28 Yanvar 2025 16:06
219
SİYASƏT
A- A+
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edən nazir ölkə rəhbərliyi tərəfindən bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və daima diqqət mərkəzində saxlanıldığını bildirib.

General Faiyad bin Hamed Al Rovaili bu cür səfərlərin hərbi əlaqələrimizin genişlənməsində müstəsna rolu olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə tərəflər, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın daha da inkişaf edəcəyini əminliklə vurğulayıb və ölkələrimiz arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd ediblər.

Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdən sonra qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar və tətbiq edilən yeniliklər, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən Vətən müharibəsi və digər uğurlu əməliyyatlar barədə brifinq təqdim edilib.

Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin nümayəndə heyətinə, həmçinin idarəetmə məntəqələri ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
30 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib

02:05
30 Yanvar

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib  

23:45
29 Yanvar

Lüksemburqun Baş naziri: Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq  

23:44
29 Yanvar

Ombudsman seçki günü aparılmış müşahidələrə dair açıqlama yayıb

22:21
29 Yanvar

Rusiya hava yollarına məxsus təyyarə Xəzər dənizi üzərində həyəcan siqnalı verib

22:20
29 Yanvar

Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşünün iştirakçılarını qəbul edib  

22:18
29 Yanvar

Bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan seçki dairəsi məlum olub

22:17
29 Yanvar

Moldova mediası: Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir  

22:16
29 Yanvar

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib

22:14
29 Yanvar

Bələdiyyə seçkilərində seçici fəallığı açıqlanıb 

22:12
29 Yanvar

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt” fəaliyyətini yekunlaşdırıb

20:13
29 Yanvar

Türkiyə XİN rəhbəri: Azərbaycan və Özbəkistan ilə münasibətimiz ən yüksək səviyyədədir

20:10
29 Yanvar

Emmanuel Makron sosial şəbəkələrdə tənqid atəşinə tutulub

19:23
29 Yanvar

Bələdiyyə seçkilərində səsvermə başa çatıb

19:10
29 Yanvar

Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib

18:30
29 Yanvar

Qurban Qurbanov: Pley-off şansımız qalmasa da, “Olimpiakos”la oyuna ciddi yanaşırıq

18:01
29 Yanvar

Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli nazirlər görüşündə Bəyannamə imzalanıb

17:51
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!