28 Sentyabr 2025 08:15
1221
SİYASƏT
A- A+
Azərbaycanın zəfəri BMT kürsüsündən dünyaya bəyan edildi

Azərbaycanın zəfəri BMT kürsüsündən dünyaya bəyan edildi


"Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam".

Prezident İlham Əliyevin sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı dünyaya bəyan etdiyi kimi, Azərbaycan lideri bu dəfə Nyu Yorka Qarabağ məsələsini məhz öz qətiyyəti və uzaqgörən siyasəti sayəsində nizama salan qalib rəhbər kimi yollandı. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışının gündəliyini başdan-başa bölgədə ölkəmizin yaratdığı yeni reallıqlar, əməkdaşlıq üçün formalaşdırılmış mühüm tarixi fürsətlər və de-fakto təmin edilmiş sülh təşkil etdi. 

Azərbaycan lideri bu qlobal tribunadan ölkəmizin həqiqətlərini bir daha dünyaya bəyan etdi. Azərbaycanın ötən üç onillik zaman kəsiyində qət etdiyi və keşməkeşlərdən, haqq və ədalət uğrunda sarsılmaz mübarizədən keçərək bugünkü tarixi zirvəyə yetən qələbə yolundan qürurla bəhs etdi. 

    

Milli maraqlarını ölkəmiz özü təmin etdi


Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının onilliklər boyu kağız üzərində qalan məlum qətnamələri yerinə yetirilib. Azərbaycan özü döyüş meydanında milli maraqlarını təmin edib. Dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və Cənubi Qafqazda yeni gerçəkliklər yaradıb. O gerçəkliklər ki, regionda münaqişə səhifəsini bağlayıb, sülh və inkişaf üçün yeni üfüqlər açıb. Vaşinqtonda, Ağ Evdə Ermənistan-Azərbaycan arasında sülh sazişi mətninin paraflanması isə yekun sənədin tezliklə imzalanacağını göstərir. Bu baxımdan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının sessiyasında budəfəki iştirakı və çıxışı əlahiddə tarixi əhəmiyyətə malik oldu. Dövlətimizi BMT-də təmsil edən ali rəhbər nüfuzlu qurumun 80-ci sessiyasında qalib və ədalətli sülh yaradan lider kimi iştirak etdi. 

Azərbaycan 30 ilə yaxın zaman ərzində işğalla üz-üzə qaldı, bir milyon azərbaycanlı dədə-baba torpağından didərgin salındı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Lakin bu qətnamələr üç onilliyə yaxın zaman müddətində yerinə yetirilməmiş halda qaldı. Bununla da beynəlxalq cəzasızlıq mühitindən yararlanan Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmağı  ağlının ucundan belə keçirmədi. 

"Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı", - deyə BMT Baş Assambleyasının sözügedən sessiyasında Prezident İlham Əliyev bu məqamı qeyd etdi. 

ATƏT-in Minsk qrupunun 28 il ərzində münaqişənin danışıqlar vasitəsilə həlli üçün həyata keçirdiyi dırnaqarası fəaliyyəti də heç bir işə yaramadı. Bu qurumun fəaliyyətsizliyinin nəticəsində iki ölkə arasında sülhün əldə olunması istiqamətində irəliyə doğru bir addım da atılmadı, əksinə, münaqişənin olduğu kimi qalması, Azərbaycanın torpaqlarının işğalı ilə barışması üçün həmsədr ölkələr xeyli çalışdılar. Ancaq Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dünya güclərinə qarşı milli maraqlarımızı qətiyyətlə müdafiə etmələri sayəsində ikili standart nümayiş etdirən ölkə və qurumların, o cümlədən Minsk qrupunun məkrli planları suya düşürüldü.  

2020-ci il Vətən müharibəsində ölkəmizin əldə etdiyi qələbə ilə həm də ATƏT-in Minsk qrupunun 28 il ərzində həll edə bilmədiyi münaqişə 44 gündə həll edildi. 

Azərbaycanın ədaləti güc yolu ilə təmin etməsi, suverenliyini bərpa etməsi həmçinin 30 ilə yaxın müddətdə iki ölkə arasında nail oluna bilinməyən normallaşmaya, sülhə də yollar açdı. Bununla da sadalananlarla bağlı üzərinə götürdüyü missiyanı 28 il ərzində yerinə yetirməyən ATƏT-in Minsk qrupunun da fəaliyyətinə faktiki olaraq son qoyuldu.

Azərbaycan və Ermənistan sülh prosesinə aidiyyəti olmayan ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Bu il sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.


Sülh və əməkdaşlıq dövrü


Ötən 5 il Cənubi Qafqazda məhz Azərbaycanın səyləri və əməli addımları sayəsində sülh və normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu dövr kimi xarakterizə olunur.

BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında dövlətimizin başçısı bununla əlaqədar vurğuladı: "Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik". 

Prezident İlham Əliyev onu da qeyd etdi ki, daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı: "Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi".

Cari il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflayıblar. Həmçinin Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzalayıblar, ABŞ Prezidenti Donald Tramp isə bu sənədə şahid qismində imza atıb. 

Ağ Evdə əldə olunan mühüm nəticələrdən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP). Bu layihə regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. 

"Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur", - deyə ölkəmizin rəhbəri adıçəkilən sessiyada qazanılan tarixi nailiyyətləri dünyaya bəyan etdi. 

Ölkəmizin lideri onu da xüsusi vurğuladı ki, bizim baxışlarımız aydındır:  "Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır.

Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".

Göründüyü kimi, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasında etdiyi tarixi çıxışını həm də Azərbaycanın yaratdığı mükəmməl model əsasında yeni və daha ədalətli dünya nizamına necə nail olmaqla bağlı yol xəritəsi də adlandırmaq olar. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!