15 İyul 2023 09:40
762
CƏMİYYƏT
A- A+
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib

 

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında  səfərdə olub. 
Nümayəndə heyəti əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad edib. 
Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Qonaqları salamlayan Fuad Nəcəfli görüşdən məmnunluğu dilə gətirərək, son dövrlər Naxçıvanda bütün sahələr, xüsusilə də iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlardan, köklü islahatlardan bəhs edib. Görüşdə ötən ay dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın muxtar respublikanın iqtisadiyyatının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə böyük təkan verəcəyi vurğulanıb. 
Səmimi qəbula görə təşəkkür edən "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə əldə olunan müsbət nəticələr və gələcək planlar haqqında ətraflı məlumat verib. Zakir İbrahimov "AzərGold"un Naxçıvanda hazırkı fəaliyyəti və planlaşdırılan işlərlə bağlı danışıb. Qeyd edilib ki, Səhmdar Cəmiyyət tərəfindən muxtar respublikanın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparılır. Sözügedən yataq və təzahür sahələrinə "Ortakənd" qızıl, "Başkənd" mis-qızıl, "Paradaş" mis təzahür, eləcə də "Göydağ" mis-molibden təzahür sahələri daxildir. "Ortakənd" qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində ilkin texniki-iqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-iqtisadi əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. Əlavə edilib ki, indiki mərhələdə nəticələr çox ümidvericidir. 
Z.İbrahimov, həmçinin ənənəvi olaraq, nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında  aparılacağını vurğulayıb. Bildirilib ki, "Ortakənd" qızıl yatağının qarşıdakı, digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə muxtar respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır. 
İdarə Heyətinin sədri 2023-cü ilin avqust ayından etibarən Naxçıvanda ilk dəfə olaraq innovativ kəşfiyyat metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişlərinin həyata keçiriləcəyini qeyd edib. Beləliklə, Naxçıvan MR-in şimal-şərq hissəsini əhatə edən 2,566 km2 sahədə məsafədən peyk üsulu ilə hiperspektral zondlama tipli tədqiqatların aparılmasına başlanılacaq və tədqiqatlar nəticəsində perspektivli lokal sahələr müəyyən olunacaq.    
Z.İbrahimov Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət missiyasına uyğun olaraq digər hasilat sahələrinə qonşuluqda yerləşən şəhər, qəsəbə və kəndlərdə icra edilən ənənəvi sosialyönümlü proqramların Naxçıvanda da həyata keçiriləcəyini qeyd edib. Hazırda sözügedən regionda yerləşən yataqlarda aparılan fəaliyyətin geoloji kəşfiyyat və tədqiqat mərhələsində olmasına baxmayaraq,  regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları nəzərə alınmaqla sosial dəstək layihələrinin hazırlanaraq icra ediləcəyini bildirib. Z.İbrahimov yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına, xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, həmçinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına böyük töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb. 
Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "AzerGold" QSC-nin səmərəli fəaliyyətində uğurlar arzu edib, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün zəruri addımların atılacağını, dövlət şirkətinin muxtar respublikada fəaliyyətinin təşkilinə aidiyyəti üzrə hərtərəfli dəstək göstəriləcəyini vurğulayıb. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

21:39
06 İyun

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib  

20:16
06 İyun

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

19:28
06 İyun

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı  

18:47
06 İyun

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb  

17:25
06 İyun

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir  

17:13
06 İyun

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir  

16:27
06 İyun

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir  

16:10
06 İyun

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək  

15:19
06 İyun

Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq mümkün deyil

15:14
06 İyun

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

15:09
06 İyun

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  

14:58
06 İyun

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS  

14:46
06 İyun

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

14:09
06 İyun

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib  

13:46
06 İyun

PUA hücumu nəticəsində Livan generalı ölüb

13:29
06 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:06
06 İyun

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir 

12:43
06 İyun

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

12:18
06 İyun

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

12:06
06 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:17
06 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!