ali məktəblərin dünya reytinqində ön pillələrdə qərarlaşan universitetin professoru, enerji keçidi və dayanıqlı inkişaf sahəsində beynəlxalq ekspert Dr. Ana Diaz Vaskesin moderatorluğu ilə keçirilən təlim qlobal enerji sistemində baş verən mühüm transformasiyalar və enerji keçidi prosesindəki son yeniliklər barədə məlumatlılığın artırılması məqsədi daşıyıb.

Təlimdə əvvəlcə 2024-cü il də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe, oynadığı rol və verdiyi töhfələrdən bəhs olunub. Daha sonra qlobal enerji sistemində baş verən mühüm transformasiyalar və enerji keçidi prosesindəki son yeniliklərdən danışan professor qlobal enerji sisteminin strukturu, ənənəvi və bərpa olunan enerji mənbələri, enerji istehsalı, ötürülməsi və istehlak zənciri barədə məlumat verib. Dr.A.D.Vaskes müxtəlif illərdə karbon qazı emissiyasına görə ön sıralarda qərarlaşan region və ölkələrin sıralamasını təqdim edib, ayrı-ayrı dövlətlərin iqtisadi artım fonunda karbon qazı izinin azaldılması istiqamətində fəaliyyətlərindən, əldə etdiyi təcrübələrdən danışıb.

Professor, həmçinin Azərbaycanın 2030-cu ilədək elektrik enerjisində bərpaolunan enerjinin payının 30 faizə çatdırılması istiqamətində hədəfinə toxunaraq, bu məqsədlə günəş, külək enerjisi kimi bərpaolunan enerji layihələrinə investisiyaların artırılması ilə bağlı çalışmaların iqlim dəyişikliyi ilə mübarizəyə müsbət təsirlərinin olacağını qeyd edib.

Təlim sual-cavab sessiyası və mövzu ətrafında müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırır  

22:14
14 Yanvar

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib  

21:51
14 Yanvar

ABŞ Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edib  

21:47
14 Yanvar

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

20:57
14 Yanvar

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb  

20:29
14 Yanvar

“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  

20:19
14 Yanvar

ÜST şirin içkilər və alkoqollu məhsullara olan vergilərin artırılmasına çağırır  

19:23
14 Yanvar

Xaçınçay su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur

19:00
14 Yanvar

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:43
14 Yanvar

OPEC cari il üzrə neft tələbatına dair proqnozunu açıqlayıb  

18:34
14 Yanvar

XİN: TRIPP-in icrası üzrə çərçivə sənədinin qəbulu bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır  

18:27
14 Yanvar

Azərbaycanın səfiri: Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir  

18:16
14 Yanvar

Vitse-prezident: Türkiyə silah bazarının qlobal oyunçularından birinə çevrilib  

18:07
14 Yanvar

Qanazlığı yaddaşı və diqqəti zəiflədir  

18:01
14 Yanvar

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam  

17:24
14 Yanvar

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

17:17
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!