06 May 2024 15:49
839
CƏMİYYƏT
A- A+

Azərbaycanlı ekspertə böyük etimad

 

BMT-nin Asiya və Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Ekspertlər Qrupunun sədri vəzifəsinə Azərbaycan Respublikasının nümayəndəsi seçilib.
    
          Bu günlərdə  BMT-nin Asiya, Sakit Okean bölgəsi üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, iqlim dəyişmələri üzrə nüfuzlu beynəlxalq ekspert, dosent Fuad Hümbətov yekdilliklə UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun ilk sədri seçilib. Qeyd edək ki, UNESCAP Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Pakistan, İndoneziya, ümumilikdə Asiya və Sakit Okean bölgəsində 53 ölkəni təmsil edir və bölgədə makroiqtisadi siyasət, yoxsulluğun azaldılması, ticarətin inkişafı, o cümlədən ətraf mühit, iqlim dəyişmələri və dayanıqlı inkişaf istiqamətləri üzrə üzv-dövlətlərə dəstək verir, bu sahələr üzrə dövlətlər arasında əməkdaşlığın inkişafına töhvə verir.  
            Azərbaycan nümayəndəsi şəffaf keçirilən seçkilər nəticəsində göstərilmiş etimada görə bütün iştirakçılara, o cümlədən UNESCAP rəhbərliyinə, katibliyinə öz dərin təşəkkürünü bildirmiş və bütün üzv-ölkələrdən olan həmkarlarla birlikdə inklüzivlik, gender balansı prinsipləri əsasında qarşılıqlı hörmət və dəstək şəraitində çalışacağına söz verib. UNESCAP-ın Ətraf Mühit və İnkişaf üzrə Ekspertlər Qrupunun sədri kimi iclasa rəhbərlik edən  F,Hümbətov ilk növbədə COP29 kimi nüfuzlu beynəlxalq iqlim konfransının ölkəmizdə keçirilməsinin Azərbaycan Respublikasının dünyada artan beynəlxalq nüfuzunun bariz göstəricisi olduğunu qeyd edib, bu qlobal tədbirə hazırlıqla əlaqədar ölkəmizdə uğurla həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib. O, həmçinin ətraf mühitin çirklənməsi, təbii resurslardan qeyri-rasional istifadə, iqlim dəyişmələrinə qarşı effektiv mübarizə üçün bütün ölkələrin, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatları və özəl sektorun sıx əməkdaşlığına ehtiyac olduğunu ifadə edib və konkret təkliflərin hazırlanması irəli sürüb.  
Bundan əlavə, iclas zamanı UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsi tərəfindən irəli sürülmüş Atmosfer Çirklənməsi üzrə Regional Proqram (RAPAP) layihəsi, iqlim baxımdan dayanıqlı şəhərsalma məsələləri, 2025-ci ildə hər bir ölkə tərəfindən iqlim dəyişmələri ilə mübarizə istiqamətində Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədinin yüksək səviyyədə (NDC 3.0) yenilənməsi üzrə birgə fəaliyyətlər, habelə UNESCAP-ın Ətraf Mühit və İnkişaf Komitəsinin 2024-cü ilin oktyabr ayında keçiriləcək 8-ci sessiyasına (CED-8) hazırlıq məsələləri müzakirə olunub. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video