06 Mart 2026 08:50
735
İQTİSADİYYAT
A- A+
Azərbaycanın rəqəmsal gələcəyi

Azərbaycanın rəqəmsal gələcəyi


2026-2028-ci illərdə innovativ inkişaf: ölkəmiz yeni zirvələri hədəfə alıb


Dünya sürətlə rəqəmsal dövrə qədəm qoyduğu bir zamanda ölkələrin inkişafı yeni  tələblərə uyğun şəkildə formalaşır. Azərbaycan da təbii ki, bu qlobal tendensiya ilə ayaqlaşdığı üçün rəqəmsal iqtisadiyyatın və innovasiyaların inkişafını ön planda tutur. Prezident İlham Əliyevin  imzaladığı sərəncamla  "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı",  sözsüz ki, bu məqsədlə təsdiq edilib.

Sərəncam  ölkənin rəqəmsal inkişafını sürətləndirməyi və müasir texnologiyaların tətbiqini genişləndirməyi hədəfləyir. Fəaliyyət  Planı əsasən informasiya və kommunikasiya texnologiyalarının (İKT) gücləndirilməsi, rəqəmsal transformasiya sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi, e-hökumət sisteminin inkişaf etdirilməsi və rəqəmsal bacarıqların artırılması kimi əsas prioritetləri əhatə edir. Sənədin digər bir prioriteti də rəqəmsal infrastrukturun inkişafıdır. Bu, yalnız internetin genişlənməsi ilə məhdudlaşmır, həm də bulud texnologiyalarının, 5G şəbəkələrinin tətbiqi, məlumat mərkəzlərinin yaradılması və digər müasir texnoloji inkişafın ölkə daxilində yayılmasını nəzərdə tutur. Sadalananlar, xüsusilə kənd və ucqar bölgələrdə internetin əlçatanlığını artıracaq, iqtisadiyyatın rəqəmsal yönə keçməsinə imkan yaradacaq.

Azərbaycan 2026-2028-ci illərdə rəqəmsal inkişafın yeni dövrünə qədəm qoymağa hazırlaşır. Prezidentin imzaladığı sərəncam çərçivəsində dövlət idarəçiliyində və iqtisadiyyatda möhtəşəm bir yenilənmə, dəyişmə baş verəcək. Bu texnoloji yeniliklər vətəndaşların məlumatlarının yalnız bir dəfə toplanılmasına və müxtəlif dövlət orqanları tərəfindən asanlıqla əldə edilməsinə, beləliklə də bürokratik əngəllərin azalmasına səbəb olacaq.  Dövlət xidmətləri fəal şəkildə təqdim olunacaq, yəni vətəndaşlar artıq xidmət almaq üçün müraciət etməyəcəklər, lazım olan xidmətlər avtomatik şəkildə onlara təqdim ediləcək. Bütün dövlət xidmətləri "MyGov" və "MyGov Biznes" platformaları (portal və mobil tətbiqlər) üzərindən təqdim ediləcək. Nəticədə istifadəçilər xidmətləri sürətli və rahat şəkildə əldə edə biləcəklər. Fəaliyyət Planı çərçivəsində yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, "mələk investorlar" institutunun təşviqi, texnoparklarda rezidentlik şərtlərinin sadələşdirilməsi də nəzərdə tutulur. Məlumat üçün bildirək ki, "mələk investor" startap və ya bizneslərə sərmayə qoyan fərdi investordur. Bu investorlar  şirkətlərin başlanğıc mərhələlərində, xüsusilə böyük investisiya qoyuluşu tapmaqda çətinlik çəkdikləri dövrlərdə onların inkişafına maliyyə dəstəyi verirlər. Mələk investorlar, adətən, öz şəxsi vəsaitlərini sərf edir və təcrübələri ilə yardımçı olurlar. Beləliklə, bu təşəbbüslər yerli startaplara və innovativ layihələrə dəstək verəcək, iqtisadiyyatda yeni iş imkanları yaradacaq və ölkəni beynəlxalq rəqabətdə daha güclü edəcək. Rəqəmsal inkişafın bu cür sürətləndirilməsi iqtisadiyyatı və cəmiyyəti müasir dövrün tələblərinə uyğun olaraq yeniləyəcək, dövlətin şəffaflığını artıracaq, həmçinin insanların həyatını asanlaşdıracaq.

