10 İyun 2026 16:12
521
SİYASƏT
A- A+
Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir  

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir  

İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə yaponiyalı həmkarı Toşimitsu Motegi arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Yaponiyada keçirilən görüşdə nazirlər 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksəksəviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Hər iki nazir bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi üçün imkan yaratdığını vurğulayaraq, diplomatiya və iqtisadiyyat da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlığı dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

Azərbaycan tərəfi Yaponiyanın Rəsmi İnkişaf Yardımını (RİY) təqdir etdiyini və Yaponiya ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya tərəfi Azərbaycanın sabitliyinin və rifahının bütövlükdə Qafqaz regionunda sülhün təmin olunması baxımından əhəmiyyətini qəbul edib və hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəlib.

Yaponiya tərəfi Azərbaycan tərəfinin turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

Tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2025-ci ilin sentyabr ayında keçirilmiş Azərbaycan-Yaponiya Birgə İqtisadi Komitəsinin 12-ci iclasını məmnunluqla qeyd edib və növbəti iclasın yaxın zamanda keçirilməsinin zəruriliyini təsdiqləyiblər.

Yaponiya-Azərbaycan İnvestisiya Sazişi üzrə 2019-cu ilin fevral ayında başlamış danışıqlarda indiyədək əldə edilmiş irəliləyiş məmnunluqla qeyd edilib və onun yaxın zamanda bağlanması məqsədilə danışıqların sürətləndirilməsi barədə razılığa gəlinib.

Tərəflər dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə Birgə Kreditləşdirmə Mexanizmindən (BKM) istifadə olunmasına və BKM Birgə Komitəsinin ilk iclasının yaxın zamanda keçirilməsinə razılıqlarını ifadə ediblər. Həmçinin regional və daha geniş əlaqəliliyin gücləndirilməsinə yönəlmiş “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər yapon şirkətlərinin iştirak etdiyi Azəri-Çıraq-Günəşli neft-qaz yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğu faktını yüksək qiymətləndiriblər. Bu, tərəflər arasında səmərəli qarşılıqlı əməkdaşlığın əhəmiyyətli faydalarını və müsbət nəticələrini nümayiş etdirir.

Eyni zamanda, tərəflər mövcud beynəlxalq şəraitdə sabit enerji təchizatı baxımından Azərbaycanın mühüm rolunu bir daha təsdiqləyiblər. Azərbaycan mənşəli xam neftin sabit təchizatının qorunması da daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətlərini ifadə ediblər, dəniz təhlükəsizliyinin vacibliyini vurğulayıblar.

Habelə, tərəflər iqtisadi dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və daha geniş beynəlxalq mühitə təsir göstərən son inkişaflarla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Tərəflər beynəlxalq platformalarda, o cümlədən beynəlxalq təşkilatlarda seçkilər ilə bağlı ikitərəfli əməkdaşlığın davam etdirilməsini təsdiqləyib, həmçinin daimi, eləcə də qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının islahatının tezliklə həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Bundan əlavə, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb  

22:34
22 Sentyabr

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib  

22:33
22 Sentyabr

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb  

22:32
22 Sentyabr

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib  

22:31
22 Sentyabr

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib  

22:31
22 Sentyabr

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb  

22:29
22 Sentyabr

Unikal dialoq məkanı  

21:15
22 Sentyabr

Sonuncu oyun: Messidən Argentina millisində vida mesajı  

21:13
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

20:35
22 Sentyabr

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

20:13
22 Sentyabr

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

20:01
22 Sentyabr

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

19:58
22 Sentyabr

“Yeni qala” konsert kompleksinin açılışı olub

19:43
22 Sentyabr

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

19:32
22 Sentyabr

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

19:21
22 Sentyabr

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

19:12
22 Sentyabr

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

19:03
22 Sentyabr

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

18:58
22 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır

18:56
22 Sentyabr

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

18:49
22 Sentyabr

Dublində qədim qala tapılıb

18:47
22 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!