30 Avqust 2023 10:10
1276
İQTİSADİYYAT
A- A+
Azərbaycanın sosial xidmət sistemi yeni inkişaf mərhələsinə keçir

Azərbaycanın sosial xidmət sistemi yeni inkişaf mərhələsinə keçir

 

Xəbər verildiyi kimi, "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət proqramında əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasının təmini, həmçinin sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulub. 
Ümumiyyətlə, Azərbaycanda da sosial sahədə keçirilən islahatlar  vətəndaşların yaşayışının  və rifah halının yaxşılaşdırılmasına xidmət edir. Mədsəd iqtisadi və hüquqi mexanizmin modernləşdirilməsi əsasında sosial xidmətləri ehtiyacı olan vətəndaşlar üçün kifayət qədər keyfiyyətli və əlçatan səviyyəyə çatdırmaqdır. Ölkənin sosial xidmət sistemini beynəlxalq norma və standartlara uyğun olaraq təkmilləşdirmək və sosial xidmətlərin göstərilməsinin ünvanlılığını təmin etmək də dövlət proqramının əsas hədəflərindəndir. 
Heç kimə sirr deyil ki, son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsi istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycan müxtəlif səbəblərdən çətin həyat şəraitinə düşmüş insanların sosial müdafiəsinin təmin edilməsi məqsədilə aidiyyəti beynəlxalq və regional təşkilatlar, müxtəlif qurumlar tərəfindən qəbul olunmuş dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilə və sazişlərə qoşulmuşdur. Bu bir tərəfdən insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların sosial hüquqlarının qəbul olunmuş beynəlxalq prinsip və normalar əsasında reallaşdırılmasına təminat verməkdirsə, digər tərəfdən sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi, qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanan yeni sosial xidmət modellərinin yaradılması deməkdir.
Dövlət proqramında nəzərdə tutulan məsələlərdən biri də ən müasir texnologiyaların, sosioloji və digər çağırışların innovativ üsullarla tətbiq edilməsini önə çıxarmaqdır. Təbii ki, bu zaman insan kapitalına söykənən müasir sosial təminat sisteminə üstünlük verilməlidir. BMT-nin hələ 2015-ci ilin sentybrında keçirilən Dayanıqlı İnkişaf Sammitində  üzv dövlətlər tərəfindən  "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" qəbul edilmişdir. Gündəlikdə irəli sürülən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bütün imkanları səfərbər etməklə "heç kəsi kənarda qoymamaq" prinsipinə əsaslanaraq insan həyatının və fəaliyyətinin bütün istiqamətlərində, o sıradan yoxsulluğun azaldılması və sosial təminat sahəsində mövcud olan problemlərin aradan qaldırılması üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə edilmişdir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə əsas verir ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Dövlət başçısı hər çıxışında sosial güvənliyin artırılmasını dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Bu baxımdan qəbul olunmuş sözügedən dövlət proqramında sosial xidmət sisteminin mövcud vəziyyəti ilə əlaqədar məsələlər də yer alıb. Sosial xidmət çətin şəraitdə yaşayanların sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində reallaşdırılan kompleks tədbirlərdir. Xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan ibarətdir.
"Sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"nda qeyd olunur ki, son illər həyata keçirilmiş uğurlu sosial siyasət nəticəsində həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə təminatında mühüm nailiyyətlər əldə edilib. Yeri gəlmişkən, qeyd edək ki, həssas əhali qrupuna daxil olanlar bunlardır: valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar və bu səbəbdən sosial xidmət müəssisələrində yaşayanlar, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər və əlilliyi olan uşaqlar, baxımsızlığa və sosial təhlükəli vəziyyətə məruz qalmış, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslər, insan alveri qurbanları və məişət zorakılığından zərərçəkmişlər, müəyyən yaşayış yeri olmayan, ağır məhrumiyyət keçirənlər. 
Ölkədə həyata keçirilən sosial siyasət nəticəsində bu qrupdan olan şəxslərin normal həyat şəraitinə qayıtması imkanları artmışdır. Götürək sosial xidmətə ehtiyacı olan uşaqları. Məlumdur ki, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı vaxtaşırı təşəbbüslər irəli sürülür, müxtəlif  tədbirlər həyata  keçirilir. Həyata keçirilən bütün bu layihələrdə məqsəd sivil və ümumbəşəri dəyərləri yüksək tutaraq  uşaqların münasib şəraitdə böyüyüb tərbiyə edilmələrinə, eləcə də onların layiqli vətəndaş kimi formalaşmalarına nail olmaqdır. Bunun üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqlar sığınacaq və reinteqrasiya xidmətləri ilə təmin edilir, onların təhsil və peşə hazırlığı, sosial reabilitasiyası təşkil olunur, onlara hüquqi, psixoloji yardım göstərilir və s. Uşaqlarla bağlı dövlət siyasətinin əsas hədəflərindən biri də uşaq müəssisələrində yaşayan uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, onların stasionar uşaq müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsidir. Sosial xidmət sistemində əlilliyi olan uşaqlara  diqqət və qayğıkeşlik xüsusi yer alır. Bu cür uşaqların hətta xarici ölkələrdə müalicə almaları təşkil olunur. Son illər həmin kateqoriyadan olan 386 uşağın xarici ölkələrdə ixtisaslaşmış reabilitasiya kursu keçməsi də bunu təsdiq edir. Hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunu olan gənclərin yaşayış problemlərinin həlli də unudulmur. Bu məqsədlə çoxmənzilli binalar inşa edilərək həmin kateqoriyadan olan 590 gəncin istifadəsinə verilmişdir. 
Belə misalları həssas kateqoriyadan olan digər şəxslərlə bağlı da çəkmək olar. Amma elə qeyd etdiklərimiz də kifayətdir ki, Azərbaycanda sosial xidmətlərin keyfiyyəti və əlçatanlığının kifayət qədər yüksək səmərə verdiyini iddia edək. Həm də onu iddia edək ki, yeni qəbul olunan dövlət proqramı bu səmərənin daha da artırılmasına yönəlib.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!