İqtisadiyyatın inkişafı üçün mühüm amillərdən biri də ölkə vətəndaşlarının rəqəmsal bacarıqlara malik olmasıdır. Fəaliyyət Planı çərçivəsində təhsil və təlim sahəsində islahatlar aparılacaq, xüsusən məktəblərdə və universitetlərdə müasir texnologiyaların tədrisi artırılacaq. Bu, həm dövlət məmurları, həm də vətəndaşlar üçün daha əlverişli və səmərəli iş şəraiti yaradacaq. Sərəncamın digər bir önəmli tərəfi, rəqəmsal mədəniyyətin cəmiyyətdə genişlənməsidir. İnsanlar yalnız texnologiyalara yiyələnməyi deyil, həm də onların düzgün və etik şəkildə istifadəsini öyrənməlidirlər. Bu, informasiya təhlükəsizliyi, məxfilik və rəqəmsal vətəndaşlıq kimi məsələləri əhatə edir.

Bütün bu sadalananlar əsas verir deyək ki,  Fəaliyyət Planı ölkənin gələcəyinə dair əhəmiyyətli dəyişikliklər və islahatları nəzərdə tutur. Həmin  islahatların həyata keçirilməsi üçün bir neçə mühüm addım atılıb. Bunlardan biri də dövlət başçısının imzaladığı  "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı" fərmanıdır. Fərmana əsasən, rəqəmsal inkişafı və innovasiyaları sürətləndirmək məqsədilə yeni bir struktur yaradılıb: Rəqəmsal İnkişaf Şurası. Şura Azərbaycanda rəqəmsal yenilikləri idarə edəcək, dövlətin bütün sahələrində texnologiyaların tətbiqini və inkişafını sürətləndirəcək. Qurum ölkənin informasiya və kommunikasiya texnologiyaları, e-hökumət, süni intellekt və innovasiya sahələrindəki fəaliyyətlərini koordinasiya edəcək, eləcə də  rəqəmsal siyasətlərin həyata keçirilməsini nəzarət altında saxlayacaq.

Birinci vitse-prezident Mehriban Əliyevanın Şuraya rəhbərlik etməsi isə ölkəmizin rəqəmsal inkişaf sahəsindəki strateji irəliləyişlərə olan ciddi yanaşmanı və bu sahədəki hədəflərə çatmaq üçün yüksəksəviyyəli liderliyin təmin olunmasını əks etdirir. Mehriban Əliyevanın rəhbərliyi altında Şura yalnız dövlətin rəqəmsal transformasiyasını idarə etməyəcək, həm də Azərbaycanda innovasiya və texnologiyaların inkişafına, elmi tədqiqatların təşviqinə və e-hökumətin genişləndirilməsinə dair qabaqcıl təşəbbüsləri sürətləndirəcək. Mehriban xanımın  geniş təcrübəsi və strateji baxışları yerli və beynəlxalq səviyyədə texnoloji inkişafı dəstəkləyən təşəbbüslərin daha çox güclənməsinə şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Mehriban Əliyeva bu vəzifədə ölkəmizin rəqəmsal gələcəyini formalaşdıracaq mühüm qərarların qəbulunda önəmli rol oynayacaq. 

Azərbaycanın rəqəmsal inkişafı təbii ki, sadəcə  müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmayacaq, həm də  ölkənin iqtisadiyyatını, idarəetməsini və cəmiyyətini müasir dövrün tələblərinə uyğun şəkildə yeniləyəcək. Fəaliyyət Planı və şura bu istiqamətdə atılacaq  addımların başlanğıcıdır.  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmiz özünün rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarların qəbulunda lider rolunu oynayacaq və  bu sahədəki strateji hədəflərə yönəlik irəliləyişləri təmin edəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!