30 Noyabr 2024 13:13
1087
SİYASƏT
A- A+
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da möhkəmlənir  

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əlaqələr daha da möhkəmlənir  

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanun layihəsini səs çoxluğu ilə təsdiq edib. Bununla bağlı «Azərbaycan» qəzetinə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyevin sözlərinə görə, Azərbaycanla Səudiyyə Ərəbistanı hökuməti arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın viza məsələləri sahəsində şəffaflıq siyasətini, eləcə də, beynəlxalq birliyin üzvü olan dost dövlətlərlə münasibətlərin inkişafına verdiyi dəyəri göstərir. 

Rizvan Nəbiyev qeyd edib ki, dost və qardaş Səudiyyə Ərəbistanı ilə münasibətlərin əsaslarının formalaşdırılmasına Ümummilli Lider Heydər Əliyevin 30 il əvvəl, 1994-cü ildə bu ölkəyə etdiyi rəsmi səfər böyük töhfə vermişdir. Ümummili Liderin İki Müqəddəs Ocağın Xadimi, mərhum Kral Fəhd bin Əbdüləziz Al Səudla əldə etdiyi razılaşmalarla və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın ümumi istiqamətlərinə dair imzalanan hökumətlərarası Baş Sazişlə münasibətlərin möhkəm təməli qoyuldu. Məhz bu fundament üzərində qurulan və son 30 il ərzində iki dövlət arasında inkişaf edən əlaqələr Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş” münasibətlər kimi dəyərləndirilir. Hesab edirəm ki, bu strateji tərəfdaşlığın ikitərəfli yazılı sənəddə də hüquqi baxımından təsbit olunması aktual və zərurə məsələ kimi diplomatiyamızın qarşısında durur.

Deputat bildirib ki, bu qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biri, Səudiyyə hökumətinin torpaqlarımızın beynəlxalq hüquqa zidd işğalına uzun illər qlobal diplomatik müstəvidə göstərdiyi dəstək mövqeyi olmuşdur: «Bir faktı vurğulamaq istərdim ki, Azərbaycan Respublikası 2023-ci ilin sentyabrında suverenliyini tam bərpa edənədək Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmamışdır. Bu illər ərzində həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda göstərilən qarşılıqlı dəstək yüksək qiymətləndirilməlidir». 

Rizvan Nəbiyevin sözlərinə görə əlaqələrimizin müsbət dinamika ilə inkişafı və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: «Son 2-3 il ərzində iki ölkə arasında müşahidə olunan qarşılıqlı səfərlər dinamikası buna əyani sübutdur. 2022-2023-cü illər ərzində Səudiyyə Ərəbistanı və Azərbaycan arasında müxtəlif səviyyələrdə qarşılıqlı olaraq 16 səfər həyata keçirillmişdir». 

Ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr də vacib yer tutur. Milli Məclis Sədrinin ötən illər ölkəmizdə səfərdə olan çoxsaylı səudiyyəli nümayəndə heyətlərinin rəhbərləri ilə Milli Məclisdəki görüşləri buna misaldır. 

Post münaqişə dövründə də Səudiyyə Ərəbistanının dost münasibətini faktlarla izah etmək olar. Bu barədə danışan Rizvan Nəbiyev deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə fəaliyyəti üçün ayrılan 3 milyon ABŞ dolları məbləğində dəstək minnətdarlıqla qeyd edilməlidir: «Bu digər dövlətlər üçün bir nümunədir. 30 illik işğalın nəticəsi olaraq bu gün də Azərbaycan ərazilərinin 12 faiz mina və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalmaqdadır. Səudiyyə Ərəbistanı investisiya naziri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən ilk əcnəbi hökumət üzvlərindən olub. Səudiyyəli nazir energetika, xüsusilə “yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmaqda maraqlı olduqlarını qeyd edib. İqtisadi əməkdaşlıq potensialı böyükdür, layihələr üçün geniş imkanlar var. İki ölkə arasında iqtisadi əməkdaşlıq komissiyaları bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər».

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb  

22:52
13 Mart

Cem Küçük: Orta Dəhliz Avropa ilə Asiya arasında yeni ticarət xəttini formalaşdırır və Azərbaycanın rolunu artırır  

22:10
13 Mart

Ceyhun Bayramov bu gün Türkiyəyə növbəti raket hücumunu qınayıb

21:19
13 Mart

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri ləğv edilib  

20:57
13 Mart

Qəbələdə “Yaşıl marafon” layihəsi çərçivəsində 750-yə yaxın ağac əkilib  

20:28
13 Mart

Siqh Konfransı yekun bəyanat qəbul edib  

20:07
13 Mart

Parlamentdə Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

19:36
13 Mart

Əmək pensiyasının hesablanma qaydası necədir?  

19:28
13 Mart

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb  

18:59
13 Mart

Ekoloji məsələlər üzrə İşçi qrupun üzvləri Zəngilanda - infrastruktur layihələri və ekoloji tələblər diqqət mərkəzində saxlanılıb 

18:44
13 Mart

Muxtar Babayev: Azərbaycan tərəfi COP31-in təşkilinə hazırlıq mərhələsində Türkiyəyə öz dəstəyini göstərir 

18:39
13 Mart

Baş nazir Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri ilə görüşüb  

18:31
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!