21 Yanvar 2025 09:20
157
SİYASƏT
A- A+
Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirib

Azərbaycanın Türkmənistandakı Səfirliyi 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbirləri həyata keçirib


Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən bir sıra məlumatlandırma tədbirləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Mərkəzi Asiyanın ən nüfuzlu resurslarından sayılan “NewsCentralAsia” informasiya portalında səfirlik tərəfindən “20 Yanvar-Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsi” başlıqlı material dərc edilib, eləcə də sözügedən məlumat yerli media orqanlarına təqdim edilib.

Materialda 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanıb. Bu hadisənin Azərbaycan tarixinə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Azərbaycanın bayrağı ölkənin bütün suveren ərazilərində dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə həm müasir Azərbaycan tarixində şərəfli bir dövr başlandı, həm də ölkənin azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının ruhu da şad oldu.

Bunlarla yanaşı, yerli KİV-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və insan hüquqları üzrə müvəkkilinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanatları yayılıb.


https://www.newscentralasia.net/2025/01/18/20-yanvarya-letopis-chesti-i-geroizma-azerbajdzhana/

https://www.newscentralasia.net/2025/01/18/january-20-the-chronicle-of-honor-and-heroism-of-azerbaijan/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mustafa Abdou-Raouf: XXI əsrdə müstəmləkəçiliyin yeri yoxdur

13:37
21 Yanvar

Yasamal rayonu üzrə bələdiyyə seçkilərində 37 nəfər namizədliyini irəli sürüb

13:36
21 Yanvar

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:36
21 Yanvar

Qərb bölgəsində məntəqə seçki komissiyasının üzvləri üçün treninqlər davam edir

13:35
21 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 7 saylı Səbail seçki dairəsində növbəti treninq keçirilib

13:34
21 Yanvar

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

13:32
21 Yanvar

Avropa Liqası: “Qarabağ”–FKSB oyununun hakimləri açıqlanıb

13:31
21 Yanvar

Sabahın hava proqnozu açıqlanıb

13:29
21 Yanvar

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib

13:28
21 Yanvar

Marko Rubio: Rusiya ilə Ukrayna arasında müharibə dayandırılmalıdır

13:27
21 Yanvar

Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub

13:26
21 Yanvar

Türkiyəli mütəxəssis Gəncədə yeniyetmə və gənc voleybolçularla görüşüb

13:24
21 Yanvar

Çempionlar Liqası: VII tur start götürür

13:21
21 Yanvar

Naxçıvanda bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib

12:58
21 Yanvar

Bugünkü hərracda tələb 53,2 milyon dollar təşkil edib

12:57
21 Yanvar

Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

12:56
21 Yanvar

Elektroenergetika və bərpaolunan enerji standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib  

12:55
21 Yanvar

24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında bələdiyyə seçkiləri ilə bağlı treninqlər keçirilir

12:54
21 Yanvar

Tramp Kubanı yenidən terroru maliyyələşdirən ölkələr siyahısına salıb

12:20
21 Yanvar

İşə düzəltmə adı altında 57 nəfəri aldadan şəxs polis tərəfindən saxlanılıb

12:08
21 Yanvar

FHN Xaçmazda baş verən qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB

12:07
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!