07 Sentyabr 2023 09:00
48794
SİYASƏT
A- A+

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur

 

Buna qarşı çıxmaq Ermənistanın növbəti faciələrinə səbəb ola bilər

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarının əks olunduğu son açıqlaması bir daha xəstə erməni təfəkkürünü ortaya qoydu. Yalnız özünü dünyaya məzlum kimi təqdim etmək deyil, dünən dediyini bu gün danmaq da bu millətin mahiyyətindədir, qanındadır. Ona görə bunlarla elə başa düşdükləri dildə, yəni "dəmir yumruq"la danışmaq lazım gəlir. Çünki hərdən başlarından bir-iki zərbə almadan ağıllanmırlar.

 

İrəvan danışıqlar prosesinin pozulmasına çalışır

 

Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur. Bu reallıqların alternativi yalnız müharibədir ki, bunu Qərb siyasi dairələrində də yaxşı dərk edirlər. Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması məhz yeni reallıqlar çərçivəsində mümkündür və təsadüfi deyil ki, Bakının təklif etdiyi sülh paketi Avropa İttifaqı Şurası tərəfindən də dəstəklənir.  Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi kimi isə Paşinyan ötən ilin oktyabrında Praqa danışıqlarında Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməyə məcbur olmuşdu. Bu ilin iyul ayında Brüsseldə keçirilən danışıqlarda da Paşinyan Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə birmənalı sadiqliyini bir daha təsdiq etmişdi. 
Amma üstündən 2 ay keçməmiş Ermənistanın baş naziri yenidən sərsəmləməyə başladı, dediklərini inkar etdi. Əslində bu Paşinyanın ilk belə riyakar mövqe sərgiləməsi deyil. Məlumdur ki, indiyədək keçirilmiş Moskva, Soçi, Brüssel görüşlərində münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması istiqamətində bir çox razılaşmalar əldə edilib. Amma həmin razılaşmalar üzrə Ermənistanın siyasi rəhbərliyi tərəfindən irəliyə doğru bir addım belə atılmayıb. Açıqlamalarında Ermənistan hakimiyyətini təmsil edənlər özlərini sülh tərəfdarı kimi göstərsələr də reallıqda bunun tamamilə əksi baş verib. Hər dəfə danışıqlardan sonra şərti sərhəd istiqamətində hərbi təxribatlar törətməklə Ermənistan əldə edilmiş razılaşmaların pozulmasına, sülh prosesinin tormozlanmasına çalışıb. 
Bir neçə gün əvvəl Ermənistanın Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirdi. Həmin vaxt Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi, 4 erməni hərbçisi məhv edildi, Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyası darmadağın olundu. Bütövlükdə bu hadisə və demək olar ki, hər gün Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması göstərir ki, Ermənistan sülhə qarşıdır. 

 

İlham ƏLİYEV: "Heç kim bizim iradəmizə təsir edə bilməz"

 

Görünən odur ki, N.Paşinyan sələflərindən heç də geri qalmır, onların yolunu gedir. O da Ermənistanın keçmiş prezidentləri kimi danışıqlarda yalnız imitasiya ilə məşğuldur. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın müstəqilliyi formal olduğu kimi bu ölkənin rəhbərliyi də bütün xarici siyasət məsələlərində, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində sərbəst qərar vermək qabiliyyətində deyil. Fransa siyasi dairələrinin Ermənistan hakimiyyətini təlimatlandırması, Paşinyanın Parisdən direktivlər alması aydın şəkildə ortadadır. İkinci Qarabağ müharibəsinin nəticələri ilə barışa bilməyən, bütün imkanları ilə Ermənistanın işğal siyasətinə dəstək verən Fransanın siyasi dairələri düşünür ki, erməni maraqlarının təmini üçün bu yolla Azərbaycana təsir edə bilərlər.
Prezident İlham Əliyev Laçın Şəhəri Günü bayram tədbirində bununla bağlı xəbərdarlığını etmişdi: "Bu gün isə biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq".

 

İkiüzlü davranışların perspektivi yoxdur

 

Fikrimizcə, erməni siyasətçilər və bütövlükdə dünya erməniliyi 44 günlük müharibəni unutmayıblar və unuda bilməzlər. Çünki bu savaşda Azərbaycan Ordusu ermənilərə tarixboyu yaddan çıxarda bilməyəcəkləri dərsi verib. 
Yaxşı olardı ki, Ermənistanın iqtidarlı-müxalifətli bütün siyasi kəsimi hərdən bu savaşı və onun nəticələrini, Paşinyan tərəfindən 10 noyabr Bəyanatının hansı şəraitlə imzalandığını gözlərinin önünə gətirsinlər. O zaman bir daha dərk edərlər ki, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan və yürütdüyü təcavüzkar siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan Ermənistanın heç bir çərçivəyə sığmayan davranışlarının, respublikamızın tarixi və beynəlxalq hüquq çərçivəsində mövcud olan ərazilərinə qarşı əsassız iddialarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.  
Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın nümayiş etdirdiyi ikiüzlü davranışların heç bir perspektivi yoxdur. Vaxtilə belə mövqedən S.Sarkisyan və R.Koçaryan da çıxış edib, danışıqlar  prosesinin uzanmasına çalışırdılar. Hakimiyyətə gəldikdən sonra "Qarabağ Ermənistandır" deyən, sərxoş olub Şuşada yallı gedən Paşinyan da danışıqlarda avantürist və riyakar mövqe ortaya qoymuşdu. Lakin 44 günlük müharibədən sonra mövqeyini dəyişməyə məcbur oldu. Paşinyanın son açıqlaması isə göstərir ki, tez-tez mövqe dəyişmək Ermənistan rəhbərliyinin riyakarlıqdan irəli gələn vərdişləridir. Amma vaxtında başa düşüb bu vərdişdən nə qədər tez xilas olsalar və yeni reallıqlara uyğun davransalar, özləri üçün yaxşı olar. Çünki Azərbaycan başa salmalı olsa, Ermənistan tamamilə məhvə doğru yuvarlanacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video