Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Təcavüzkar Hayastan torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində olduğu kimi, 44 günlük müharibədən sonra da riya və məkrlə iki ölkə arasında sülhün əldə olunmasına maneçilik yaradır, barışığa əngəl olmaq üçün ölkəmizə qarşı davamlı hərbi təxribatlar törədir.
Hayastan postmüharibə dövründə də yalan ritorikasını davam etdirir, ölkəmizə qarşı böhtan xarakterli ittihamlar səsləndirir, beynəlxalq qəhmərçilərinə "bəyanat" adı altında kağız parçaları qəbul etdirməyə çalışır.
Bir sözlə, haylar bütün bu murdar əməlləri ilə həyasızcasına Azərbaycana qarşı ərazi iddialarının bitmədiyini nümayiş etdirirlər. Son günlərdə Hayastanın sərhədyanı bölgələrimizdə hərbi təxribatlar törətməsi də İrəvanın çirkin və xəbis əməllərinin, fitnəkar hayların bölgədə davamlı sülhə qarşı olmalarının göstəricisidir.
Hay "taktika"sı
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyəti gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.
Hayastanın bu təxribat əməllərini törətdiyi zamana diqqət etdikdə isə riyakar hayların çirkin planları gün kimi ortaya çıxır.
Diqqət edin: mayın əvvəllərində Vaşinqtonda Hayastanla Azərbaycan xarici işlər nazirləri sülh prosesi çərçivəsində bir neçə gün danışıqlar apardı və əksər siyasi şərhçilər bu danışıqları sülh sazişinin bağlanması istiqamətində atılan müsbət addım kimi dəyərləndirdilər.
Azərbaycan və Hayastan liderləri mayın 14-də Brüsseldə görüşəcəklər. Eyni zamanda yekun razılıq olmasa da, iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi İcmasının iclası çərçivəsində də Azərbaycan və Hayastan liderlərinin görüşü mümkündür.
Bəs Cənubi Qafqazda sülhün əldə olunması üçün danışıqların intensivləşdiyi, eyni zamanda liderlər arasında baş tutması planlaşdırılan danışıqlar ərəfəsində məkrli Hayastan nə etdi? Həmişəki kimi iyrənc "taktika"sına əl ataraq ölkəmizə qarşı hərbi təxribatlar törədib sülh razılaşmasına zərbə vurmağa çalışdı.
İrəvan sülh danışıqlarına xələl gətirir
44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsini Azərbaycan özü icra edərək torpaqlarının 30 illik işğalına son qoydu. Ölkəmiz müharibədən sonra yüksək humanizm nümayiş etdirərək məğlub Hayastana sülh təklif edərək iki dövlət arasında normallaşmaya nail olunması üçün mühüm təşəbbüslərlə çıxış edib.
Xatırladaq ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Hayastanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 2021-ci ilin 26 noyabrında Soçi Bəyanatını imzalayıblar. Eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə 2021-ci ilin dekabrından başlayan "Brüssel prosesi" sayəsində üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin real müstəvidə həlli ilə bağlı əhəmiyyətli irəliləyişlərə nail olunub. Bu prosesdə Azərbaycan regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi yönündə mühüm təşəbbüslər irəli sürüb.
Lakin ötən il dekabrın 7-də keçirilməsi planlaşdırılan və sülhlə bağlı böyük gözləntilərin olduğu növbəti Brüssel görüşü Paşinyanın bilərəkdən etdiyi barışığa xələl gətirən tələbi ilə baş tutmadı. Ötən ilin payızında Soçidə keçirilən görüşdə üzdə sülhə razı olduğunu göstərən Paşinyan əməldə bunun əksini nümayiş etdirib.
Rəsmi İrəvan istisnasız olaraq sülh razılaşması ilə bağlı aparılan və aparılacaq danışıqlar ərəfəsində Azərbaycana qarşı hərbi təxribatlar törədərək sülhə əngəl olmağa çalışıb. Ötən ilin sentyabrında ölkəmizə qarşı növbəti hərbi təxribat da buna sübutdur. Düzdür, Hayastanın Azərbaycana qarşı istənilən təxribatının qarşısı layiqincə alınıb. Amma o da reallıqdır ki, Hayastanın bu əməlləri bölgədə davamlı sülhə xələl gətirir.
"Dəmir yumruq" yerindədir
Hayastan bütün bu əməlləri ilə sülh razılaşmasını imzalamaqdan yayınmağa çalışır. 44 günlük müharibədəki biabırçı məğlubiyyətindən dərs çıxarmayaraq, Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək, xəstə erməni təfəkkürü ilə sülh razılaşmasının imzalanmasını sonsuzadək uzatmaq istəyir. Amma ipi başqalarının əlində olan, bütün iqtisadi, siyasi, sosial, hərbi sferalarda məhvə məhkum olan Hayastan düşünmür ki, sülh razılaşması onun da mənafeyinə xidmət edir və yalnız bu sayədə dalan, səfil ölkə olmaqdan qurtula bilər...
Hələlik görünən odur ki, Hayastan qəti şəkildə sülh istəmir. Və Prezident İlham Əliyevin söylədiyi kimi, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq... Bu hal isə nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.
Qüdrətli Azərbaycan müharibə meydanında qalib gələrək suveren ərazilərini bərpa edib, siyasi platformada milli maraqlarını qətiyyətlə təmin edib və edəcəkdir. Eyni zamanda hazırda ölkəmiz qarşısına qoyduğu milli prioritetə əsasən işğaldan azad etdiyi əraziləri minalardan təmizləyərək, o yerlərdə yenidən həyatın var olması üçün mühüm layihələr həyata keçirir, sakinlərinin qayıdışını gerçəkləşdirir.
"Dəmir yumruq" da ki öz yerindədir və beynəlxalq havadarlarına güvənərək ölkəmizə qarşı təxribat törətmək istəyən axmaq Hayastanın hər zaman layiqli cavabını verərək yerinə otuzdurur. Necə ki son təxribatı da Hayastana baha başa gəldi.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Ermənistanda gərginlik artır
"İnsan hüquqları və dünya dinləri" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prokurorluğunun veteranı Rüstəm Usubovun 70 illik yubileyi qeyd olunub
Köçəri quşlar Azərbaycandan niyə yan uçur?
Mənim Musa müəllimim
Həzin, gülümsər, şıltaq dalğalar
Oncallıda cüt məzar
Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam
Zaqatala təkcə qızıl güllər diyarı deyil
Goranboyda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı düşərgə təşkil olunub
Samuxda Macarıstan Universiteti ilə "AgroDairy" şirkəti arasında memorandum imzalanmışdır
Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır
BƏƏ, Azərbaycan, Braziliya: məqsəd bu "üçlük" arasında körpü salmaqdır
İlham ƏLİYEV: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq!"
Şəhid ailələrinin üzvləri Şuşa və Ağdamı ziyarət ediblər
Komandirini xilas edərkən şəhid oldu
Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma
Prezident milli hədəfləri bəyan etdi
Barnye hökumətinə etimadsızlıq
Lukaşenko helikopterinə hücuma görə müharibə ilə hədələyib
Həndbolçularımız Avropa Kuboku oyunlarına başlayır
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!