06 Dekabr 2023 17:36
229
SİYASƏT
A- A+

Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, səhiyyə və davamlı inkişaf Komitəsinin iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Parisdə keçirilən Komitə iclasının ilk günündə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun sosial məsələlər üzrə iclasında Avropa Şurası Parlament Assambleyasının uşaqlar üzrə baş məruzəçi seçilib. Azərbaycanlı deputata iclasda yekdilliklə səs verilib.

Komitə iclasında “Avropada uşaqların istismarı: həll yolu, kompensasiya və belə halların qarşısının alınması”, “İnternetdən istifadə zamanı uşaqların müdafiə hüququ”, “Mənzil və layiqli yaşayış hüququnu təmin etmək üçün təhlil və təlimatlar”, “İqlim böhranına qarşı Avropa Şurasının dənizlər və okeanlar strategiyalarına doğru” kimi bir çox mövzu müzakirə olunacaq.

Həmçinin komitə iclasında “Reykyavik prosesi ilə təhlükəsiz, təmiz, sağlam və davamlı ətraf mühitə insan hüququnun tətbiqi” adlı məruzə ətrafında ekspertlərlə fikir mübadiləsi keçiriləcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video